Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-238/2026 04.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, M Ü Ə Y Y Ə N E T D İ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin Inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən ## ###### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ## ###### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 1,583770.00 Rusiya rublu məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş və əsassız olaraq qeyd olunan gömrük bəyannamələrinə istinad edilərək avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Bildiririk ki, Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri, həmçinin idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannamələrinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin YGB-lər baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi üzrə təqdim edilmiş gömrük bəyannamələri arasında faktiki bağlılığı araşdırmamış, bəyannamələrin rekvizitlərinin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Belə ki, iş materiallarında olan 01241000061449 və ************** nömrəli gömrük bəyannamələrində müqavilə və invoys məlumatları MMC-nin müvafiq avans köçürməsi üzrə məlumatları ilə eynilik təşkil etməmiş, bu səbəbdən həmin bəyannamələrin hazırkı avans köçürməsi ilə əlaqələndirilməsi mümkün olmamışdır. Göründüyü kimi, MMC inzibati məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə hazırkı köçürmə ilə əlaqəsi olmayan YGB-ləri məhkəməyə təqdim etmiş və məhkəmə təqdim olunan YGB-lərin köçürmə ilə əlaqəli olub-olmadığını yoxlamadan və inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2024- cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 1,583770.00 Rusiya rublu məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. Hakimin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi Vəkil şikayətin təmin olunmamasını, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Protokolu tərtib edən orqan ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 2,000,000 Rusiya rublu məbləğində pul vəsaiti «F-L SEVERNAa STOLICA AO RAIFFAIZEN» bank hesabına köçürülmüşdür. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, “xxxx” şirkəti tərəfindən 2893 ədəd 1.452360,00 Rubl invoys dəyərində küknar ağacı materialından taxta Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən idxal edilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, “xxxx” şirkəti tərəfindən 128 ədəd 1.152429,40 Rubl invoys dəyərində küknar ağacı materialından taxta Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən idxal edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” MMC arasında 50000 kub.metr ağac məmulatlarının alqı-satqısı ilə bağlı ##.##.2021-ci il tarixdə ПCE-PУБ nömrəli müqavilə bağlanmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2000000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeyd olunan 01241000061449- ##.##.2024-ci il və 01241000260936-##.##.2024-ci il tarixli Gömrük bəyannaməsinin 4011 bölməsində texniki səhv olaraq müqavilə nömrəsi ПCE tarixi ##.##.2024 göstərilmişdir. “xxxx” MMC tərəfindən göstərilənləri təsdiq edən sənədləri əlavə etməklə gömrük orqanlarına müraciət edilmiş və 01241000061449-##.##.2024-ci il və 01241000260936-##.##.2024-ci il tarixli Gömrük bəyannaməsinin 4011 bölməsində bunun texniki səhv olaraq yazıldığını, bu köçürmə üçün eyni məbləğdə malın idxal olunduğunu və müqavilənin nömrəsinin ПCE, tarixinin ##.##.2021-ci il yazılmalı olduğunun nəzərə alınması xahiş edilmişdir. Bütün bunlara baxmayaraq, yol verilən texniki xəta nəzərə alınmamış, xxxx» MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixdə xarici kontragentə 2.000.000 Rusiya rublu məbləğində vəsait avans qaydasında köçürülmüşdür. IXM-in 430.4-cü maddəsi üzrə hüquqi qiymətləndirmə aparılarkən əsas məsələ həmin avans ödənişinin müqabilində müəyyən edilmiş müddətdə malların idxal edilib-edilməməsi və ya ödənilmiş valyuta vəsaitinin geri qaytarılıb-qaytarılmamasıdır. Buna görə də iş üzrə təqdim edilmiş hər bir gömrük bəyannaməsi sadəcə malların ümumən idxal edildiyini deyil, məhz mübahisə predmeti olan ##.##.2024-cü il tarixli avans köçürməsinin icrası ilə birbaşa bağlı olduğunu təsdiq etməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi yalnız iki gömrük bəyannaməsinin mövcudluğunu əsas götürməklə inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlmiş, lakin həmin bəyannamələrin məhz ##.##.2024-cü il tarixli avans köçürməsi ilə əlaqəsini, bu bəyannamələrin avans məbləğinin hansı hissəsini əhatə etdiyini, habelə qalıq məbləğin idxal və ya geri qaytarılma ilə bağlanıb-bağlanmadığını tam və hərtərəfli yoxlamamışdır. Mərkəzi Bankın şikayətində də düzgün olaraq göstərilmişdir ki, ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol bütün 2.000.000 Rusiya rublu məbləğinə deyil, məhz idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 1.583.770,00 Rusiya rublu qalıq məbləğinə münasibətdə tərtib edilmişdir. Bu halda birinci instansiya məhkəməsi iki bəyannamənin mövcudluğunu qeyd etməklə kifayətlənməməli, həmin bəyannamələrin protokolda göstərilən qalıq məbləği əhatə edib-etmədiyini ayrıca araşdırmalı idi. Iş materiallarında olan 01241000061449 və ************** nömrəli gömrük bəyannamələrinin 4011-ci qrafasında malların “ПCE” nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə idxal edildiyi göstərilmişdir. Halbuki barəsində inzibati icraat aparılan hüquqi şəxsin müdafiə mövqeyində həmin bəyannamələrin ##.##.2021-ci il tarixli “ПCE-PУБ” nömrəli müqavilə və ##.##.2024-cü il tarixli 2.000.000 Rusiya rublu avans köçürməsi ilə əlaqəli olduğu bildirilmişdir. Göründüyü kimi, bəyannamələrdə əks etdirilmiş müqavilə rekvizitləri ilə mübahisəli avans köçürməsinin əsasını təşkil etdiyi iddia olunan müqavilə rekvizitləri arasında təkcə texniki xarakterli xırda uyğunsuzluq deyil, müqavilənin tarixi və identifikasiyaedici göstəriciləri üzrə əhəmiyyətli fərq vardır. Məhkəmə xüsusilə qeyd edir ki, iş materiallarında ##.##.2024-cü il tarixli “ПCE” nömrəli müqavilənin həqiqətən mövcud olduğu və həmin müqavilənin dəyərinin 426.000.000 Rusiya rublu təşkil etdiyi görünür. Bu hal bəyannamələrdə göstərilən ##.##.2024-cü il tarixli “ПCE” müqavilə rekvizitlərinin sadəcə təsadüfi və ya mexaniki səhv kimi qiymətləndirilməsini istisna edir. Əksinə, iş materiallarında həmin tarixli və həmin nömrəli ayrıca müqavilənin mövcudluğu gömrük bəyannamələrində göstərilən malların məhz həmin ayrıca müqavilə üzrə idxal edilməsi ehtimalını gücləndirir. Başqa sözlə, işdə ayrıca ##.##.2024-cü il tarixli və 426.000.000 Rusiya rublu dəyərində “ПCE” müqaviləsinin mövcudluğu şəraitində, həmin tarix və nömrə ilə rəsmiləşdirilmiş gömrük bəyannamələrini sonradan ##.##.2021-ci il tarixli “ПCE-PУБ” müqaviləsinin icrası kimi qəbul etmək məntiqi və hüquqi cəhətdən əsaslı deyildir. Belə nəticəyə gəlmək üçün yalnız barəsində icraat aparılan hüquqi şəxsin və ya xarici kontragentin izahatı kifayət etmir; bu halda gömrük bəyannamələrindəki məlumatların rəsmi qaydada düzəldilməsi, yaxud həmin bəyannamələrin ##.##.2024-cü il tarixli 2.000.000 Rusiya rublu avans köçürməsi ilə birbaşa əlaqəsini təsdiq edən mötəbər sübutlar mövcud olmalı idi. Bundan başqa, gömrük bəyannamələrində göstərilən idxal dəyərinin 2.000.000 Rusiya rublundan artıq olması da həmin bəyannamələrin ##.##.2021-ci il tarixli müqavilə və ##.##.2024-cü il tarixli avans köçürməsi ilə əlaqələndirilməsini ağlabatan etmir. Iş materiallarında olan ##.##.2021-ci il tarixli “ПCE-PУБ” müqaviləsi üzrə avans ödənişinin məbləği 2.000.000 Rusiya rublu olduğu halda, təqdim edilmiş bəyannamələr üzrə idxal edilmiş malların dəyərinin həmin məbləğdən çox olması bu sənədlərin məhz 426.000.000 Rusiya rublu dəyərində olan ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsinin icrası ilə bağlı olduğunu göstərən əlavə və mühüm faktiki əlamətdir. Məhkəmə hesab edir ki, adi təsərrüfat dövriyyəsi və kommersiya münasibətlərinin məntiqi baxımından xarici kontragentin 2.000.000 Rusiya rublu dəyərində müqavilə və avans ödənişi üzrə, həmin məbləğdən 604789,40 Rusiya rublu artıq dəyərdə mal göndərməsi ağlabatan və inandırıcı hesab oluna bilməz. Əgər həqiqətən artıq dəyərdə mal göndərilmişdirsə, bunun hansı müqavilə, hansı əlavə razılaşma, hansı hesab-faktura və hansı ödəniş öhdəliyi əsasında həyata keçirildiyi iş materialları ilə aydın şəkildə təsdiqlənməli idi. Belə təsdiqedici sənədlər olmadığı halda, idxal dəyərinin avans məbləğini əhəmiyyətli dərəcədə aşması həmin bəyannamələrin 2021-ci il tarixli 2.000.000 Rusiya rublu məbləğindəki müqavilə üzrə deyil, işdə mövcud olan daha iri həcmli – 426.000.000 Rusiya rublu dəyərində ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsi üzrə rəsmiləşdirildiyini göstərir. Bu baxımdan, bəyannamələrdə həm müqavilənin nömrə və tarixinin ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsinə uyğun gəlməsi, həm də idxal dəyərinin 2.000.000 Rusiya rublu məbləğində avans ödənişini aşması birlikdə qiymətləndirildikdə, həmin bəyannamələrin mübahisəli ##.##.2024-cü il tarixli avans köçürməsi üzrə öhdəliyin icrasını təsdiq edən sübut kimi qəbul edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi bu mühüm uyğunsuzluğa hüquqi qiymət verməmiş, idxal dəyəri ilə avans məbləği arasındakı açıq fərqin sübut əhəmiyyətini nəzərə almamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi gömrük bəyannamələrindəki uyğunsuzluğu texniki xəta kimi izah etsə də, texniki xəta barədə izahat özlüyündə inzibati xəta tərkibini istisna edən sübut sayıla bilməz. Texniki xətanın mövcudluğu o halda qəbul edilə bilərdi ki, bəyannamələrdə göstərilən səhv rekvizitlərin əslində mövcud olmayan və ya iş üzrə əhəmiyyətsiz məlumat olduğu müəyyən edilsin, yaxud səlahiyyətli gömrük orqanı tərəfindən həmin səhv rəsmi qaydada düzəldilsin. Hazırkı işdə isə bəyannamələrdə göstərilən ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsi ayrıca mövcuddur və onun dəyəri 426.000.000 Rusiya rubludur. Bu səbəbdən həmin rekvizitlərin “texniki səhv” kimi qəbul edilməsi üçün daha yüksək sübut standartı tələb olunurdu. Bununla yanaşı, “xxxx” MMC-nin məktubuna istinad edilməsi də bu nəticəni dəyişmir. Xarici kontragentin birtərəfli məktubu gömrük bəyannamələrinin hüquqi aidiyyətini dəyişmir və rəsmi gömrük sənədlərində əks olunmuş müqavilə rekvizitlərini birbaşa olaraq başqa müqavilə ilə əlaqələndirmir. Gömrük bəyannaməsi rəsmi sənəd olduğundan onun məzmununda göstərilən əsas identifikasiyaedici məlumatlar yalnız qanunla müəyyən edilmiş qaydada düzəliş edildikdə və ya səlahiyyətli orqan tərəfindən rəsmi təsdiqləndikdə başqa cür qiymətləndirilə bilər. Eyni zamanda, həmin bəyannamələrin mübahisəli avans köçürməsi ilə bağlı olduğu fərz edilsə belə, birinci instansiya məhkəməsinin nəticəsi yenə də əsaslı sayıla bilməz. Çünki səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokol məhz qalıq 1.583.770,00 Rusiya rublu məbləği üzrə tərtib edilmiş, həmin qalıq məbləğin malların idxalı və ya valyuta vəsaitinin geri qaytarılması ilə bağlandığını təsdiq edən kifayət qədər sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş iki bəyannamənin məbləğini, onların hansı ödənişə aid olduğunu və protokolda göstərilən qalıq məbləği bağlayıb-bağlamadığını ayrıca müəyyən etmədən bütövlükdə icraata xitam vermişdir. Məhkəmə hesab edir ki, IXM-in 430.4-cü maddəsinin tətbiqi üçün “malların idxal edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılmaması” faktı konkret qalıq məbləğ üzrə müəyyən edilməlidir. Hazırkı işdə 1.583.770,00 Rusiya rublu məbləğində avans vəsaitinin müqabilində malların idxal edildiyini, işlərin görüldüyünü, xidmətlərin göstərildiyini və ya həmin vəsaitin xaricdən geri qaytarıldığını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Əksinə, işdə olan bəyannamələrin başqa tarixli və başqa müqavilə rekvizitləri üzrə rəsmiləşdirilməsi, üstəlik həmin müqavilənin iş materiallarında ayrıca və iri məbləğli müqavilə kimi mövcud olması, onların mübahisəli avans köçürməsi ilə əlaqəsini əsaslı şəkildə şübhə altına alır. IXM-in 76.1 və 84-cü maddələrinin mənasına görə sübutların qiymətləndirilməsi zamanı hər bir sənəd ayrılıqda deyil, digər sübutlarla əlaqəli şəkildə yoxlanılmalıdır. Bu tələb gömrük bəyannamələri, ödəniş tapşırığı, müqavilə rekvizitləri, invoys məlumatları, Mərkəzi Bankın elektron informasiya sistemində olan məlumatlar və tərəflərin izahatları arasında qarşılıqlı uyğunluğun araşdırılmasını zəruri edir. Birinci instansiya məhkəməsi isə bu sənədlər arasında mövcud olan ziddiyyətləri aradan qaldırmadan, xüsusilə də ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsinin ayrıca mövcudluğuna və dəyərinə hüquqi qiymət vermədən xitam nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, IXM-in 430.4-cü maddəsi üzrə məsuliyyətin predmeti yanlış məlumat təqdim edilməsi deyil, avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətdə malların idxal edilməməsi, işlərin görülməməsi, xidmətlərin göstərilməməsi və həmin vəsaitin xaricdən geri qaytarılmamasıdır. Buna görə də hüquqi şəxsin təqdim etdiyi sənədlərdəki uyğunsuzluğun “texniki səhv” adlandırılması özlüyündə məsuliyyəti aradan qaldırmır. Əsas məsələ odur ki, həmin sənədlər protokolda göstərilən 1.583.770,00 Rusiya rublu qalıq məbləğin icrasını təsdiq etmir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixli avans köçürməsi üzrə 1.583.770,00 Rusiya rublu məbləğində valyuta vəsaiti müqabilində malların idxal edilməsi və ya həmin vəsaitin xaricdən geri qaytarılması təsdiq olunmamışdır. Təqdim edilmiş bəyannamələr isə işdə mövcud olan ayrıca ##.##.2024-cü il tarixli “ПCE” müqaviləsinin rekvizitlərini daşımaqla yanaşı, həmin müqavilənin 426.000.000 Rusiya rublu dəyərində olması və bəyannamələr üzrə idxal dəyərinin 2.000.000 Rusiya rublu avans məbləğini aşması səbəbindən ##.##.2021-ci il tarixli müqavilə üzrə icra sənədi kimi qəbul edilə bilməz. Bu hallar birinci instansiya məhkəməsinin nəticələrinin işin faktiki hallarına uyğun olmadığını və IXM-in 135.1.2-ci maddəsinə əsasən qərarın ləğv edilməli olduğunu göstərir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin inzibati xəta tərkibinin olmaması barədə gəldiyi nəticə işin faktiki hallarına və toplanmış sübutların məcmusuna uyğun deyildir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 430.4cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatı istisna edən hallar müəyyən edilməmişdir. IXM-in 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Tural Feyzullayev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1,583770.00 Rus Rublu valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni Azərbaycan manatına məzənnəsi ilə 316,754 Rus Rublu məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və IXM-in 133-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-in 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1,583770.00 Rus Rublu valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni Azərbaycan manatına məzənnəsi ilə 316,754 Rus Rublu məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-238/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-238/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver