Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-257/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, X8 Vəkil Bürosunun vəkili vəkil1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1, 535.1 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Fidan Qasımlının sədrliyi) ilə ##.##.1986-cı ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinmiş, IXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə IXM-in 157-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra olunması, inzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan ## ##### 2026-cı il tarixdən saat 15:30-dan hesablanması qərara alınmışdır. IŞIN HALLARI: Bununla da vətəndaş Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510, 157ci və 535.1-ci maddələrinin tələblərini pozmuşdur Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1, 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmiş və baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilmir. Heç bir inzibati xəta törətməmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar əsassız olmaqla həqiqəti əks etdirmir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Çünki Ruhilin dediyinə görə Zərərçəkmiş şəxs hadisə zamanı tək olmamış, onlar üç nəfər olmuşlar. Zərərçəkmiş şəxs Ruhili vurmuş, Sadayın dayısıoğlu isə Ruhili arxadan tutaraq yerə yıxmış və onu vurmuşlar. Sonra isə orada olan kənd sakinləri gəlib onları ayırmışlar. Burdan belə bir sual ortaya çıxır - belə olan halda Ruhil həmin şəxsləri necə vurmuş olar. Həmçinin həmin vaxt Sadayın əli sarıqlı olmuşdur. Eşitdiyi qədəri ilə Saday həmin vaxt rabitədə işləmiş, fiziki iş görmüş və əli orada əzilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Masallı RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etdiyi zaman onlara qarşı hər hansı bir müqavimət göstərməmiş, polis əməkdaşlarını təhqir etməmişdir. Ruhil “Bazarstore” ticarət mərkəzinin qarşısında olarkən Post Patrul Xidmətinin polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Səbəbini soruşduqda polis əməkdaşları ona barəsində aparılan araşdırma ilə əlaqədar dəfələrlə rəsmi qaydada şöbəyə çağırılmasına baxmayaraq yayındığından xidməti avtomaşınla şöbəyə getməli olduğunu demişlər. Ona yaxınlaşan polis əməkdaşlarına rəsmi qaydada şöbəyə çağırılmadığını, barəsində aparılan araşdırmadan məlumatsız olduğunu, ona şöbəyə dəvət olunması üçün rəsmi bildiriş göndərilmədiyini, araşdırmanın isə səthi aparıldığını, düzgün olmayan qərar qəbul edildiyini qeyd edərək buna görə şöbəyə getməyə etiraz etmişdir. Polis şöbəsinə özünün şəxsi avtomaşını ilə gedəcəyini bildirmiş, buna baxmayaraq polis əməkdaşları ona fiziki zor tətbiq etməklə post patrul xidməti avtomobilinə mindirmişlər. Səs-küyə toplaşmış şəxslər də onun zorla polis əməkdaşları tərəfindən xidməti avtomaşına mindirilməsinin şahidi olmuşlar. Daha sonra oradan Masallı rayon Polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir polis əməkdaşına qarşı müqavimət göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində yerləşən əsas yolda, insanların sıx hərəkət etdiyi və ətrafda sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən ətrafdan keçən şəxslərin narahatlığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üz nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdirərək ## ###### 2025-ci il tarixdə gecə saatlarında Masallı rayon Polis şöbəsinin qarşısında yolda insanların sıx hərəkət etdiyi və ətrafda sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən ətrafdan keçən şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı polis əməkdaşlarının gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı Ceyhun Qurbanovu vurmuşdur. Sonuncu onun qanunazidd davranışının qarşısını alarkən onu cavab olaraq vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarda Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş verdiyi və Zərərçəkmiş şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı qeyd edilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan Zərərçəkmiş şəxs məhkəmə iclasında öz ifadəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə hər hansı şəxsi münasibətləri olmadığını, yaranmış mübahisənin qardaşının həyatında baş verənlərdən qaynaqlandığını və bununla bağlı aralarında iki mübahisə olduğunu və hər iki mübahisənin ictimai yerdə və digər şəxslərin gözü qarşısında baş verdiyini və hər iki mübahisə zamanı ilk olaraq onun qarşı tərəfi vuraraq xəsarət yetirdiyini vurğulamışdır. Zərərçəkmiş şəxs əməlində inzibati xəta tərkibinin yox, xuliqanlıq cinayətinin tərkib hissəsinin olmasını ehtiva edir. Lakin təhqiqat orqanı bunula bağlı ətraflı və zəruri araşdırmalar aparmamışdır. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Bu səbəbdən də Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 510.1, 535.1 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, ## ##### 2026-cı il tarixli raport, səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin izahatları, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, heç bir inzibati xətaya yol verməmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar əsassız olmaqla həqiqəti əks etdirmir. Masallı rayonu Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs əvvəllər həmkəndlisi kimi tanımışdır və onunla arasında heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs qardaşı X1 ilə isə arasında dostluq münasibəti olmuşdur və bir neçə dəfə onun dəvəti ilə yaşadığı evə gedib-gəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs və X1 qohumları olan Hacıtəpə kənd sakinləri Isgəndər Əzizovu və Vahab Əzizovu da əvvəllər tanımışdır və həmin şəxslərlə də arasında heç bir ədavəti olmamışdır. X1 2025-ci ilin əvvəllərində ailəsində yaranan problemlərə görə boşanmışdır və onun boşanmasında Zərərçəkmiş şəxs və ailə üzvləri onu günahkar hesab etmişdir. Lakin onun X1 arvadı ilə heç bir münasibəti və danışığı olmamışdır. X1 qısqanclıq zəmində arvadından boşandıqdan və borca düşdükdən sonra 2025-ci ilin təxminən may ayında Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib qardaşının ailəsində olan problemlərlə əlaqədar və borca düşdüyünə görə onunla görüşüb söhbət etmək istədiyini demişdir. O, həmin vaxtı X9 şəhərində işi ilə əlaqədar olduğundan Zərərçəkmiş şəxs gəlib onunla görüşə bilməyəcəyini demişdir və qardaşı ilə bağlı nə sözü varsa, telefonda deməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona telefon söhbəti olmadığını, kəndə gəldiyi vaxt söhbət edib başa salacağını bildirmişdir. 2025-ci ilin noyabr ayının sonlarında o, Ispaniya Krallığında işlərini qurtarıb əvvəlcə Bakı şəhərinə, daha sonra isə yaşadığı Masallı rayonu Xırmandalı kəndinə gəlmişdir. ##.##.2025-ci il tarixdə Xırmandalı kəndindən Masallı şəhərinə tək gedərkən Hacıtəpə kəndində asfalt yolla hərəkətdə olarkən Zərərçəkmiş şəxs istifadəsində olan “Toyota” markalı avtomobil ilə Xırmandalı kəndi istiqamətində getdiyini və Zərərçəkmiş şəxs onu uzaqdan görən kimi avtomobilinin ön işıqları ilə ona işarələr verdiyini görmüşdür. Bundan sonra o, avtomobilini yolun sağında saxlayıb yerə düşmüşdür, həmçinin həmin vaxtı Zərərçəkmiş şəxs da yumruq ilə onun sol göz nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Daha sonra polis əməkdaşı onlara yaxınlaşıb ayırıb polis şöbəsinə gətirmişdir. Zərərçəkmiş şəxs itələsə də, vurmamışdır. Ekpertizanın rəyi ilə ümumiyyətlə razı deyildir. Bu barədə araşdırma düzgün aparılmadığından şikayət vermiş, qərar ləğv edilərək iş yenidən araşdırılması üçün polis şöbəsinə geri qaytarılmış, lakin təkrar araşdırma yenidən düzgün aparılmamış, aparılan araşdırmada onun iştirakı təmin edilməmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq izahatında göstərdi ki, ##.##.2026-cı il tarixdə saat 13 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında təsərrüfat malları mağazasının yanında olarkən Post Patrul Xidmətinin avtomaşını ilə polis əməkdaşları gəlmiş, ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Səbəbini soruşduqda polis əməkdaşları ona barəsində aparılan araşdırma ilə əlaqədar dəfələrlə rəsmi qaydada şöbəyə çağırılmasına baxmayaraq yayındığından xidməti avtomaşınla şöbəyə getməli olduğunu demişlər. Ona yaxınlaşan polis əməkdaşlarına rəsmi qaydada şöbəyə çağırılmadığını, barəsində aparılan araşdırmadan məlumatsız olduğunu, ona şöbəyə dəvət olunması üçün rəsmi bildiriş göndərilmədiyini, araşdırmanın isə səthi aparıldığını, düzgün olmayan qərar qəbul edildiyini qeyd edərək buna görə şöbəyə getməyə etiraz etmiş, lakin heç bir polis əməkdaşına qarşı müqavimət göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Polis şöbəsinə özünün şəxsi avtomaşını ilə gedəcəyini bildirmiş, buna baxmayaraq polis əməkdaşları ona fiziki zor tətbiq etməklə post patrul xidməti avtomobilinə mindirmişlər. Səsküyə toplaşmış şəxslər də onun zorla polis əməkdaşları tərəfindən xidməti avtomaşına mindirilməsinin şahidi olmuşlar. Daha sonra oradan Masallı rayon Polis şöbəsinə gətirilmiş, inzibati qaydada tutulmuş, barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə saat 18 radələrində qonşu kənd olan Hacıtəpə kəndində yaşayan dayısı Rasim Əzizovun evinə getmək üçün istifadəsində olan “Toyota Rav4” markal avtomobili ilə yaşadığı Xırmandalı kəndindən tək çıxıb hərəkətə başlamışdır. Hacıtəpə kəndinin mərkəzindən keçən avtomobil yolunun dayısı Rasimin yaşadığı evin küçəsinə dönən hissəsində avtomobilini saxlayıb mobil telefonu ilə dayısı oğlu Isgəndər Əzizova zəng vurub evdə olubolmadığını soruşmuşdur. Isgəndər ona kənddə bir qədər aralıda olan çayxanada Xırmandalı kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə söhbət etdiyini və 5-10 dəqiqəyə gələcəyini bildirmişdir. Bundan sonra o, dayandığı yerdə Isgəndəri gözlədiyi vaxtı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “BMW” markalı avtomobili ilə tək gəlib yol kənarında saxlamış və avtomobilindən düşüb ona yaxınlaşmışdır. Bu zaman o da avtomobilindən düşüb görüşmək məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəf getmişdir. Yol kənarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə salamlaşıb bir müddət söhbət etdikdən sonra ona qardaşı X1 ilə dost olduqlarını, qardaşının ailəsinin dağıldığını, malmülkünün əlindən çıxdığını və s. bildiyi halda nəyə görə qabaqcadan ona və ya valideynlərinə demədiyini bildirmişdir. Bu zaman dayısı oğlu Isgəndər piyada gəlib yanlarına çatmışdır və hər ikisi ilə salamlaşmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ondan soruşulan suallara cavabı ona deyil, Isgəndərə danışmağa başlamışdır. Isgəndər Ruhilə bibisi oğlu Mailin ailə problemlərinin ona aid olmadığını deyib yanlarından bir neçə metr uzaqlaşıb getmişdir. Bundan sonra o, Ruhilə qardaşı ilə bağlı olan söhbətini nəyə görə dayısı oğlu Isgəndərə danışmaq istədiyini dedikdə ona qarşı qeyri-etik ifadələr işlədərək yaxşı etdiyini, Mail ilə yanaşı Isgəndərlə də dost olduğunu bildirirək üzərinə gəlib əlləri ilə paltarının yaxasında tutub mübahisə edərək onu vurmaq istəmişdir. Bu zaman o da Ruhil onu vurmamış özünü müdafiə etmək üçün yumruğu ilə bir neçə dəfə Ruhilin sol göz, dodaq və baş nahiyələrinə vurub onu döymüşdür.Qarşılıqlı olaraq dalaşmışlar. Həmçinin həmin vaxt Ruhil də təpiklə sağ əlinin barmaqlarına və sağ qoluna vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı aralarında bir müddət dava-dalaş davam etmişdir və bunu görən dayısı oğlu Isgəndər və həmçinin yoldan təsadüfən ötüb keçən digər dayısı oğlu Vahab Əzizov yanlarına gəlib onları ayırmışdır. Şikayət etmək üçün ##.##.2025-ci il tarixdə saat 21 radələrində X5rşısına gəlmişdir. Polis şöbəsinin qarşısından keçən H.Əliyev prospektinin kənarında olduğu zaman əvvəlcə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı Ceyhun Qurbanov və ardınca isə Ruhil onun ünvanına qeyri-etik sözlər deyə-deyə gəlmişdir. Ceyhun onun yanına çatan kimi ona nə üçün qardaşı Ruhili yumruqla vurub xəsarət yetirdiyini deyərək qəfil başı ilə üz nahiyəsinə kəllə atmışdır. Sonra orada aralarında münaqişə baş vermiş, Ceyhun üzərinə cumub onu yerə yıxaraq döyməyə başlamışdır. Bu zaman o da həmin vaxtı cavab olaraq yumruqla Ceyhunun sol göz nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları və yaxınlıqda olan tanımadığı bir nəfər vətəndaş yaxınlaşıb münaqişənin davam etməsinə imkan verməmişdirlər və hər üçünü polis şöbəsinin içinə dəvət edib dalaşdıqları üçün tənbeh etmişdirlər. Hadisənin baş verməsinə səbəb Ruhilin onun qardaşının ailə problemlərini bilib əvvəlcədən ona deməməsini soruşmağı olmuşdur. Bundan sonra şikayət etmişdir. Şikayəti əsasında Masallı rayon Polis şöbəsində araşdırma aparılmış, hər ikisinin barəsində IXM-in 157ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. ##.##.2026-cı il tarixdə aparılan araşdırma ilə əlaqədar şöbəyə dəvət edilmiş, Bakı şəhərindən Masallı rayonuna qayıtmışdır. Polis şöbəsinə getdikdən sonra ona məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Masallı şəhəri ərazisində polis əməkdaşları tərəfindən şöbəyə gətirilərkən müqavimət göstərmiş, polis əməkdaşlarının ünvanına söyüşlər söymüşdür. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmadığını bildirib barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Masallı rayon Polis şöbəsinin X15 sahə rəisi, R Nümayəndə tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə Masallı rayonu Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan başqa o, ##.##.2026cı il tarixdə Masallı şəhəri ərazisində küçədə uca səslə nalayiq ifadələr işlətməklə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmçinin o, həmin tarixdə Masallı şəhəri ərazisində küçədə onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində IXM-in 157, 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolları imzalamaqdan imtina etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs və qeyrilərinin ##.##.2025-ci il tarixdə qarşılıqlı olaraq dalaşlamaları barədə etdikləri müraciət əsasında Masallı rayon Polis şöbəsinin Istintaq bölməsinin müstəntiqi X2 icraatında olan HK- 1/3227, 3228, 3229, 3232, 3381 və **** nömrəli materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsinin tərkib əlaməti olmadığından materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXMin 157-ci maddəsinin tərkib əlaməti olduğundan həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı rayon Polis şöbəsinin X14 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X3 ##.##.2025-ci il tarixli, **** nömrəli tibbi rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlin II barmağının və sağ saidin aşağı1/3-nin ön hissəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ## ###### 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Masallı rayon prokurorunun müavini R X7 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti əsasında aparılan araşdırmanın sonunda Masallı rayon Polis şöbəsinin Istintaq Bölməsində toplanmış HK-*/**** nömrəli material üzrə müstəntiq Ramal Nuriyevin ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmiş, ləğv edilməsinə kifayət qədər əsas olmadığından həmin qərar öz qüvəsində saxlanılmışdır. Inzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli AZA ****** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.1, 535.1 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası IXM-in 510.1, 535.1 və 157-ci maddələri ilə düzgün qiymətləndirmişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya məhkəməsi hesab edir ki, müdafiə tərəfi məhkəməyə yuxarıda göstərilən xüsusatları təkzib edən və işin faktiki halları ilə bağlı şikayətdə göstərilən halları təsdiq edən hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbehlə də razılaşır. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. IXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. IXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası IXM-in 535.1-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası IXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, IXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərar, ekspert rəyi, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində icraat aparılan şəxs zərərçəkmiş şəxsi döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, aralarında özünün döyüldüyünü bildirsə də, məhkəmə barəsində icraat aparılan şəxsin izahatını inandırıcı hesab etmir, həmin izahatı özünü müdafiə xarakteri kimi məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Barəsində icraat aparılan şəxsin təqsiri iş materialları ilə tam sübütü yetirilir. Həmçinin qeyd edilməlidir ki, IXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət zərərçəkmiş şəxsə qarşı hər hansı formada zor tətbiq edildiyi halda yaranır, yəni məsuliyyətin yaranması üçün dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi şərt deyildir. Başqa sözlə şəxsə zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi nəticəsində IXM-in 157- ci maddəsində nəzərdə tutulan əməlin tərkibi yaranır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 15 (on beş) gün müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-257/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-257/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver