Məhkəmə qərarları › İş №3(3-9)-254/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-254/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-254/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi Səlahiyyətli orqan Beyləqan Rayon Polis X9 polis sahə rəisi, R X2, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - IXM) 510.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan Rayon Polis X7 Bölməsinin polis sahə rəisi, R X2 tərəfindən ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsində araşdırma zamanı şahidlərin verdiyi ziddiyyətli ifadələrə, eyni zamanda həmin şahidlərin ifadələrini təsdiq edən başqa sübutların (videogörüntü, səs yazısı, digər müstəqil şahid ifadələri və s.) olmamasına baxmayaraq, məhkəmə polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşmamış, baş vermiş hadisəyə düzgün qiymət verməmiş, nəticədə inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Polis əməkdaşlarının şahid qismində dindirilməsi qanunla qadağan olunmur və onların ifadələri prinsip etibarilə sübut kimi qiymətləndirilə bilər. Lakin hər bir sübutun obyektivliyi, kifayətliliyi və etibarlılığı ayrıca qiymətləndirilməlidir. Hazırkı işdə müdafiə tərəfi problem kimi şahidin polis olmasını deyil, bütün şahidlərin eyni orqanın əməkdaşları olmasını, onların xidməti bağlılığının mövcudluğunu, ifadələrin bir-birini təkrarlamasını, müstəqil şahidin olmamasını, baş vermiş hadisənin video, foto və digər texniki sübutlarla təsdiq olunmamasını göstərmişdir. Müdafiə tərəfinin fikrincə, hadisənin baş verdiyi mağaza Səbuhi Məmmədovun qayınatasına məxsus olduğundan həmin mağazada quraşdırılmış kamera görüntülərinin təqdim edilməsi iddiaların yoxlanılması baxımından əhəmiyyətli ola bilərdi. Bu səbəbdən müdafiə tərəfi hesab etmişdir ki, ifadələrin obyektiv, müstəqil və əlavə sübutlarla təsdiqlənməməsi şəxsin təqsirinin sübuta yetirilməsi barədə nəticəyə gəlməyə imkan vermir və aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə qiymətləndirilməlidir. Eyni zamanda müdafiə tərəfi qeyd etmişdir ki, həbs nəzərdə tutulan inzibati xəta barədə işlər dərhal məhkəməyə çıxarılmalı olduğu halda, protokol tərtib edən şəxs materialları məhkəməyə saat 17:40-da təqdim etmiş, materialların günün birinci yarısında məhkəməyə təqdim edilməməsinin səbəbləri isə araşdırılmamışdır. Qeyd edilənlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Beyləqan Rayon Polis X7 Bölməsinin polis sahə rəisi, R X2 şikayətin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 şikayətin dəlillərinə uyğun izahat verərək, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən, barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Polis X6 baş təhqiqatçısı, R Səbuhi Məmmədov tərəfindən Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış ## ##### 2026-cı il tarixli raportdan görünür ki, o, həmin tarixdə təxminən saat 20 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən “N market” adlı ərzaq mağazasında ərzaq götürərək kassaya yaxınlaşan zaman kassanın qarşısında dayanmış şəxsin vitrindəki saqqız çeşidlərinə baxmaqla keçidə maneə yaratdığını görmüşdür. Səbuhi Məmmədov həmin şəxsdən yol verməsini xahiş etsə də, sonuncu ona qarşı kobud və nalayiq ifadələr işlətmişdir. Səbuhi Məmmədov polis əməkdaşı olduğunu bildirərək ondan ictimai qaydanı pozan davranışlara son qoymasını tələb etmiş, lakin şəxs uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra Səbuhi Məmmədov rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, PPXB-nin əməkdaşları hadisə yerinə gəldikdən sonra da həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ictimai qaydanı pozan davranışını davam etdirmişdir. Şəxs polis avtomobilinə əyləşdirilərək polis şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Qeyd edilənlər əsasında Beyləqan Rayon Polis X7 Bölməsinin polis sahə rəisi X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi isə hazırkı qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız IXM-in 510.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 08 gün müddətə inzibati həbs tətbiq etmişdir. Buna görə apellyasiya yoxlamasının predmeti də məhz həmin qərarın 510.1-ci maddə üzrə qanuniliyi və əsaslılığıdır. IXM-in 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik halları araşdıraraq, IXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatları, protokolu, raportu və digər yazılı materialları sübut növləri kimi qəbul etmiş, həmin sübutları məcmu halında qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 510.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması nəticəsinə gəlmişdir. Apellyasiya araşdırması zamanı da müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, raport, polis əməkdaşlarının ardıcıl izahatları və inzibati materialda olan digər sənədlərlə təsdiq olunur. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiəçi Vəkil apellyasiya şikayəti əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmaması, hadisənin yalnız polis əməkdaşlarının ifadələri ilə təsdiq edilməsi, müstəqil texniki və ya digər sübutların təqdim edilməməsi, habelə materialların məhkəməyə gec təqdim olunması arqumentləri üzərində qurulmuşdur. Bu dəlillər aşağıdakı əsaslara görə qərarın ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin IXM-in 31-34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş inzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXM-in 84cü maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini IXM-in 510.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Bununla yanaşı, apellyasiya instansiyası şikayətdə göstərilən konkret dəlillərə ayrıca münasibət bildirməyi zəruri hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olmaması ilə bağlı dəlilə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Ilk növbədə qeyd edilməlidir ki, IXM-in 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və vətəndaşların sakitliyini pozan hərəkətlərin törədilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu hüquq pozuntusunun obyektiv tərəfi ictimai yerdə nalayiq davranış, söyüş, təhqiredici ifadələr və ya buna bənzər hərəkətlərlə ictimai asayişin pozulmasında ifadə olunur. Subyektiv tərəfi isə qəsddir; şəxs öz hərəkətlərinin ictimai qaydanı pozduğunu dərk edir və həmin hərəkətləri şüurlu surətdə davam etdirir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri ictimai yerdə - marketdə baş vermiş, onun davranışı kassanın qarşısında olan şəxslərin normal hərəkətinə, mağazanın adi fəaliyyətinə və ictimai sakitliyə maneə yaratmışdır. Bu hal inzibati xəta haqqında protokol, raport, polis əməkdaşlarının izahatları və digər yazılı materiallarla təsdiq olunur. Birinci instansiya məhkəməsi həmin sübutların məcmu halda hadisənin başvermə mexanizmini əks etdirdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində əsas dəlil kimi polis əməkdaşlarının ifadələrinin kifayət qədər obyektiv olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik polis əməkdaşlarının şahid qismində izahat verməsini və ya dindirilməsini qadağan etmir. Lakin bu, həmin ifadələrin dərhal və tənqidsiz qəbul edilməsi anlamına gəlmir; belə ifadələr də digər sübutlar kimi məzmunu, ardıcıllığı, daxili uyğunluğu, hadisənin digər materialları ilə uzlaşması və mümkün qərəz ehtimalı baxımından qiymətləndirilməlidir. Hazırkı işdə polis əməkdaşlarının izahatları hadisənin başvermə vaxtı, yeri, şəxsin davranışı, ona edilən xəbərdarlıq və sonradan polis şöbəsinə aparılması hissəsində bir-biri ilə ziddiyyət təşkil etmir, inzibati xəta haqqında protokol və raport məlumatları ilə uzlaşır. Müdafiə tərəfi isə həmin ifadələri etibarsız edən konkret ziddiyyət, saxtalaşdırma əlaməti və ya obyektiv uyğunsuzluq göstərməmişdir. Müdafiə tərəfinin video və ya səs yazısı kimi texniki sübutların təqdim edilməməsi barədə arqumentinə münasibətdə qeyd olunmalıdır ki, qanunvericilik hər bir inzibati xəta işi üzrə mütləq şəkildə video, audio və ya foto materialın mövcudluğunu tələb etmir. Bununla belə, texniki sübutların olmaması məhkəməni mövcud sübutların kifayətliliyini daha diqqətlə yoxlamaq və şikayətdə göstərilən dəlillərə ayrıca qiymət vermək vəzifəsindən azad etmir. Hazırkı işdə birinci instansiya məhkəməsinin istinad etdiyi protokol, raport və izahatlar bir-birini tamamladığından, video görüntünün təqdim edilməməsi təkbaşına təqsirin sübuta yetirilməməsi nəticəsinə gəlmək üçün kifayət etmir. Şikayətdə qeyd edilən materialların məhkəməyə saat 17:40-da təqdim edilməsi barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, həbs nəzərdə tutulan inzibati xəta işləri üzrə operativ baxılma tələbi şəxsin hüquqlarının təmin edilməsinə xidmət edir. Lakin hazırkı işdə materialların həmin günün ikinci yarısında məhkəməyə daxil olması müdafiə hüququnun məhdudlaşdırılması, şəxsin məhkəməyə çıxarılmadan əsassız saxlanılması və ya işin nəticəsinə təsir edən mühüm prosessual pozuntu kimi təsdiq olunmamışdır. Bu səbəbdən həmin hal qərarın ləğvi üçün müstəqil əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi həmçinin vurğulayır ki, şübhələrin şəxsin xeyrinə qiymətləndirilməsi prinsipi yalnız ehtimal xarakterli, abstrakt və sübutlarla dəstəklənməyən iddialar olduqda deyil, iş materialları ilə aradan qaldırılması mümkün olmayan real və əsaslandırılmış şübhələr yarandıqda tətbiq edilir. Hazırkı işdə müdafiə tərəfinin dəlilləri belə real və aradan qaldırılması mümkün olmayan şübhə yaratmır; əksinə, iş üzrə toplanmış sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozan, nalayiq davranışlarla müşayiət olunan hərəkətlər törətdiyini təsdiq edir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 510.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın bütün elementləri - obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf mövcuddur. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və əsaslı nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunan inzibati tənbeh tədbirinin növü və müddəti məsələsinə gəldikdə qeyd edilməlidir ki, IXM-in 6.1, 9.1, 21 və 31.2ci maddələrinin mənasına görə inzibati tənbeh qanunla nəzərdə tutulmalı, ədalətli olmalı, inzibati xətanın xarakterinə, törədilmə hallarına, təqsirin dərəcəsinə, şəxsin şəxsiyyətini xarakterizə edən hallara, əmlak vəziyyətinə, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallara uyğun tətbiq edilməlidir. Bu normaların məzmunundan görünür ki, inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün yalnız sanksiyanın formal hədlərinə istinad kifayət deyil; məhkəmə konkret işin hallarını, xətanın ictimai qaydaya təsirini, şəxsin davranışının davamlılığını, xəbərdarlıqlara münasibətini və daha yüngül tənbehin məqsədə çatmaq üçün yetərli olub-olmadığını əsaslandırmalıdır. Hazırkı işdə IXM-in 510.1-ci maddəsinin sanksiyası ilk növbədə cərimə tənbehini, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə görə həmin tədbirin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək inzibati həbsin tətbiqini nəzərdə tutur. Buna görə inzibati həbs tənbehinin tətbiqi ayrıca əsaslandırılmalı, cərimənin niyə kifayət etmədiyi işin konkret halları ilə izah olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş, polis əməkdaşının xəbərdarlığına və ictimai qaydaya riayət etmək barədə tələbə baxmayaraq davranışını davam etdirmiş, sonradan hadisə yerinə gəlmiş digər polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmamışdır. Xətanın ictimai yerdə, mağazada, digər şəxslərin gözü qarşısında törədilməsi, davranışın xəbərdarlıqdan sonra da davam etdirilməsi və ictimai asayişə açıq hörmətsizlik xarakteri cərimə tənbehinin kifayət etməməsi barədə nəticəni əsaslandırır. Bununla yanaşı, tətbiq edilmiş 08 gün inzibati həbs IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş maksimum 15 günlük həddən aşağıdır və işin hallarına görə açıq-aşkar ağır və ya qeyri-mütənasib hesab edilmir. Tənbehin bu müddətdə müəyyən edilməsi həm xətanın xarakterinə, həm də inzibati tənbehin şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi və yeni inzibati xətaların qarşısının alınması məqsədinə uyğundur. Bu baxımdan apellyasiya məhkəməsi hesab edir ki, inzibati həbsin tətbiqi və onun 08 gün müəyyən edilməsi işin faktiki hallarına, IXM-in 31-ci maddəsində təsbit edilmiş tənbeh təyin etmə meyarlarına və ədalət prinsipinə uyğundur. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsi də tətbiq edilmiş tənbehin qanunsuz və ya əsassız olması nəticəsinə gəlməyə əsas vermir. Əksinə, məhkəmə xətanın törədilmə şəraitini, davranışın ictimai yerdə və xəbərdarlıqdan sonra davam etdirilməsini nəzərə alaraq cərimə tənbehinin kifayət etməyəcəyi barədə nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin tənbehin sərtliyi ilə bağlı dəlilləri də əsaslı hesab edilmir. Qanunvericiliyin qeyd olunan müddəaları və inzibati xəta haqqında iş üzrə icraat materialları birlikdə qiymətləndirildikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Beləliklə, qanunun tələbləri və işin həqiqi halları baxımından apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı, təyin edilmiş inzibati tənbeh isə ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və IXM-in 128-136-cı maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi barədə Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar