Məhkəmə qərarları › İş №3(3-9)-243/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-243/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-243/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş məsləhətçisi nümayəndə1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2022-ci tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2022-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə buraxılmış prosesual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, ## ######## 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokola əsasən ona heç bir bildiriş və xəbərdarlıq göndərilmədən və onun iştirakı olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən onu 2000 manat cərimə etmişlər. Qərardan narazıdır. Barəsində qəbul edilmiş qərardan vaxtında xəbərdar olmadığına görə qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verə bilməmişdir. Xəbəri olmadan əsassız olaraq Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə olunmuş, ona 4 il ərzində heç bir protokol, qərar verilməmişdir. Barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilərək şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı (hakim Xatın Kamilzadə) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekoloğiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehetmə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə Beyləqan Rayon Məhkəməsində baxılmış və məhkəmənin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən vəsatəti təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekoloğiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehetmə haqqında qərarı vaxtında icraya yönəldilmədiyindən, o, həmin qəradaddan şikayət etmək imkanından məqsədli şəkildə məhrum olmuşdur. Onun Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi şikayət etməyinin şikayət vermə müddətinin buraxılmadığını bildirməsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. O, şikayət etdiyindən həmin qərarla bağlı qəbul edilmiş qərarın surətinin bu günə kimi ona verilməməsi də üzürlü səbəb hesab oluna bilərdi. Belə ki, həmin həmin qərardan şikayət etdiyindən qərarın ləğv edildiyini zənn etmişdir. Bu da nəticədə şikayət vermə müddətinin buraxılmasına gətirib çıxarmışdır. Apellyasiya məhkəməsində çıxışında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş məsləhətçisi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qərardan şikayət verən orqan (şəxs) məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə kI, iş materiallarından müəyyən olunmuşdur ki, ## ######## 2022-ci il tarixli bildirişlə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə tərtib olunmuş inzibati materialların baxılması üçün ## ####### 2022-ci il tarixdə saat 15:00-da * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə çağırılmış və həmin bildirişə protokolun surəti əlavə olunaraq Qərardan şikayət verən orqan (şəxs) poçt vasitəsilə göndərilmiş və sonuncu poçt göndərişinin verilməsi barədə xəbərnaməni imzalamaqla rəsmi qaydada qəbul etmişdir. ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar isə ## ###### 2022-ci il tarixli reyestrlə poçt vasitəsilə Qərardan şikayət verən orqan (şəxs) yaşayış ünvanına göndərilmişdir (birinci instansiya məhkəməsində məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) həmin qərarı aldığını bildirmişdir). Məhkəmənin gəldiyi nəticəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar rəsmi qaydada şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) hətta özünün deməsinə görə inzibati tənbeh vermə haqqında qərarın ona təqdim olunduğu vaxtdan sonra da həmin qərardan şikayət vermək üçün prosessual müddət buraxılmışdır və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan hüquq mühafizə orqanlarına şikayət etdiyini və ona görə də 4 ilə yaxın müddət ərzində qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada həmin qərarı mübahisələndirmədiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, bu hal üzrlü hesab edilə bilməz. Əksinə, bu fakt özü bir daha təsdiq edir ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərar barədə məlumatı olmasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə və ya müvafiq yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət verməmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi hallar əsassız olduğundan təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar