Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-244/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X6 ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Abbasova Ellara Həsən qızının sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X6 ## #### 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X6 ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda məhkəməyə vəsatət ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Masallı Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsini, ötürülmüş prosessual müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılaraq Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Lənkəran-X2 ## #### 2025-ci il tarixli MN-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206.0.1-ci maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Həmin cərimə qanunsuzdur və ləğv edilməlidir. Qərar ona ## #### 2025-ci il tarixdə yazılmış, lakin qərarın surətini rəsmi qayda da ona göndərilməmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Lənkəran-X2 əməkdaşları ona şifahi şəkildə cərimə olunduğunu bildirmişlər. Qərarın ləğv edilməsi üçün Masallı Rayon Məhkəməsinə şikayət etmiş, həmçinin şikayətində buraxılmış prosessul müddətin bərpa edilməsi üçün ərizə də vermişdir. Hakim qanunsuz olaraq ötürülmüş müddəti bərpa etməmiş və bu barədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qərarda bir cümlə belə əsaslandırma apara bilməmişdir. Qərarda ancaq izahatlar, iş materialları və maddələr sadalanmaqla yetinmişdir. Qərarı rəsmi qaydada almadığından vaxtında şikayət verə bilməmişdir. Sonradan isə səhhətində olan bir neçə xəstəlikərdən əziyyət çəkdiyi üçün xəstəxanalarda müalicələr almışdır. Həmçinin qardaşı ağır xəstəliklərdən sonra vəfat etdiyindən, başı onun müalicəsinə qarışdığından qərarla maraqlana bilməmişdir. Vahid məhkəmə təcrübəsinə əsasən hakim yüzlərlə onun işi kimi müddətin bərpası barədə vəsatətləri təmin etmişdir. Vəsatəti tam qanuni və əsaslıdır. Ona yazılmış qərar isə qanunsuz və əsassızdır. Müddət bərpa olunub işə mahiyyəti üzrə baxılsa, inzibati qərar ləğv olunacaqdır. Çünki o, inzibati xətanı törətməmişdir. Qərar qərəzli qəbul edilmişdir, qarşı tərəfin onun inzibati xətanı törətməsi barədə heç bir mötəbər sübutu yoxdur. Həmçinin iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti * saylı Lənkəran-X2 tərəfindən tərtib olunmuş yerində baxış aktlarındakı imzalar saxtadır, saxta aktlar əsasında ona cərimə yazmışlar. Hesab edir ki, ötürülmüş müddət üzrlü hesab edilməli, məhkəmənin qərarı ləğv olunaraq vəsatəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X6 rəisi X1 qəbul etdiyi ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğdə cərimə edilmişdir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İş materiallarında olan ## #### 2025-ci il tarixli bildirişdən və AZ****/********** saylı teleqramdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MN ******* nömrəli qərar poçt vasitəsilə ünvanlanmış və ## ###### 2025-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. İş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) Məmmıədxan oğlunun Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidməti * saylı Lənkəran-X2 rəisi X1 ünvanladığı ## ###### 2025-ci il və ## ####### 2025-ci il tarixli ərizələrdən görünür ki, o, barəsində olan 2500 (iki min beş yüz) manat cərimə qərarından xəbərdar olmuş, həmin qərardan narazı olduğunu inzibati xətaya yol vermədiyinə görə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xəstəlik sənədlərindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 2025-ci ilin dekabr aylarında səhhəti ilə bağlı xəstəxanaya müraciət etmişdir. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidməti * saylı Lənkəran-X2 rəisi X1 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayəti ## #### 2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin şikayət vermə müddətinin bərpasından imtina barədə mövqeyi ilə razılaşır. İnzibati xətalar üzrə icraatın əsas prinsiplərindən biri prosessual müddətlərin dəqiq və məcburi xarakter daşımasıdır. Qanunverici tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətlərin məqsədi inzibati icraatın operativliyini, hüquqi müəyyənliyi və sabitliyi təmin etməkdir. Bu baxımdan, müddətin ötürülməsi yalnız obyektiv və sübut olunmuş üzrlü səbəblər olduqda bərpa edilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Su X9 Suların İstifadəsinə və X8 Xidmətinin * saylı Lənkəran-X6 ## #### 2025-ci il tarixli, MN ******* nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Bu hal iş materiallarında olan teleqram və bildirişlərlə təsdiq olunur. Eyni zamanda, iş materiallarında mövcud olan sübutlardan müəyyən edilir ki, şikayət vermiş şəxs qərardan özünün iddia etdiyi vaxtdan da əvvəl xəbərdar olmuşdur. Belə ki, onun özü tərəfindən səlahiyyətli orqana ünvanlanmış ## ###### 2025-ci il və ## ####### 2025-ci il tarixli ərizələrdə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın mövcudluğu və onun məzmunu barədə məlumatlı olduğu açıq şəkildə müəyyən olunur. Bu isə onun qərarla bağlı faktiki məlumatlandırılmasını və hüquqlarından istifadə etməyə başladığını təsdiq edir. Beləliklə də, şəxsin qərarın ona guya ## ###### 2026-cı il tarixdə təqdim edilməsi barədə dəlili isə iş materiallarında olan digər sübutlarla təkzib olunur və bu iddianın obyektiv əsasları müəyyən edilmir. Əksinə, həmin tarixdən xeyli əvvəl onun qərardan xəbərdar olması faktı mövcud sübutlarla təsdiqləndiyindən, bu dəlil öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə hesab edir ki, şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş 2025-ci ilin dekabr ayına aid xəstəlik sənədləri də müddətin ötürülməsinə üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, həmin tibbi sənədlər ## ###### 2025-ci ildən sonra şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinə birbaşa və obyektiv maneə yarandığını sübut etmir. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxs tərəfindən müddətin ötürülməsinə dair göstərilən halların heç biri qanunvericilikdə nəzərdə tutulmuş “üzrlü səbəb” meyarlarını formalaşdırmır. Üzrlü səbəb anlayışı yalnız şəxsin iradəsindən asılı olmayan, obyektiv şəkildə şikayət verməyə imkan verməyən və sübutlarla təsdiq olunan halları ehtiva edir. Hazırkı işdə isə belə hallar müəyyən edilmir. Eyni zamanda, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hətta qərarın ## ###### 2026-cı il tarixdə təqdim edildiyi qəbul edilsə belə, şikayət vermiş şəxs qanunla müəyyən edilmiş müddət çərçivəsində məhkəməyə müraciət etməmişdir. Bu da öz növbəsində müddətin ötürülməsinin sistemli və davamlı xarakter daşıdığını göstərir. Beləliklə, iş materiallarının məcmusu göstərir ki, şikayət vermə müddətinin ötürülməsi şəxsin prosessual hüquqlardan vaxtında istifadə etməməsi ilə bağlı olmuş, qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəblər müəyyən edilməmişdir. Halbuki, iş materiallarının məcmu şəkildə qiymətləndirilməsi göstərir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati icraatın başlanmasından etibarən səlahiyyətli orqan tərəfindən aparılmış müvafiq prosesdən və onun hüquqi nəticələrindən xəbərdar olmuşdur. Şəxin uzun müddət sonra bu faktı mübahisələndirməsi isə əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, uzun müddət keçdikdən sonra prosessual və ya maddi hüquqi müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan hallar ərizəçi tərəfindən sübuta yetirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. İş materiallarından göründüyü kimi, inzibati orqanın qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmış, Qərardan şikayət verən orqan (şəxs) isə yalnız ## #### 2026-cı il tarixdə müddətin bərpası barədə vəsatət təqdim etmiş, lakin uzun müddət ərzində şikayət verməməsinin səbəblərini əsaslandıran hər hansı obyektiv və üzrlü halı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü “iş materiallarında olan yerində baxış aktlarında imzaların saxta olması və həmin aktların əsasında əsassız olaraq cərimə edildiyi” barədə dəlilini də işin digər hallarından ayrı deyil, məhz şikayət vermə müddətinin bərpası məsələsi kontekstində qiymətləndirərək belə qənaətə gəlir ki, həmin dəlil də şikayət vermə müddətinin bərpası üçün hüquqi əsas yaratmır. İlk növbədə qeyd olunmalıdır ki, inzibati icraatda müddətin bərpası məsələsi yalnız şikayət verən şəxsin həmin müddəti ötürməsinə səbəb olan obyektiv və sübut olunmuş halların mövcudluğu ilə bağlıdır. Yəni məhkəmə bu mərhələdə inzibati xəta tərkibinin mahiyyətini, sübutların mötəbərliyini və ya qərarın qanuniliyini tam həcmdə yoxlamır, yalnız müddətin ötürülməsinin üzrlü olub-olmamasını qiymətləndirir. Bununla belə, iş materiallarından görünür ki, şikayət verən şəxsin bu barədə iddiaları əsasında müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət olunmuş, Masallı Rayon Prokurorluğundan daxil olmuş ##.##.2026-cı il tarixli, ***-*Ş-** saylı məktuba əsasən müraciət Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən araşdırmanın nəticəsinin əldə edilməsi məqsədilə ## ### 2026-cı il tarixli sorğu ilə Masallı Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Masallı Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı saxta sənəd hazırlanması faktı öz təsdiqini tapmadığından, Qərardan şikayət verən orqan (şəxs) müraciəti əsasında Masallı RPŞ-də toplanmış ##.##.2026-cı il tarixli, HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, qeyd edilən iddia üzrə aparılmış araşdırmanın nəticəsi də göstərir ki, müvafiq hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanması üçün əsaslar müəyyən edilməmişdir. Bu isə öz növbəsində həmin iddianın inzibati prosessual müddətin bərpası üçün “yeni və mühüm hal” kimi qiymətləndirilməsinə imkan vermir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-244/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-244/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver