Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-245/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN 6802933812) Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Sözügedən qərardan narazı qalan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətlə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar materialı araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## #### 2026-cı il tarixdə verilmiş şikayət prosessual müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən, şikayətin baxılmasından imtina olunmalı və şikayət iş materialları ilə birlikdə prosessual müddətinin bərpasına dair vəsatətin verilməsi üçün aidiyyəti üzrə həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərarın surətini ## ###### 2026-cı il tarixdə aldığını qeyd etmişdir. Göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ##.##.2026-cı ildə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən alındığı halda, şikayət bundan 10 gündən artıq müddət keçdikdən sonra verilmiş, ## #### 2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinə daxil olmuşdur. IXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati xəta haqqında iş üzrə qərarın nəticə hissəsində ondan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilməsi hüququ və qaydası nəzərdə tutulmuşdur. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti məhkəməyə ## #### 2026-cı ildə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa şikayət vermişdir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. Səlahiyyətli orqan istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Sabirabad Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, IXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən səlahiyyətli orqanın şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli və material birinci instansiya məhkəməsinə qaytaılmalı, ona müddət bərpası barədə vəsatətlə Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası IXMnin 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L DI: Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və material birinci instansiya məhkəməsinə göndərilsin. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-245/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-245/2026
28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver