Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-240/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X3 Yanında Suların İstifadəsinə və X6 Xidməti 8 X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə İmran oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməsi və inzibati tənbeh edilməsinə dair Laçın Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən edilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X5 Xidmətinin 8 X1 Regional Bölməsi tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Laçın rayon Bozlu kəndi ərazisində ##.##.2026-cı il tarixdə Zabuxçay çayının su mühafizə zonasında qazıntı işləri aparmış və bununla da o, İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Laçın Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta törətmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, barəsində Laçın Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat inzibati cərimə tətbiq edilmişdir. İnzibati protokol qanun pozuntusu ilə tərtib olunmuşdur və inzibati xəta haqqında protokol ona tam doldurulmuş vəziyyətdə təqdim edilməmiş, faktiki olaraq boş və ya natamam sənədə imza atdırılmışdır. Bu hal onun müdafiə hüququnu ciddi şəkildə pozmuşdur. Protokolda iİddia olunan faktlar həqiqəti əks etdirmir, qərarda göstərilən nöqsanlar və ona aid edilən əməl faktiki olaraq baş verməmişdir. Təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər və s.) obyektiv deyil və real vəziyyəti əks etdirmir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə ona qanunvericiliyə uyğun qaydada məlumat verilməmişdir. Bu səbəbdən o öz müdafiə hüququndan istifadə edə bilməmişdir. Bu hal ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır və qəbul edilmiş qərarın ləğvi üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Laçın Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərar ləğv edilməsi, işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması və ya iş üzrə icraata xitam verilməsi xahiş olunur. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X3 Yanında Suların İstifadəsinə və X6 Xidməti 8 X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə İmran şikayətin dəlillərini əsassız hesab edərək təmin edilməməsini Laçın Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi göstərilmişdir. Şikayətin dəlilləri bağlı məhkəmə qeyd edir: ## ###### 2026-cı il tarixli, MN 2366818 nğmrəli protokoldan görünür ki, Laçın rayonu, Bozlu kəndi ##.##.2026-cı il tarixdə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zobuçuq çayının su mühafizə zonasında qazıntı işlərinin aparılması aşkar olunmuşdur. ## ###### 2026-cı il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında qeyd olunmuşdur ki, o “Eldost İnşaat” MMC-də iş icraçısı vəzifəsində çalışır. Sözügedən şirkətin Laçın rayonu Bozlu kəndində yerləşən daş karxanasında qumçınqıl emalı zamanı formalaşan tullantı suları birbaşa su obyektinin axıdılmaması üçün rəhbərlik tərəfindən onlara məxsus ərazidə çökdürücü quyuların qazılması tapşırılsa da, o ərazidən təxminən 400-500 metr kənarda, Zabuxçay çayının mühafizə zonasında bir neçə ədəd quyu qazılması işlərini görmüşdür. Bunun qanun pozuntusu olduğunu bilməmiş və əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri ona izah olunmuş və nöqsanlar qısa müddət ərzində aradan qaldıracağına söz vermişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, №****/**-001/01 nömrəli əmrdən görünür ki, “xxxx” MMC-nin Laçın rayonu, Bozlu kəndində yerləşən Qum- Çınqıl Karxanası və Beton zavodu üzrə yaranmış mövcud problemlərın operativ şəkildə araşdırılması və həll edilməsi “xxxx” MMC-nin iş icraçısı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tapşırılmışdır. İş materiallarında olan fotoşəkillərdən Zabuxçay çayının su mühafizə zonasında qazıntı işləri aparılması və Laçın rayonu Bozlu kəndində yerləşən daş karxanasında qumçınqıl emalı zamanı formalaşan tullantı suların birbaşa su obyektinə axıdılması müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 264.0.3 maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən “Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir”. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Göründüyü kimi, hazırkı inzibati xətaya görə aparılan müşahidə sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərinin yerinə yetirilməsinin qiymətləndirməsi ilə bağlı deyildir. Ona görə də, şikayətin həmin hissədə dəlili əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə məhkəmə qeyd edir ki, Laçın Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol, Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X5 Xidmətinin 8 X1 Regional Bölməsi tərəfindən tərtib edilmiş akt, müvafiq qaydada çəkilmiş fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə şikayətin dəlilləri yoxlanılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərar qəbul etmiş hakim işi tam və hərtərəfli araşdırmış, İXM-in 135-ci maddəsində qeyd olunan əsaslar müəyyən olunmamışdır, qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Odur ki, şikayət təmin olunmamalı, Laçın Rayon Məhkəməsinin *(*- ***)**/**** saylı, ## ###### 2026-cı il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-240/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-240/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver