Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-252/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi X4 Səmədov Alim Nadir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: ##.##.1998-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsdə saxlamanın əvvəli ##.##.2026-cı il tarixdən hesablanmış, qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə və Baş Dövlət Yol Polisi Idarəsinə həvalə olunmuşdur. Işin halları Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri ilə IXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından inzibati qaydada həbs edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti belə əsaslandırmışdır ki, «o, öz təqsirini səmimi etiraf etsə də, işə baxan məhkəmə buna fikir verməmiş və hüquqlarını pozaraq ona həbs növündə tənbeh vermişdir. Hələ bu azmış kimi, onu sürücülük vəsiqəsindən də məhrum etmişdir. Onun himayəsində xəstə valideynləri var. Evin yeganə qazanc gətirəni odur. Ondan başqa ailəsini dolandıran yoxdur». Prosessual məsələlər Apellyasiya baxışı zamanı inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər. Apellyasiya baxışı zamanı DIN Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayəti üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməlidir. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – özünün izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan ## ##### 2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:55-də “BMW 525I” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il ərzində təkrarən narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Işdə olan Şirvan şəhərində yerləşən “Mediyus Clinic” klinikası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “sidikdə narkotest” analizinin nəticəsinə əsasən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində AMP (amfetamin), METAMP (metamfetamin), THC (marixuana) və PGB (pregabalin) Lyrica adlı narkotik vasitə və psixotrop maddələr pozitiv (+) çıxmış, yəni həmin vasitə və maddələrdən istifadəsi aşkar olunmuşdur. Barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, ## ##### 2026-cı il tarixdə yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, alkotester vasitəsilə test aparılmışdır. O, bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin Iran Islam Respublikasına aid olan həmin marixuananın tərkibində başqa narkotik vasitələr və psixotrop maddələr də olmuşdur. Bu səbəbdən tibbi klinikada sidik analizi verən zaman analizin nəticəsində başqa narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Etdiyi hərəkətə görə peşman olmuşdur. Azərbaycan Respublikası IXM-in 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 333-1.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi; 333- 1.2-ci maddəsinə görə isə bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi inzibati xəta tərkibini yaradır. Yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 333-1.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün nəticəyə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehlə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında təqsirini etiraf edərək törətdiyi əmələ görə səmimi peşman olduğunu qeyd etmişdir. Inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı IXM-in 32.1.1ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası IXM-in 333-1.2-ci maddəsinin sanksiyasına görə, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törədən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tətbiq edilmiş inzibati tənbehin növü hissəsində dəyişdirilməli və ona əsas inzibati tənbeh kimi təyin edilmiş inzibati həbs inzibati cərimə ilə əvəz edilməlidir. IXM-in 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı inzibati tənbehə aid hissədə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 333-1.2-ci maddəsi ilə əsas inzibati tənbeh kimi təyin edilmiş inzibati həbs inzibati cərimə ilə əvəz edilsin. IXM-in 31.4-1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq, ona təyin edilmiş inzibati cərimənin miqdarı IXM-in 333-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimənin dörddə üçü miqdarında, yəni 600 manat məbləğində inzibati cərimə təyin edilsin və üzərində qəti olaraq iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində inzibati cərimə saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Göyçay rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-252/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-252/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver