Məhkəmə qərarları › İş №3(3-9)-239/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-239/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-239/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, ## ###### 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 * saylı tam orta məktəbdə müəllim işləyən, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # ###### 2026-cı il tarixdə saat 16:50 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən * saylı orta məktəbin qida satışı məntəqəsində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə-toplanmış sənədlərə baxaraq *(*-***)-***/**** saylı, ##.##.2026 tarixli qərar qəbul etmişdir. Həmin məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi elan olunmuşdur. Həmin qərarı ##.##.2026-cı il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. Həmin qərarla razı deyil onu qanunsuz hesab edir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən istinadsız sənədlərə əsaslanaraq barəsində inzibati tənbeh tədbiri ilə bağlı qərar qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev məhkəmə hakimiyyətinin digər hakimiyyət qollarından (qanunvericilik və icra) müstəqil olmasını xüsusi vurğulamış, hakimlərin yalnız qanuna tabe olmalarını tələb etmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə müəllimlər otağında əyləşmişdir. Qadın müəllimlərdən X3 və X4 da orada idi. Bu zaman Zərərçəkmiş şəxs otağa daxil olub əl-qol hərəkətləri ilə təhqiredici şəkildə direktor müavini X3 üzərinə gedərək, qışqırıb-bağıraraq hara baxırsınız korsunuz, niyə meydançada növbətçi yoxdur və s. sözlər söyləyərək müəllimə yaraşmayan etik qaydalara zidd hərəkətlər etmişdir. Ulduzə müəllim nəzakətlə cavab verdi ki, növbətçini cibimdə gəzdirməliyəm ki, sən istəyən kimi qoyam qarşılığında Zərərçəkmiş şəxs isə əksinə daha da kəskinləşdi. Bu zaman bir müəllim yoldaşı kimi Zərərçəkmiş şəxs demişdir ki, qadınla bucür danışmaq müəllimə yaraşmaz, yaxşı hal deyil. O, isə sənə dəxli yoxdur, sən qarışma, qarşıma çıxma ağzını cıraram və s. təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətini alçaldıcı hərəkətə yol vermişdir. O, isə onun dinləmə bacarığı olmadığı üçün əlavə heçnə demədi. Bu zaman otaqda olan digər qadın müəllim Əlizadə Günel də Zərərçəkmiş şəxs bəsdir eyib deyil dedi. Zərərçəkmiş şəxs onunla da eyni tərzdə qışqırıb-bağıraraq danışdı. Əlizadə Günel müəllim otağı tərk edib qapını bağlayan anda Zərərçəkmiş şəxs qapını itələyərək ardınca çıxdı. Qapının Günel müəllimə dəydiyini zənn edib ardınca çıxdı.Zərərçəkmiş şəxs yenə qadın müəllimin üstünə gedərək əvvəlki tərzdə danışır. Günel müəllim əhəmiyyət verməyib oranı tərk etdi və onada dedi ki, baş qoşma səndə get. Mübahisədən uzaqlaşmaq üçün məktəbin bufetinə getmiş, çay içsin və bir şeylər yeyib dərman atsın. Bir qədər sonra Zərərçəkmiş şəxs ardı ilə hücum çəkərək bufetə gəldi və əvvəlki tərz təhqiredici hərəkətlərinə davam etdi. Əsəblərini cilovlayaraq onu çay içməyə dəvət etdi. İçmirsənsə imkan ver mən içim və dərman atım demişdir. Əhəmiyyət verməyərək təhqiri davam etdirdi. Bufeti tərk etmək istəmiş, yolunun ortasında, dayanaraq qarşısını kəsmişdir. Məcbur olub əlini onun çiyninə qoyub demişdir ki, imkan ver kənara çıxım. Zərərçəkmiş şəxs onunla güləşəcəyini düşünüb onu qurşaq hissədən qucaqlayaraq havaya qaldırdı. Səhhətində problem olduğu üçün fiziki güc tətbiq edə bilməmişdir. Demişdir ki, burax əlini çək, onu dinləməmiş və təhqiri davam etdirərək onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra sağ çiyini və sol dizindən burxulma zədəsi almışdır. Fiziki qüvvəsi zəif olduğu üçün Zərərçəkmiş şəxs üzərində yerə yıxılmış vəziyyətdə qalmışdır. Səs-küyü eşidib gələn məktəbin müəllimi Alışov Mübadil hadisəni görərək ona yapışmış və üzərindən götürmüşdür. Alışov Mübadil onu onun əlindən aldıqdan sonra Zərərçəkmiş şəxs vərdiş etdiyi "işverənlik" peşəsinə uyğun olaraq 102 xidmətinə zəng edib yalan, böhtan və şərləmə olmaqla onu döydüyünü məlumat vermişdir. Oda direktora bu barədə məlumat vermişdir. Hadisə barədə akt tərtib olunmuşdur. Direktorun otağında əsəb dərmanı atıb müəllimlər otağına getmişdir. Sakitləşdikdən sonra hadisəyə obyektiv və ədalətli münasibət göstəriləcəyini ümid edərək 102 xidmətinə hadisə barədə məlumat verib Zərərçəkmiş şəxs onu döydüyü barədə verdiyi məlumatın şər və böhtan olduğunu bildirmişdir. Əslində onu təhqir etmiş və yerə yıxaraq xəsarət yetirmişdir. Hadisə barədə hadisənin baş verdiyi yerdə kifayət qədər şahid vardır. Pedaqaoii təhsili olmayan Zərərçəkmiş şəxs nizam-intizamsızlıq səbəbindən ordudan qovulmusdur. Məlum olmayan üsulla Bakı ş.Xətai rayon ** nömrəli orta məktəbdə hərbi müəllimi kimi fəaliyyətə başlamışdır. Sonra 2011-ci ilin dekabr ayında yenə də neqativ üsulla, Biləsuvar rayon Hərbi Komissarlığının razılıq rəyi olmadan ünvan 1 * saylı tam orta ümumtəhsil məktəbinə hərbi müəllimi kimi göndərilmişdir. Fəaliyyəti dövründə dəfələrlə intizam tənbehi almışdır. Müxtəlif müəllimlər barəsində, ən çox da qayını məktəbin hazırki direktoru Aqşin Əkbərov barəsində 102 xidmətinə böhtan və şər xarakterli çoxlu sayda müraciətlər etmişdir. Qadın işçini təhqir etdiyi üçün Biləsuvar Rayon Məhkəməsinin hakimi Rafayil Əliyevin məhkəmə qərarı ilə cərimə edilmişdir. Bu kimi çoxlu sayda davranış pozğunluqları mövcuddur - həm kollektivə həm də şagird heyətinə qarşı. Aralarında baş vermiş hadisə barədə tərtib edilən akt əsas götürülərək Pedaqoji Şuranın qərarı ilə Zərərçəkmiş şəxs intizam tənbehi verilmişdir. Məhkəmə qərarı qəbul edildikdən sonra ##.##.2026-cı il tarixdə qərarın surətini götürüb tanış olmuş və işin gedişatında bir çox qanun pozğunluqlarının olduğu qənaətinə gəlmişdir. ##.##.2026-cı il tarixdə saat 12:26-da telefon zəngi ilə prokurorluğa çağırılmış, saat 14:00-da orada olmağı bildirilmişdir. Prokurorluğa getdikdən sonra məhkəmə prosesinin olacağı şifahi şəkildə bildirilmişdir. Məhkəmədə 3-4 saat gözlədildikdən sonra şahidin 10-15 dəqiqəyə gəlməsini söylədilər. X1 gec gəldiyindən mənim şikayətçi olduğu işə şahid gəlmədən baxıldı. Nəticədə ədalətsiz olaraq Zərərçəkmiş şəxs onu təhqir etməsinə, yerə yıxıb xəsarət yetirməsinə baxmayaraq təqsirkar bilinmədi. Zərərçəkmiş şəxs şikayətinə əsasən baxılan işdə X1nun iclasda verdiyi izahat qərarda əksini düzgün tapmamışdır. Şahidlərin izahatı əksini düzgün tapmayıb. Məktəb direktoru və direktor müavinin izahatı işə daxil edilməyib. Pedaqoji şuranın qərarı işə daxil edilməyib. Xəsarət aldığı təqdirdə dizindəki zədənin şişkinliyini, çiyindəki zədə üzündən qolunu hərəkət etdirə bilmədiyini müşahidə etdiyi halda belə zahiri xəsarət görünmədiyi üçün ekspert düzgün rəy verməmişdir. Sən demə ekspert yalnız gözünün gördüyü xəsarəti tanıyırmış. Daxili xəsarətlərə baxmırmış.) Zərərçəkmiş şəxs hadisə baş verdikdən 11 gün sonra məhkəmə tibbi ekspertizaya getmiş və sol qulaq arxasından qançır deyə xəsarət aldığı barədə rəy verilmişdir. Prokurorluğa 2 şahidin adını versə də onları çağırıb izahatlarını almamışlar və anidən qəfil təşkil edilmiş məhkəməyə 10-15 dəqiqəyə gəlməsi üçün ona zəng etməyini bildirmişlər. Hazırda bu cür müəllim adına layiq olmayan hərəkətlər edən birinin yalan və böhtanına əsasən tərəfinə tətbiq edilmiş inzibati tənbeh tədbiri haqqında Azərbaycan Respublikası adından qərarı qəbul etmiş Biləsuvar Rayon Məhkəməsi tərəfindən özünü təhqir edilmiş hesab edir. Hörmətli Apellyasiya Məhkəməsinin hakimi hadisəyə düzgün baxılacağını ümid edərək 102 xidmətinə zəng etdiyi kimi sizin də Allaha xatir, qanun naminə ədalətli qərar verilməsini ümid edərək həqiqətin aşkara çıxması üçün hadisənin yerində düzgün araşdırılmasını, onu döymədiyinin aşkarlanmasına qanun yolu ilə köməklik olunmasını istəyir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəmə iclasının vaxtı və yerinə dair zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və səlahiyyətli orqan Biləsuvar Rayon Prokurorluğuna məlumat verilsə də, qeyd olunan şəxslər və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə göə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsində qeyd edilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsi iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərək belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi və qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” barədə ## ###### 2026-cı il tarixli protokolun surətindən görünür ki, hadisənin Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən * saylı orta məktəbin qida satışı məntəqəsində olması müəyyən olunmuş, bu zaman hadisə yerinin foto şəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zorakı hərəkətlərlə qəsdən fiziki ağrıya məruz qalmasına dair izahatında göstərdiyi xüsusatlar ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə-tibb ekspertinin ## ###### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sol qulaqarxası nahiyədə qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertinin ## ###### 2026-cı il tarixli, * nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərilən hadisənin mexanizmi, yəni tərəflər arasında yaranmış mübahisə zamanı fiziki təmasın baş verməsi və ona zərbə endirilməsi halları iş materialları ilə öz təsdiqini tapır. Belə ki, onun qeyd etdiyi kimi fiziki təsirə məruz qalması nəticəsində bədənində xəsarət yaranması, məhkəmə-tibbi ekspert rəyində müəyyən olunmuş sol qulaqarxası nahiyədə qançırın mövcudluğu ilə uyğunluq təşkil edir. Həmin xəsarətin küt əşya təsirindən əmələ gəlməsi və yaranma müddətinin hadisə tarixi ilə üst-üstə düşməsi zərərçəkmiş şəxsin izahatında göstərilən halların real və mümkün olduğunu göstərir. Eyni zamanda, şahid ifadəsində tərəflərin yerdə yıxılmış vəziyyətdə dalaşdıqlarının qeyd olunması da xəsarətin məhz qarşılıqlı fiziki qarşıdurma zamanı yaranmasını ehtimal etməyə əsas verir. Xəsarətin lokalizasiyası və xarakteri hadisə zamanı baş verən fiziki təsirin ümumi təsviri ilə ziddiyyət təşkil etmir, əksinə onu tamamlayır. Beləliklə də, zərərçəkmiş şəxsin xəsarətin alınma şəraiti ilə bağlı verdiyi izahat məhkəmə-tibbi ekspert rəyində müəyyən edilmiş obyektiv tibbi göstəricilərlə uzlaşır, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə bir-birini qarşılıqlı şəkildə təsdiq edir və aralarında məntiqi, sübutedici uyğunluq mövcud olduğu qənaətinə gəlmək olur. Nəticə etibarilə, həm tərəflərin və şahidlərin izahatları (yaxalaşmanın mövcudluğu), həm də ekspert rəyinin (qançırın mövcudluğu) obyektiv məlumatları uzlaşdırılaraq birlikdə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsini qarşılıqlı şəkildə təsdiq edən sübutlar kimi çıxış edir. Belə ki, zərərçəkmiş şəxsin sol qulaqarxası nahiyəsində qançırın yaranması bir qayda olaraq, fiziki ağrı ilə müşayiət olunur. Buna görə də, qançırın mövcudluğu fiziki ağrının yetirildiyini dolayısı ilə təsdiqləyir. Odur ki, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində zərərçəkmiş şəxsi döyməməsi və ya ona fiziki ağrı yetirməməsi barədə irəli sürdüyü dəlilləri iş üzrə toplanmış sübutlarla təkzib olunduğuna görə inandırıcı hesab etmir və həmin dəlilləri məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə mövqeyi kimi qiymətləndirir. Belə olan halda, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair mövqeyi haqlı hesab olunur. Təyin edilmiş inzibati tənbehlə bağlı apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin alternativ sanksiyasında nisbi-müəyyən sanksiya kimi üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində orta həddə inzibati cərimə tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tədbiri təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsi şərh olunanları və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-115)-398/2026 saylı qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar