Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-242/2026 04.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Hüquqi şəxs "Qaragüney Sudan İstifadəedənlər Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli göstərişin yerinə yetirilmədiyinə görə hüquqi şəxs “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC İXM-in 539.1-1-ci madəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim: X1) ilə hüquqi şəxs “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-nin İXMin 539.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM 53.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin hüquq idarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151 )-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mil Muğan Regional Şöbəsi tərəfindən “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC barəsində tərtib edilmiş # #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ.Həsənzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151)- ***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Mil X4 0# #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında "Qaragüney Sudan İstifadəedənlər Birliyi" MMC inzibati məsuliyyətə cəlb edilməlidir. "Əmək və məşğulluq" altsisteminə baxış zamanı "Qaragüney Sudan İstifadəedənlər Birliyi" MMC tərəfindən işçinin əməkhaqqı məbləğində "Əmək və məşğulluq" altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə X3 Xidmətinin Mil-Muğan regional şöbəsinə müəyyən edilmişdir. Bununla bağlı "Qaragüney Sudan İstifadəedənlər Birliyi" MMC-yə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Bundan əlavə bildirmək istəyir ki, Xidmətin Mil Muğan Regional Şöbəsi tərəfindən göndərilmiş qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstərişi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, sənədlərin təqdim edilməsi bağlı sorğunun göndərilməsi mərhələsi “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 62.2- ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəməyə göndərilmiş iş materialları ilə də müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-ə ünvanladığı ##.##.2025-ci il tarixli məktubu “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir ki, bununla da sənədlər hüquqi şəxsə çatdırılmış sayılır. Lakin “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC tərəfindən məktubda göstərilən müddət ərzində pozuntunu aradan qaldırmamışdır. Xidmətin Mil X4i göstərişinə baxmayaraq “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, İXM-nin 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM- nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Sabirabad Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “Qaragüney Sudan İstifadəedənlər Birliyi” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Qaragünel Sudan İstifadəedənlər Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Mil-X4 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: # #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli 1 nəfər işçinin minimum əmək haqqı miqdarından aşağı göstərilməsi ilə bağlı göstəriş məktubuna cəmiyyətin rəhbərliyi tərəfindən əməl olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mil-X4 “Qaragüney Sudan İstifadəedənlər Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstərişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155ci maddəsinə (Əmək haqqının minimum məbləği) əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemində ##.##.2025-ci il tarixdə ixrac edilmiş baza məlumatları ilə nəticələr yenidən üzləşdirilərkən Sizin tərəfinizdən elektron informasiya sisteminə daxil edilmiş 1 (bir) nəfər işçinin əmək müqaviləsi bildirişində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq.orqanlarfqarşısmda məsələ qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, 30 (otuz) gün müddətində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əməkhaqqı daxil edilən işçinin əməkhaqqı məbləğində “Əmək və məşğulluq” altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə X3 Xidmətinin Mil-Muğan regional şöbəsinə (Ünvani İmişli şəhəri, H.Aslanov küçəsi 03, tel 02124-1-63-68, 010525- 55-45, d/n 6242) yazılı məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının əsaslandırılmasından görünür ki, səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə üçün zəruri olan halların mövcudluğu kifayət qədər əsaslandırılmamış, inzibati xətanın törədilməsini təsdiq edən mötəbər və danılmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, *- **-*/*-******/**** nömrəli icrası məcburi göstəriş, ona əlavə edilmiş xəbərnamə və EDOC informasiya sistemindən çıxarışlar məhkəmə tərəfindən qiymətləndirilərkən müəyyən edilir ki, həmin sənədlər müvafiq göstərişin hüquqi şəxsə lazımi qaydada çatdırıldığını birmənalı şəkildə təsdiq etmir. Xüsusilə xəbərnamədə yalnız “Fətişov Əlqardaş” adına istinad olunması, həmin şəxsin hüquqi şəxslə əlaqəsinin, vəzifə statusunun və sənədi qəbul etmək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsinə imkan vermir. Bu isə öz növbəsində icrası məcburi göstərişin ünvanlandığı subyekt tərəfindən qəbul edilib-edilmədiyi barədə şübhələri aradan qaldırmır. Bununla yanaşı, iş materiallarında mövcud olan sübutlar arasında ziddiyyətlərin olması və həmin sübutların obyektivliyinin və mötəbərliyinin təmin edilməməsi nəticəsində “Qaragüney Sudan İstifadəedənlər Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktının sübuta yetirildiyi qənaətinə gəlmək mümkün olmur. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham xarakterli prosessual sənəd olmaqla, təkbaşına şəxsin təqsirini təsdiq edən yetərli sübut kimi çıxış edə bilməz və həmin sənəddə əks olunan hallar digər obyektiv sübutlarla təsdiqlənməlidir. Lakin hazırkı iş üzrə səlahiyyətli orqan tərəfindən bu cür əlavə və etibarlı sübutlar təqdim edilməmiş, yalnız inzibati xəta haqqında protokola istinad olunmaqla kifayətlənilmişdir. Belə olan halda, inzibati məsuliyyətə cəlb olunmuş hüquqi şəxsin təqsirinin qanunvericiliyin tələblərinə uyğun qaydada sübuta yetirilmədiyi, habelə inzibati xətanın baş verməsi faktının mötəbər sübutlarla təsdiq edilmədiyi müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “Qaragüney Sudan İstifadəedənlər Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən həmin hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq apellyasiya məhkəməsi iş materiallarını apellyasiya şikayəti ilə qarşılıqlı formada tədqiq və təhlil edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib olunmuş QPG-ləri qəbulu haqqında ##.##.2025-ci il tarixli, ************ nömrəli siyasından görünür ki, qeyd olunan icrası məcburi göstəriş Sabirabad rayonu (AZ5400) Fətişov Əlqardaşa göndərilməsi qeyd edilmişdir. SS930802488AZ ştrix kodun poçt izlənməsindən görünür ki, qeyd olunan göstəriş məktubu ##.##.2025-ci il tarixdə qəbul olunduğu ##.##.2025-ci il tarixdə poçt şöbəsində daxil olmuşdur. AzeMis Elektron Məhkəmə sistemindən əldə olunmuş ********** nömrəli VÖENdən çıxarışdan görünür ki, "Qaragüney Sudan İstifadəedənlər Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2r. Apellyasiya məhkəməsi onu da bildirir ki, ilk növbədə apellyasiya şikayətində ##.##.2025-ci il tarixli icrası məcburi göstərişin hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi və bu səbəbdən çatdırılmış hesab edilməli olması qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində nəzərdə tutulan “çatdırılmış sayılma” prezumpsiyası yalnız inzibati aktın müvafiq qaydada göndərilməsinin və ünvanlandığı şəxsə yönəldilməsinin sübuta yetirildiyi hallarda tətbiq oluna bilər. Lakin hazırkı iş üzrə həmin göstərişin həqiqətən hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsini, eləcə də həmin kabinetə səlahiyyətli şəxs tərəfindən çıxışın təmin olunmasını və sənədlə tanış olma imkanının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iş materiallarında olan poçt göndərişi üzrə SS930802488AZ ştrixkodunun izlənilməsinə dair məlumatlardan görünür ki, müvafiq məktub ünvan sahibinə təqdim edilməmiş, yalnız poçt şöbəsinə daxil olmuşdur. Bu hal isə icrası məcburi göstərişin hüquqi şəxsə faktiki olaraq çatdırılmadığını göstərir və əksinə apellyasiya şikayətində irəli sürülən arqumentləri təkzib edir. Apellyasiya məhkəməsi həmçinin nəzərə alır ki, iş materiallarında mövcud olan sənədlərə əsasən adı çəkilən hüquqi şəxsin rəhbərinin X2 olması müəyyən edilir. Bu hal birinci instansiya məhkəməsinin qeyd etdiyi qeyri-müəyyənliyi aradan qaldırsa da, həmin şəxsin konkret olaraq icrası məcburi göstərişi qəbul etməsi və ya onunla tanış olması faktını sübuta yetirmir. Yəni, şəxsin kimliyinin müəyyən edilməsi rəsmi qaydada çatdırılma faktının mövcudluğunu avtomatik olaraq təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, apellyasiya şikayətində göstərilən digər arqumentlər, o cümlədən hüquqi şəxsin guya göstərişi icra etməməsi ilə bağlı iddialar da yalnız inzibati xəta haqqında protokola və səlahiyyətli orqanın daxili qənaətinə əsaslanır. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb etmə üçün inzibati xətanın bütün tərkib əlamətləri, o cümlədən icrası məcburi göstərişin mövcudluğu və onun hüquqi şəxs tərəfindən alınaraq icra edilməməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasından da aydın olur ki, məsuliyyət yalnız icrası məcburi olan göstərişin icra edilməməsi halında yaranır. Lakin göstərişin ünvan sahibinə çatdırılmaması şəraitində onun icra edilməməsi faktından danışmaq hüquqi baxımdan mümkün deyildir. Bu səbəbdən inzibati xətanın obyektiv tərəfi formalaşmış hesab edilə bilməz. Apellyasiya şikayətində həmçinin İXM-nin 116.3-cü maddəsinə istinad edilərək məhkəmənin şərti qərar qəbul etməli olduğu göstərilsə də, apellyasiya instansiyası qeyd edir ki, həmin norma yalnız inzibati xəta tərkibi sübuta yetirildiyi hallarda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə inzibati xətanın mövcudluğu belə sübuta yetirilmədiyindən, bu normanın tətbiqi üçün hüquqi əsas yaranmamışdır. Bundan əlavə, inzibati xəta haqqında protokolun özü təqsiri sübut edən yetərli sübut kimi çıxış etmir və digər obyektiv sübutlarla təsdiqlənməlidir. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 75.0.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18- dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Beləliklə də, iş üzrə yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən verilmiş şikayət təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanlara əsasən Azərbaycan Respublikası İXMin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-242/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-242/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver