Məhkəmə qərarları › İş №3(3-9)-241/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-241/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-241/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən İXM 53.2ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarına görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mil-X1 tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli 1 nəfər işçinin minimum əmək haqqı miqdarından aşağı göstərilməsi ilə bağlı göstəriş məktubuna cəmiyyətin rəhbərliyi tərəfindən əməl olunmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Sabirabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmətin Mil-X1 tərəfindən “xxxx" MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında qeyd edib ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinə (əməkhaqqınin minimum məbləği) əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən sistemə daxil edilmiş X2 qüvvədə olan əmək müqaviləsində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Bununla bağlı X2 qüvvədə olan əmək müqaviləsinə düzəliş edilməsi və görülmüş tədbirlər barədə 10 (on) iş gün ərzində Xidmətin Mil-X1 yazılı məlumat verilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi olan göstəriş məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmişdir. İcrası Məcburi göstəriş məktubunun elektron kabinetə yerləşdirilməsinə dair çıxarış protokolla birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Lakin Xidmətin Mil-X1i göstərişinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mil-X1 məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqavilə bildirişlərindən çıxarışdan görünür ki, hüquqi şəxsin “**********” saylı VÖEN məlumatları sorğulanan zaman X2 müəyyən edilmiş minimum əmək haqqıdan daha az, yəni 300 manat əmək haqqı müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş icrası məcburi göstəriş məktubunun göndərilməsinə dair sistem çıxarışından görünür ki, ##.##.2025-ci il tarixli, 3-17-5/2- ******/**** saylı icra məcburi göstəriş məktubu ##.##.2025-ci il tarixdə, saat 18:26-da imzalanaraq, hüquqi şəxsə elektron qaydada çatdırılmışdır. Daha sonra, ## ##### 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin 2-ci bəndində MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası müəyyən edilmişdir. Həmin Əsasnamənin 2.3.2-ci bəndinə əsasən “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi həyata keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, icrası məcburi olan göstəriş məktubun göndərilməsi mərhələsi “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, Sabirabad Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Mil-X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və səllahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Sabirabad Rayon Məhkəməsinin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Odur ki, İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri əsasında yoxlayan apellyasiya məhkəməsi aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində şikayət verilən məhkəmə qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, “iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, 3- 17-5/2 ******/**** nömrəli icrası məcburi göstəriş və EDOC sistemindən alınmış arayışlara münasibətdə məhkəmə qeyd edir ki, Protokol tərtib edən orqanlar tərəfindən göndərilmiş məktubun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çatıb çatmamasını müəyyən etmək mümkün deyil. Belə ki, iş materiallarında sadəcə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanına göndərilməsi göstərilmişdir ki, bu da müvafiq göstərişin həqiqətənmi müəssisənin ünvanına çatmasını müəyyən etməyə imkan vermir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir”. Lakin apellyasiya instansiyası məhkəməsi mövcud iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, iş materiallarında olan X4 Xidmətinin Mil-X1 ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30 gün müddətində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əməkhaqqı daxil edilən işçinin əməkhaqqı məbləğində “Əmək və məşğulluq” altsistemində düzəliş edilməsi barədə icrası məcburi olan göstəriş məktubu yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mil-X1 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli göstəriş məktubuna cəmiyyətin rəhbərliyi tərəfindən əməl olunmamışdır. Bundan başqa, iş materiallarında olan “EDOC” sistemindən çıxarışdan görünür ki, sözügedən göstəriş məktubu ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işə xitam verilməsinə dair yuxarıda qeyd olunan mövqeyi ilə razılşamayaraq, inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş materiallarında olan sübutlara kifayət qədər ciddi yanaşmadan səthi qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasəni inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının ## #### 2019-cu il tarixli “17-N” nömrəli qərarının: 1.2-ci bəndinə əsasən İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. 2.11-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. İş materiallarında olan sənədlərdən məlum olur ki, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan X4 Xidməti müvafiq qanuni göstərişi icrası üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, müasir hüquqi tənzimləmə çərçivəsində dövlət orqanları ilə hüquqi və fiziki şəxslər arasında münasibətlərin elektron informasiya sistemləri vasitəsilə həyata keçirilməsi, o cümlədən bildiriş və göstərişlərin elektron kabinetə yerləşdirilməsi həmin sənədlərin ünvan sahibinə çatdırılması kimi qiymətləndirilməlidir. Elektron kabinet istifadəçinin identifikasiyası əsasında yaradılan və yalnız həmin şəxs tərəfindən istifadə edilə bilən rəsmi kommunikasiya vasitəsi olmaqla, orada yerləşdirilən sənədlərin ünvan sahibinə çatdırılmasını hüquqi baxımdan təsdiq edən vasitədir. Lakin birinci instansiya məhkəməsi məktubun (icrası məcburi göstərişin) rəsmi qaydada çatdırılmasını təsdiq edən elektron kabinetdən çıxarışı hərtərəfli araşdırmadan, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli icrası məcburi olan göstəriş məktubu barədə məlumatlı olub-olmamasını müəyyən etməyin mümkün olmadığı barədə qənaətə gəlmişdir. Göründüyü kimi, X4 Xidmətinin Mil-X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanına ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli göstəriş xarakterli məktub ünvanlanmış, həmin məktubda işçinin əmək haqqısının minimum əmək haqqı məbləğindən aşağı olmayan məbləğdə müəyyən edilməsinin 30 gün ərzində təmin edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, məktubda xətanın 30 gün ərzində aradan qaldırılmaması halında hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunacağı açıq şəkildə göstərilmiş, buna baxmayaraq, müəyyən edilmiş 30 günlük müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən göstərişin icra olunması ilə bağlı X4 Xidmətinin Mil-X1 hər hansı məlumat və ya təsdiqedici sənəd təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından o da görünür ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə nə elektron sistem üzrə məlumat, nə də yazılı cavab sənədləri mövcuddur. Səlahiyyətli orqan tərəfindən haqlı olaraq, ## #### 2026-cı il tarixli protokol tərtib edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inizbati xətanı törətməsi faktı müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamış, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Halbuki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, işdə olan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X4 Xidmətinin Mil-X1 ##.##.2025-ci il tarixli, *- **-*/*-******/**** nömrəli icrası məcburi olan göstərişinə əməl olunmaması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin: 116.1-ci maddəsində qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, səlahiyyətli orqan tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin: 134.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İXM-nin 116.1-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində şərti olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati tənbehin icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar