Məhkəmə qərarları › İş №3(3-9)-255/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-255/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-255/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şirvan şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis Rı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, o, atası X1 şəxsi mülkiyyətində olan “Mercedes Benz markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün ona etibarnamə vermişdir. ##.##.2026-cı il tarixdə saat 19:43 radələrində istifadəsində olan mobil telefonuna SMS vasitəsi ilə barəsində İXM-nin 329.1ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi DYPB-i tərəfindən EQ ******** nömrəli elektron qərar tətbiq olunması ilə bağlı məlumat daxil olmuşdur. O, həmin vaxt Bakı şəhərində olmuş, nəqliyyat vasitəsini idarə etməmişdir Şirvan şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini X2 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, İnzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 -ci maddəsinə əsasən elektron qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində qərar qəbul edilmiş şəxs qeyd olunan tarixdə Bakı şəhərində olmuş və o, inzibati xətaya yol verməmiş, bu səbəbdəndə onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir.Birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Bununla bağlı İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır.Sürücü barəsində tərtib olunmuş elektron qərarlarda öz əksini tapmış foto şəkillərdən də tam aydın olur ki, sürücü qayda pozuntusu törətmiş və həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi və tərkibi var, Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində olan məlumatlara əsasən sonuncu etibarnamə Qərardan şikayət verən orqan (şəxs) olduğuna görə onun barəsində elektron qərar qəbul olunub, lakin birinci instansiya məhkəməsinin hakimi səthi araşdırma apararaq iş üzrə icraata xitam vermiş və inzibati xəta törətmiş şəxsin məsuliyyətdən boyun qaçırmasına şərait yaratmışdır. Belə ki, foto şəkillərdəndə aydın olur ki, nəqliyyat vasitəsini idarə edən şəxs digər sürücü (yaşlı kişi) olmuş, birinci instasiya məhkəməsinin hakimi obyektiv araşdırma aparmadan iş üzrə icraata xitam vermişdir. Belə olan halda hesab edirik ki, qərar ləğv edilməli və iş yenidən araşdırılması və inzibati xətanı törətmiş, yəni sükan arxasında olan şəxsin məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul edilməsi üçün şikayət qismən təmin edilməli idi. Qeyd olunanlara əsasən Şirvan Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməsi və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi və Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şirvan Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə işin hallarına əsasən onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı elektron qərara əlavə edilmiş fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixində saat 19:33:49-da Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində ##.##.2026-cı il tarixdə saat 14:27-də “Mercedes Benz E200 CDİ minik” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan həmçinin görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərar ##.##.2026-cı il tarixdə saat 19:33:49-da qeydə alınmışdır. Mübahisələdirilən qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Mercedes Benz E200 CDİ minik” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026cı il tarixdə saat 14:27-də Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, elektron qərar isə İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq real vaxt rejimində (yəni inzibati xəta ##.##.2026-cı il tarixdə saat 14:27-da törədilmiş, elektron qərar ##.##.2026-cı il tarixdə saat 19:33:49-da tərtib edilmiş) tərtib edilməmiş və nəticədə inzibati xəta haqqında qərar prosessual tələblərin pozulması ilə qəbul edilmişdir və həmin pozuntu İXM-in 53.1.11-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilməsinə hüquqi əsasdır. Belə ki, həmin maddəyə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Nəzərə alınmalıdır ki, İXM-in 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Bundan başqa İXM-nin 76.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, xüsusi biliklə müəyyən olunan halların aşkar olunması üçün sübut növü olaraq məhz ekspertiza rəyinin alınması zəruridir. Belə ki, İXM-in 8.1.-8.3-cü maddələrinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, birinci instinsasiya məhkəməsinin qərarı qanuni hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir, şikayət təmin olunmamalı, Şirvan şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şirvan şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar