Məhkəmə qərarları › İş №3(3-9)-251/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-251/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-251/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs İbrahimov Əflatun Əjdər oğlunun iştirakları ilə, İbrahimov Əflatun Əjdər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə göndərilməsinə dair Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim Rövşən Xəlilov), İbrahimov Əflatun Əjdər oğlunun şikayətinin qismən təmin edilməsi, İbrahimov Əflatun Əjdər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İbrahimov X7 Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçiyə iş tapşırıqları verərkən sağlam və təhlükəsiz əmək şəraitini təmin etmədiyinə və təhlükəli, zərərli istehsalat amillərinə nəzarəti təşkil etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şxs Ə.İbrahimov şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin # ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ## ###### 2015-ci il tarixdən ## ###### 2025-ci il tarixədək Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar, ## ###### 2025-ci il tarixdən hal-hazıradək Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsində işləyir. "DOST İŞ Mərkəzi" MMC-nin işçisi X3 və digər işçilər Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçisi vəzifəsi üzrə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq-tikinti şöbəsinə təhkim edilmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq-tikinti şöbəsinə təhkim edilmiş Dadaş Təhməzov və digər işçilər Lerik şəhərində təmir-tikinti işlərinə və şəhid abidələrinin təmir bərpa işlərinə cəlb olunmuşlar. Dadaş Təhməzov və təhkim edilmiş digər işçilər təhlükəsiz əmək şəraiti ilə bağlı aparatın memarlıq-tikintti şöbəsinin rəhbərliyi tərəfindən mütəmadi qaydada təlimatlandırılmışlar. "DOST İŞ Mərkəzi" MMC-nin işçisi X3 ## ####### 2025-ci il tarixdə Lerik şəhəri Ş.Müslümov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında cari təmir işləri, o cümlədən ikinci mərtəbədə yerləşən mənzillərin pəncərə kənarlarına termo aqlay vurulması ilə bağlı işləri yerinə yetirərkən həmin gün saat 13:40-da nahar fasiləsi zaman ehtiyatsızlıq edərək iş yoldaşlarına xəbərdar etmədən nərdivana çıxmış, yıxılaraq az ağır xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən tərtib edilmiş bədbəxt hadisənin baş verməsində Təhqiqat aktı ilə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin ## ####### 2025-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmişdir. "X1" MMC-nin işçisi X3 ## ####### 2025-ci il tarixdə saat 13:40 radələrində işləri yerinə yetirərkən yıxılaraq az ağır xəsarət alması faktı Lerik Rayon Prokurorluğunda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsində eyni zamanda araşdırılmışdır. Belə ki, Lerik Rayon Prokurorluğunda ## ###### 2026-cı il tarixli Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cu maddəsinə əsasən, yəni "texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulmasına görə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Lerik Rayon Məhkəməsinə göndəlilmişdir. Həmin maddənin sanksiyasında min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Eyni zamanda "DOST İŞ Mərkəzi" MMC-nin işçisi X3 ## ####### 2025-ci il tarixdə saat 13:40 radələrində işləri yerinə yetirərkən yıxılaraq az ağır xəsarət alması faktı üzrə bir inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin vəzifəli şəxsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddesi ilə işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə, 198.1.7-ci maddəsi ilə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə və 199-cu maddəsi ilə, yəni sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi ilə bağlı işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə barəsində ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmiş və ## ###### 2026-cı il tarixli MN-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, həmin İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, yəni 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin maddənin sanksiyasında yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Belə ki, inzibati xəta hadisəsi baş verərkən-## ####### 2025-ci ildə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar vəzifəsində işləmiş, zərərçəkmiş şəxs DOST İŞ Mərkəzi" MMCnin işçisi X3 Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq-tikinti şöbəsinə təhkim edilmiş, Lerik şəhərində təmir-tikinti işlərinə və şəhid abidələrinin təmir bərpa işlərinə cəlb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən tərtib edilmiş bədbəxt hadisənin baş verməsində Təhqiqat aktının 4.3-cü və 4.4-cü bəndlərinə əsasən Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar olaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi nəzarətsizliyə görə onun cavabdehliyi müəyyən edilmiş, həmçinin aktın 4.1-ci bəndinə əsasən "X1" MMC-nin Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçisi vəzifəsi üzrə təhkim edilmiş işçisi X3 ehtiyatsızlığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi və 198.1.7-ci maddəsi ilə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi ilə bağlı əməyin mühafizəsi qaydalarının pozulması zərərçəkmiş şəxsin- DOST İŞ Mərkəzi" MMC-nin işçisi X3 az ağır zərərin vurulmasına səbəb olduğundan əməli İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tövsif olunmalı idi. Lerik Rayon Prokurorluğunda ## ###### 2026-cı il tarixli Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cu maddəsinə əsasən, yəni "texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulmasına görə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Lerik Rayon Məhkəməsinə göndəlilmişdir. Əlavə olaraq bildirilir ki, Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin rəisi Rasim Əliyev barəsində eyni inzibati xəta hadisəsi ilə bağlı DOST İŞ Mərkəzi MMC-nin işçisi X3 az ağır zərərin vurulmasına görə X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə istehsalatda baş veren bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə Protokol tərtib edilmiş va o 1000 manat məbləğində cərimə edilmişdir. Beləliklə eyni inzibati xəta hadisəsi ilə bağlı X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin vəzifəli şəxsi tərəfindən 2 vəzifəli şəxs barəsində Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin rəisi Rasim Əliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsi ilə və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə işəgötürən kimi inzibati xəta haqqında Protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin vəzifəli şəxsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən, yəni sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi ilə bağlı işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib etməsi və ## ###### 2026-cı il tarixli MN-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, yəni 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməyi qanunsuz və əsassızdır. Birinci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə müəyyən olunmuş inzibati xəta hadisəsi üzrə inzibati xətanın xüsusi subyekti-işəgötürən hesab olunmur. Baş verən inzibati xətaya görə vəzifəli şəxs kimi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya uyğundur və Lerik Rayon Prokurorluğunun ## ###### 2026-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cu maddəsi ilə tövsif edilmişdir. İkincisi, əməlində İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi üzrə inzibati xəta tərkibi olmadığına görə, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcud olduğuna görə X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin vəzifəli şəxsi tərəfindən barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN-******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. İşə baxan Lerik Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayət verərək Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən İbrahimov Əflatun Əjdər oğlu barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və X8 Xidmətinin Lənkəran- Astara regional şöbəsi ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İXM-in 199-cu maddəsi əsasında İbrahimov Əflatun Əjdər oğlu barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar tam qanuni və əsaslıdır. Belə ki, Dost İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Lerik rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X4 ## ####### 2025-ci il tarixində saat 13:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "Dost İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X5 ehtiyatsızlığını müəyyən etmişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci və 4.4-cu bəndlərinə əsasən Lerik Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi X11 nəzarətsizliyinə görə cavabdehliyini müəyyən etmişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü və 4. 4-cü bəndlərinə əsasən Lerik Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri İbrahimov Əflatun Əjdər oğlunun cavabdehliyini müəyyən etmişdir. X5 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.## 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan"na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "Dost İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində uçota alınmalıdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir...) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələbləri pozulmuşdur. Eyni zamanda, bildiririk ki, yekun təhqiqat aktı, bədbəxt hadisənin araşdırılmasının yekununda tərtib edilməklə hadisəni ümumiləşdirir, təqsiri müəyyənləşdirir. Məhkəmənin Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən qanunuvericiliyin tələblərinin pozulması mövqeyinə münasibətdə bildirirki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanın 5.4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 191.2-ci, 192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199-203cü, 205-1.1-ci, 469-1-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1ci, 539, 540A, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxılır. Göründüyü kimi İXM-nin 198.1.6, 198.1.7, 199-cu maddələri Xidmətin fəaliyyət səlahiyyətlərinə bilavasitə aid olduğundan Xidmət tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Bundan başqa Lerik Rayon Prokuroru R Şahin Şükürov tərəfindən İbrahimov Əflatun Əjdər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati icraat başlanılmış və baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin *(*-***)-**/**** saylı ## #### 2026-cı il tarixli qərarına əsasən İXM-in 198.3-cü maddəsi ilə 1500 manat cərimə edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs İbrahimov Əflatun Əjdər oğlunun əməllərində inzibati xəta tərkibinin mövcudluğu məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İbrahimov Əflatun Əjdər oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsi ilə Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri müəyyənləşdirilmişdir. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılınası üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 222-ci maddəsi ilə Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi şərtləri belə müəyyənləşdirilmişdir:

1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir.

2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.

3. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.

4. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.

5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.

6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir.

7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir.

8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır. İbrahimov Əflatun Əjdər oğlunun təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. İbrahimov X7 Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan, İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.4-cü maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməlidir. 199-cu maddəsinə əsasən, İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarında olan sənədlərə əsasən İbrahimov Əflatun Əjdər oğlu tərəfindən İXMin 199-cu maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır.

PROSESSUAL MƏSƏLƏLƏR:

Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs İbrahimov Əflatun Əjdər oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Rəvən Həsənov tərəfindən qəbul edilmiş # ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilmədiyinə və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına görə sonuncu barəsində İXMin müvafiq olaraq 198.1.1 və 198.3-cü maddələrinə əsasən həmin hissədə inzibati məsuliyyətə edilməsi üçün material ayrılaraq rayon prokuroruna təqdim edilməsi, İbrahimov Əflatun Əjdər oğlu tərəfindən işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilmədiyinə, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilmədiyinə, tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilmədiyinə və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 198.1.6, 198.1.7, 198.3 və 199cu maddələrinə əsasən həmin hissədə inzibati məsuliyyətə cəlb edilməsi üçün material ayrılaraq rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, İbrahimov Əflatun Əjdər oğlu eyni əmələ görə artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin # ###### 2026-cı il tarixli, MN ******* saylı qərarı ilə İXM-in 199-cu maddəsi əsasında 1500 manat məbləğində cərimə edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İXM-in 198.1.6, 198.1.7 və 198.3-cü maddələrinin tərkibi olduğuna görə inzibati məsuliyyət məsələsinə baxılması zərurəti yaranmış, lakin qanunvericiliyin eyni vaxtda törədilmiş bir neçə inzibati xətaya görə işlərin bir icraatda baxılması tələbinə riayət edilməmişdir. Bu səbəbdən də, X8 Lənkəran-Astara Regional şöbəsinin # ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan qənaətə gələrkən əsas kimi İXM-in 34.3-cü maddəsinə istinad etmişdir. Belə ki, qeyd olunan normada göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Lakin apellyasiya məhkəməsi bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. İXM-in 43.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyətli məhkəmələrə aid olunsa da İXMin 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti məhkəmələrə aid olunmamışdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli, *** nömrəli Fərmanının 5.4-cü bəndinə görə, həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199-203-cü, 205-1.1-ci, 469-1-ci, 477-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu # ######## 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Apellyasiya məhkəməsi apellyasiya şikayətini iş materialları və birinci instansiya məhkəməsinin qərarı ilə qarşılıqlı surətdə təhlil edərək bildirir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçi xəsarət almış, həmin hadisə üzrə aparılmış təhqiqat nəticəsində hadisənin başvermə səbəbləri və məsuliyyət daşıyan şəxslər müəyyən edilmişdir. Təhqiqat aktında İbrahimov Əflatun Əjdər oğlunun işəgötürən kimi əmək şəraitinin təhlükəsizliyini təmin etməməsi və nəzarət vəzifələrini lazımi qaydada yerinə yetirməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bilən hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar hesab olunur. Həmin məlumatlar inzibati xəta haqqında protokol, digər sənədlər, şahidlərin izahatları və səlahiyyətli orqanların aktları ilə təsdiq edilir. İş üzrə toplanmış sübutlar, o cümlədən təhqiqat aktı və inzibati xəta haqqında protokol göstərir ki, hadisə təsadüfi xarakter daşımamış, işəgötürənin əməyin mühafizəsi sahəsində təşkilati nəzarət vəzifələrinin icrasındakı nöqsanlarla səbəbli əlaqədə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkilinə və əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə borcludur. İş materiallarının məcmusu bu vəzifələrin lazımi səviyyədə icra olunmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Müəyyən edilmiş faktiki hallar bu maddənin dispozisiyasında nəzərdə tutulmuş hüquqpozmanın bütün əlamətlərini ehtiva edir. İş materiallarından həmçinin görünür ki, Lerik Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı ilə vəzifəli şəxs Ə.İbrahimovun əməlində İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməklə 1.500 manat inzibati cərimə olunmuşdur. Bu hal onun təqsirinin hüquqi baxımdan təsdiq edilməsi kimi çıxış edir və iş üzrə toplanmış sübutların məcmusunu gücləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalara baxan hakim sübutları işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamına görə qiymətləndirir. Birinci instansiya məhkəməsi isə sübutların məcmusunu tam şəkildə qiymətləndirməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qərarında prosessual əsas kimi İXM-in 34.3-cü maddəsinə istinad etmişdir. Həmin maddə isə yalnız eyni orqanın səlahiyyətinə aid olan və eyni hüquqi tərkibdən irəli gələn inzibati xətalara şamil edilir. Lakin iş üzrə tətbiq olunan hüquqpozma fərqli hüquqi tərkibə malik olmaqla yanaşı, mərhələli inzibati və faktiki araşdırma nəticəsində müəyyən edilmişdir. Buna görə də, həmin normanın tətbiqi üçün hüquqi əsas mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması məhkəmə qərarının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilən faktiki hallar və hüquqi normaların qarşılıqlı təhlili əsasında apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, İbrahimov Əflatun Əjdər oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli qərar qanuni və əsaslıdır, birinci instansiya məhkəməsinin qərarı isə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Ə.İbrahimov tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin # ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmamalıdır. İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs İbrahimov Əflatun Əjdər oğlunun səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin # ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar