Məhkəmə qərarları › İş №3(3-9)-248/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-248/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-248/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun, məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi nümayəndə1 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və cərimə edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 65728 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 13354.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvaında törədilmişdir. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13354.36 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2670.87 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məhkəmənin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması və İnzibati Xətalar Məcəlləsiilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir Göründüyü kimi, Qaydalara əsasən 2 il müddət ərzində qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadığı halda inzibati məsuliyyətin yaranması üçün idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmalıdır. Şikayətə əlavə edilən gömrük bəyannamələri ilə inzibati xəta haqqında protokolda göstərilən 13354.36 ABŞ dolları məbləğində vəsait tam şəkildə bağlanmışdır. Bununla əlaqədar artıq ABB tərəfindən AR Mərkəzi Bankına müraciət də getmişdir. Yəni portokolda qeyd olunan xaricə köçürülən 65728 ABŞ dolları vəsaitin müqabilində tamşəkildə ölkəyə mal idxal edilmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilən zaman bizə məlumat verilməmiş, izahatları alınmamış, mövqeyləri öyrənilməmiş, bildiriş və xəbərdarlıq gəlməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda imzaları yoxdur, tərtib edildikdən sonra belə məlumat üçün də gönədrilməmişdir. AR Mərkəzi Bankı tərəfindən təqdim edilən inzibati xəta haqqında protokol və onun alt sənədləri ilə tanış ola bilməmişlər. Gecikmənin digər səbəbi kimi qonşu ölkə olan İran İslam Respublikasında baş verən müharibə ilə əlaqədardır. Gəmilərin boğazdan keçidinin mümkün olmaması ilə əlaqədar hamıya bəlli olan və sübuta ehtiyac olmayan haldır ki, malların ölkəyə idxalı gecikməkdədir Göstərilənlərə İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq Protokol tərtib edən orqanlarn səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində əməlində inzibati xəta hadisəsinin olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Şikayətin məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsas dəlili avans yolu ilə ödənilmiş vəsaitinə dair malların qaydalara əsasən müəyyən olunmuş vaxt ərzində idxal edilməsində olan gecikmənin obyektiv səbəblə bağlı olması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə aşağıdakı sübutları yenidən tədqiq etməyi zəruri hesab edir. Azərbaycan Beynəlxal Bankının ## ###### 2026-cı il tarixli *-*-**/*-*****/**** saylı Protokol tərtib edən orqanlar ünvanlanmış məktubundan və ona əlavədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin köçürmələr üzrə idxal olunan mal və ya xidmətin idxalını təsdiq edən müvafiq sənədləri Azərbaycan Beynəlxal Bankına tam olaraq təqdim etməmişdir. Protokol tərtib edən orqanlar Hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 65728 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 13354.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. ***OCT********** nömrəli ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 65728 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara – DGS DIS TICARET ANONIM SIRKETI hesabına köçürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda qeyd olunan, eləcə də, iş üzrə toplanmış digər sübutların məcmusu ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ###### 2024-cü il tarixdə 13354.36 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və həmin vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında qərardan ümumi əsaslarla şikayət etsə də, aşkar olunmuş inzibati xətanın törədilməsini istisna edən halla bağlı heç bir sübut təqdim etməmiş, yalnız prosessual hallarla bağlı şikayəti əsaslandırmışdır. Şikayətdə qeyd olunan hallarla bağlı qeyd edilməlidir ki, şikayətin dəlilləri və təqdim edilmiş gömrük bəyannəməlinə əsasən, Apellyasiya məhkəməsi tərəfindən Mərkəzi Banka edilmiş sorğuya ## ### 2026-cı il tarixli ərizədən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixində həyata keçirilmiş 65 728 ABŞ dolları məbləğində avans köçürməsi üzrə təqdim olunmuş gömrük bəyannamələri əsasında ümumilikdə 57 278,64 ABŞ dolları məbləğində bağlanma aparılmışdır. Həmin məbləğin bağlanması aşağıdakı gömrük bəyannamələri əsasında həyata keçirilmişdir: ************** nömrəli gömrük bəyannaməsi üzrə 46 910 ABŞ dolları məbləğində malların idxalı ##.##.2026-cı il tarixində həyata keçirilmişdir; ************** nömrəli gömrük bəyannaməsi üzrə 5 463,64 ABŞ dolları məbləğində malların idxalı ##.##.2026cı il tarixində həyata keçirilmişdir; ************** nömrəli gömrük bəyannaməsi üzrə 4 905 ABŞ dolları məbləğində malların idxalı isə ##.##.2026-cı il tarixində həyata keçirilmişdir. Beləliklə, təqdim olunmuş gömrük bəyannamələri üzrə ümumilikdə 52 373,64 ABŞ dolları məbləğində malların idxalı ##.##.2026-cı il tarixinədək həyata keçirilmiş, 4 905 ABŞ dolları məbləğində malların idxalı isə qeyd olunan tarixdən sonra həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ölkəyə idxal edilməyən mallara münasibətdə tərtib edilmişdir. Bu səbəbdən ##.##.2026cı il tarixində idxal olunmuş 4 905 ABŞ dolları məbləğində mallar protokolda öz əksini tapmamışdır. Beləliklə, iş materiallarında müəyyən olunur ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ###### 2024-cü il tarixində 65728 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin, həmin ödənişdən 13354.36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməmişdir. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, ## #### 2026-cı il tarixli EP saylı ******* saylı inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətaları törətməsi, yəni valyuta tənzimi qaydalarını pozması birinci instansiya məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli və tənbeh olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsi 430.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında protokolun, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və cərimə edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar