Məhkəmə qərarları › İş №3(3-9)-246/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-246/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-246/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ##.##.1979-cu ildə İmişli rayonu, Bəcrəvan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhslilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Bəcrəvan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan; İsmayılov Əslan Mustafa oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmiş İsmayılov Əslan Mustafa oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən İsmayılov Əslan Mustafa oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, İsmayılov Əslan Mustafa oğlundan 500 manat məbləğində pul vəsaitinin X2 ödənilməsi barədə İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 500 manat borcu vardır. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə İsmayılov Əslan Mustafa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 15:40-dan hesablanmışdır. Barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmiş İsmayılov Əslan Mustafa oğlu məhkəmənin qeyd olunan qərarından şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsi həmin inzibati cəzanı verməkdə haqlı olmamış, həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Borclu olduğu tələbkar X2 olan 500 manat borcu tam şəkildə ödəmiş və bu barədə qəbzləri şikayət ərizəsinə aləvə etmişdir. Himayəsində 3 yetkinlik yaşma çatmayan uşağı var. Məhkəmə qanunun tələblərini pozaraq ilk dəfə məhkəməyə gətirildiyim halda, mənə ağır həbs cəzası da tətbiq etmişdir. Qeyd edilənlərə əsasən İmişli rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərarını ləğv edilməsini və həbsdən azad olunması barədə qərar qıbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Əslan Mustafa oğlunun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün ## #### 2024-cü il tarixli qərar icra olunması üçün Sabirabad Rayon Polis Şöbəsinə göndərilsə də, İsmayılov Əslan Mustafa oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində zərərçəkmiş şəxsin İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsi baxımından inzibati xətanı törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını iddia edərək, tələbini həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə əsasən “bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilir. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, İsmayılov Əslan Mustafa oğlundan 500 manat məbləğində pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, İsmayılov Əslan Mustafa oğlu icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Əslan İsmayılovun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə şikayətin dəlilləri baxımından İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının əsaslılığını və qanuniliyini yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən şikayət təmin edilməlidir. İşdə olan ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. İmişli rayon polis şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, borclu barəsində axtarış işi açılmışdır və axtarış tədbirləri nəticəsində borclu həmin tarixdə, saat 15:40-da İmişli RPŞ-yə təhvil verilmişdir. Şikayətə əlavə olunmuş No ***** nömrəli qəbzdən görünür ki, İsmayılov Əslan Mustafa oğlu 500 manat olan borcu ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən “Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə müəyyən edilmiş pul məbləğinin Əslan İsmayılov tərəfindən zərərçəkmiş şəxs X2 tamamilə ödənildiyini və sonuncu ilə barışıq əldə olunduğunu nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. İsmayılov Əslan Mustafa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. İsmayılov Əslan Mustafa oğlu dərhal həbsdən azad edilsin. Qərarın icrası Sabirabad rayon polis şöbəsinə və İmişli rayon polis şöbəsinə həvalə olunsun. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar