Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-256/2026 15.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə ##.##.1982-ci ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi, qərarın icrasının Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul eilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərarın qəbul edilməsinə səbəb, Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər olmuşdur. Belə ki, məhkəməyə müraciət edən Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəzifəli şəxs Qafiır oğlu bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədi ##.##.2025-ci il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin icraatına ##.##.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzrsüz səbəbdən tam icra etməmişdir. İcra məmuru bildirmişdir ki, borclu indiyədək icra sənədi üzrə borcundan müəyyən ödəniş etmiş, hazırda icra sənədi üzrə borclunun 800 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclunun əmlak vəziyyətinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Tələbkar X1 dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. İcra məmuru məhkəmədə bildirmişdir ki, borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İcra işinin başlanmasına səbəb, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədidir, ##.##.2024-cü il tarixdən başlayaraq, ondan ##.##.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalı olduğu müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin qətnaməsi ədalətsizdir. Çünki icra məmurunun məhkəməyə vermiş olduğu məlumatların hamısı yanlışdır. İcra məmuru məhkəməyə yanlış məlumat verərək, onun axtarış elan edilərək tutularaq icra şöbəsinə gətirildiyini bildirir. Ancaq ## ##### 2026-cı il tarixində o özü şəxsən həyat yoldaşı ilə birlikdə Masallı rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Bunun doğru olduğunu onunla birlikdə oraya gələn həyat yoldaşı da təsdiq edə bilər. Eyni zamanda icra şöbəsində mövcud olan video kameralara baxılsa, o zaman polis vasitəsilə gətirildiyi, yoxsa öz istəyi ilə gəldiyi aydın olacaqdır. Eyni zamanda, qərarda qeyd edilmişdir ki, güya icra məmuru çağırsa da, o, Masallı rayon İcra və Probasiya Şöbəsinə getməmişdir. Təbii ki, bu da yalnışdır. O, heç vaxt icradan yayınmamışdır. Məhkəmə qərar qəbul edilən zaman daha bir yalnışlığa yol vermişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə ##.##.2024-cü il tarixdən başlayaraq hər ay uşağa görə 200 manat ödəniş etməli olduğu müəyyən edilmişdir. O, qərar çıxan tarixdən etibarən aliment ödənişlərini etməyə başlamışdır. Əgər elə olmasa idi, 1 il yarım ərzində aliment borcu 800 manat yox, daha artıq olardı. Həmin ödənişləri o, keçmiş yoldaşının adına olan karta mədaxil edərək etmişdir. Deməli belə aydın olur ki, aliment ödəməkdən yayınmamışdır. Hal-hazırda qalan 800 manat məbləğində aliment borcuna gəldikdə isə o, aliment ödənişini qızı X3 şəxsən vermişdir. Belə ki, 2025-ci ilin avqust avında qızı Əzizəyə aliment pulu olan 800 manat əvəzinə 1 200 manatı vermişdir. Çünkü anası növbəti aylarda ödəməli olduğu 800 manatı qabaqcadan verməsini demişdir. O da ona görə aliment ödənişini qabaqcadan artıqlaması ilə ödəmişdir. Bunun müqabilində qızının anası - keçmiş arvadı X1 pulu verdiyini inkar edir. Uzun illər öncə X1 ilə ailəli olduğu zaman birlikdə yaşayırmışlar. Atasının onkoloji xəstə olduğunu öyrənmiş və onun yanına Rusiya Federasiyasına getmişdir. Sonra ona xəbər gəlmişdir ki, Könül uşaqlara əziyyət verir, onlara baxmır. Sonra xəbər vermişlər ki, Könül uşaqları bloka qoymuşdur. Uşaqlar isə köməksiz və kimsəsiz vəziyyətdə orada qalmışdırlar. Həmin vaxtı onun qohumları gedib uşaqları götürüb Masallı rayonu Şıxlar kəndinə aparmışlar. Anası Rusiyada olmuş, onu uşaqlara baxması üçün Masallıya göndərmişdir. Könül uşaqları anasına verib onları istəmədiyini demişdir. Bundan sonra o, uşaqları gəlib götürüb Rusiyaya aparmışdır. Qızını Rusiyada birinci sinifə, oğlunu isə ikinci sinifə qoymuşdur. Uşaqlar Rusiya vətəndaşıdırlar. O, uşaqlara laqeyd yanaşdığından Könülü Rusiyada məhkəməyə vermişdir. Rusiyada məktəb lazımi arayışları verərək uşaqların anasının onlarla maraqlanmadığını bildirmişdir. Rusiyada iddia qaldırdıqdan sonra, Könülü axtarışa verib Azərbaycanda tapmışlar. Ona görə işi Masallıda davam etdirmişdir. Uşaqlar Rusiyada onunla üç il yaşadıqdan sonra onları Azərbaycana göndərməli olmuşdur. Çünki oranın havası oğluna düşməmişdir. Həkimin məsləhətiylə onları Azərbaycana göndərmiş və anası ilə bacısı uşaqlara baxmışdır. Uşaqlarına anaları Könül heç vaxt baxmamışdır. Ancaq bügünkü günü arvadı ondan heç bir əsas olmadan aliment pulu tələb eləyir. Halbuki, o, Rusiya Federasiyasında uşaqlara baxdığı zaman, bacısı və anası uşaqlara baxdığı zaman buna görə heç vaxt ondan aliment pulu tələb etməmişdir. Qanuna əsasən onun arvadından aliment tələb etmək hüququ var idi. Onun dediklərini uşaqları özləri də təsdiq edə bilərlər. O, iddiaçı qismində cavabdeh X1 qarşı 2019-cu il tarixində Masallı Rayon Məhkəməsində onun “valideynlik hüquqlarından məhrum edilməsi” tələbi ilə iddia qaldırmışdır. Buna səbəb isə onun uşaqlara baxmaması və valideynlik borcunu yerinə yetirməməməsi olmuşdur. Həmin *(***)-****/**** saylı iş üzrə məhkəmədə onu etibarnamə əsasında bacısı X5 təmsil edirdi. Məhkəmənin gedişatında keçmiş arvadı Könül Camalova birgə nikahdan doğulmuş ##.##.2005ci il təvəllüdlü X8 və ##.##.2007-ci il təvəllüdlü X3 baxacağını bildirmişdir. Məhkəmədə Könül Camalova uşaqları himayəsinə götürərək saxlayacağını, uşaqlara ana qayğısı və nəvazişi göstərəcəyini, uşaqların təlim və tərbiyəsi ilə məşğul olacağını öz üzərinə götürmüşdür. O da uşaqların atası olaraq Rusiya Federasiyasından hər ay uşaqların saxlanılması üçün 15.000 Rusiya rublu məbləğində aliment pulunu könüllü şəkildə göndərəcəyini bildirmişdir. Cavabdeh olan Könül də uşaqlara baxacağını, onları atmayacağını bildirmişdir. Buna görə də, həmin 2019cu ildə vermiş olduğu iddia ilə bağlı razılıq əldə olunduğundan, işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Çünkü anası uşaqların anasına verilməsini xahiş etmişdir. Həmin vaxtı Könülün valideynlik hüququndan məhrum edilməsi fikrindən daşınmışdır. Bu bir daha onu sübut edir ki, o vaxtilə uşaqlarına bir ana olaraq baxmamışdır. Ancaq onun tərəfindən daima aliment ödənişləri həyata keçirilmişdir. Qızı Əzizənin 2025-ci ilin avqust ayında nişanı olmuşdur. O, ata evində onlarla görüşmüş, 1.200 manatı da orada qızına vermişdir. Nişanı qızın anası Könül yox, onun anası ilə bacısı etmişdir. Ancaq qızının toyu ## ###### 2025-ci ildə olmuş, Könül toy haqqında onlara məlumat verməmiş, toyu onlardan xəbərsiz etmiş, anası və bacısını da toya çağırmamışlar. Halbuki, o, toyun yayda olacağını danışmışdır. Arvadı X1 2019-cu ildə Masallı Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı ona qarşı qaldırmış olduğu valideynlik hüquqlarından məhrum edilməsi tələbi üzrə işdə məhkəməyə öz əl yazısı ilə ərizə təqdim etmişdir. Həmin ərizə məhkəmə üçün vacib əhəmiyyət daşıyır. Belə ki, o həmin ərizədə “gələcəkdə uşaqlarını atmayacağını, onlardan gələcəkdə imtina etməyəcəyini” deyir, daha sonra isə ‘‘əgər ataramsa, baxımsız qoyacağamsa, tərəddüd etmədən və mənim məcburi razılığım olmadan uşaqların ataları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilməsinə razıyam” qeyd etmişdir. Daha sonrada məhkəmədən ‘‘hazırki tələblə bağlı mülki işin baxılmamış saxlanılmasını” xahiş etmişdir. Keçmiş arvadı uşaqlarına baxmadığı üçün ona qarşı analıq hüquqlarından məhrum olunması üçün iddia qaldırmışdır. Daha sonra o ərizədə qeyd etdiyi kimi bundan sonra uşaqlar ilə maraqlanacağını, onlara analıq edəcəyini bildirdikdən sonra o, iddianın baxılmamış saxlanılamsı barədə razılığa gəlmişdir. Bu faktlar bir daha sübut edir ki, arvadı uşaqlara qarşı analıq borcunu lazımınca yerinə yetirməmiş, daha sonra isə məhkəmə qaydasında onu valideynlik hüquqlarından məhrum edəcəyi səbəbindən uşaqlara baxmağa razılıq vermişdir. Yuxarıda qeyd etdiyi faktları, sübutları, həmçinin işin hallarını nəzərə alaraq, icra məmurunun məhkəməyə vermiş olduğu yanlış məlumatların (o, axtarış nəticəsində icra şöbəsinə gətirilməmiş, özü ikinci həyat yoldaşı ilə könüllü olaraq gəlmiş, icraya gəlməkdən boyun qaçırmamışdır), həmçinin aliment borcunun olmadığını (800 manat ödəməli olduğu pulu 2025-ci ilin avqust ayında qızına artıqlaması ilə - 1.200 manat pul vermişdir), eyni zamanda Könül Camalovanın uşaqlara vaxtilə analıq etmədiyini, ona qarşı valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırdığını nəzərə alaraq Masallı Rayon Məhkəməsinin barəsində qəbul etmiş olduğu *(*-***)-***/**** saylı qərar ədalətsiz, qərəzli və qeyri-obyektivdir. Barəsində tətbiq olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətin nəzərdə tutulduğu bildirilir. O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Aliment ödənişinin yerdə qalan 800 manatını əvvəlcədən artıqlaması ilə 1200 manat məbləğində 2025-ci ilin avqust ayında Əzizənin özünə vermişdir. Çünkü həmin pul ona çatmalı idi. Bunu verən zaman şahidlər də görmüşdür. İcra məmuruna bunu bildirsə də, o, buna əhəmiyyət verməmiş, bunu araşdırmamışdır. Heç olmasa qızını icra şöbəsinə dəvət edib bu məsələni ondan öyrənməli idi, onda onun ödəniş etməsi məlum olacaqdı. İcra məmuru üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, ona qarşı qərəzli yanaşmış, onun inzibati məsuliyyətə cəlb olunmağı barəsində məhkəməyə ərizə vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və zərərçəkmiş şəxsə 500 AZN ödəniş etdiyini bildirərək, müvafiq qəbzi məhkməyə təqdim edib şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkara icra sənədi üzrə ödəməli olan borcun çox hissəsinin ödənilməsini, buna görə də onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmamasını göstərib şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcu ödəməkdən qəsdən yayınmadığını, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, ##.##.2024-cü il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəzifəli şəxs tərəfindən borclu X6 Rayon Məhkəməsinin ##.##.2024 cü il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıq ünvanlanmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra çağırışlarından yayındığına görə onun barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ##.##.2026cı il tarixdə X1 hesabına 500 AZN məbləğində pul köçürülmüşdür. Beləliklə, apellyasiya baxışı dövründə müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment öhdəliyi üzrə borcun müəyyən hissəsini ödəyərək 500 manat məbləğində vəsaiti tələbkarın kartına köçürmüşdür. Məhkəmə hesab edir ki, bu hal borclu tərəfindən icra sənədinin icrasından yayınma və ya borcun ödənilməsindən boyun qaçırma niyyətinin mövcud olmadığını, onun məhkəmə qərarının icrasından tam şəkildə imtina etmədiyini, əksinə, onun mövcud maliyyə imkanları daxilində borcun ödənilməsini təmin etdiyini göstərir. İş üzrə toplanmış sübutlar isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment öhdəliyini məhz qərəzli şəkildə icra etmədiyi barədə birmənalı nəticəyə gəlməyə kifayət etmir. Mövcud iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin, xüsusilə də qərəzli icra etməmənin mövcudluğu tam sübuta yetirilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə borcun ödənilməməsi qərəzli xarakter daşımadığından, yəni borclu tərəfindən icra sənədinin icrasından yayınma məqsədi güdülmədiyindən, o, artıq borcunun müəyyən hissəsini ödədiyindən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiya məhkəməsi iş materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-256/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-256/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver