Məhkəmə qərarları › İş №3(3-9)-260/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-260/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-260/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, onun **-KP-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E 220” markalı avtomobillə Ələt-Astara-Iran avtomobil yolunda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığı göstərilərək əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 328.2-ci maddəsi ilə tövsif edilmiş və barəsində 50 manat məbləğində inzibati cərimə, habelə qanunvericiliklə nəzərdə tutulmuş cərimə balı tətbiq olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) həmin elektron qərardan şikayət verərək bildirmişdir ki, inzibati xətanın qeydə alındığı vaxt avtomobili özü deyil, dostu X1 idarə etmiş, o isə avtomobildə sərnişin kimi, sürücünün yanında əyləşmişdir. Bu səbəbdən inzibati məsuliyyətin ona deyil, faktiki sürücü olduğunu iddia etdiyi şəxsə aid edilməli olduğunu göstərmişdir. Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, ## #### 2026-cı il tarixli elektron qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayətində də eyni dəlillər təkrar edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, ## #### 2026-cı il tarixdə dostu X1 ona məxsus “Mercedes Benz E 220 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt- Astara-Iran yolu ilə hərəkətdə olan zaman surət həddini 21-40 km/saat həddində aşdığı üçün həmin tarixdə IXM-in 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törətmişdir. Avtomobil isə ona məxsus olduğu üçün o, inzibati tənbeh edilmişdir. Halbuki, o, avtomobili idarə etməmişdir. Bundan başqa Tural Novruzova avtomobili idarə etmək üçün etibarnamə də vermişdir. Göründüyü kimi qanunun bu tələbi məhkəmə tərəfindən pozulmuşdur. Hesab edir ki, məhkəmə qüvvədə olan hüquq normalarına, prosessual hüquq normalarına və ədalət prinsiplərinə, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək göstərir ki, ## #### 2026-cı il tarixdə avtomobil onun mülkiyyətində və istifadəsində olsa da, həmin an nəqliyyat vasitəsini dostu Tural idarə edib. Bununla yanaşı, o, məhkəmə iclasında Tural Novruzova nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermədiyini, bu barədə yazılı müqavilə, etibarnamə, icarə və ya başqa rəsmi sənəd olmadığını bildirir. Şikayətçi yalnız Tural Novruzovun onun dostu olduğunu, həmin vaxt avtomobili dostunun idarə etdiyini, özünün isə yanında əyləşdiyini qeyd edir. Məhkəmədən Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı 15.01.20256-cı il tarixli qərarın ləğv edilməsini, ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-in BDYPI-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) Bakı-Astara istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olan sürücüdür və həmin marşrut üzrə gündəlik/mütəmadi hərəkət edir. Bundan başqa, onun barəsində ## #### 2026-cı il və ## #### 2026-cı il tarixlərdə də yol hərəkəti qaydalarının pozulmasına görə elektron inzibati tənbeh qərarları qəbul edilmişdir. Xüsusilə ## #### 2026-cı il tarixli inzibati tənbeh də eyni xarakterli - sürət həddinin aşılması ilə bağlı olmuş və həmin qərar üzrə ona 2 cərimə balı hesablanmışdır. ## #### 2026-cı il tarixli hazırkı elektron qərar üzrə də sürət həddinin aşılmasına görə əlavə 2 cərimə balı tətbiq edilmiş və nəticədə illik 20 bal həddinin keçilməsi səbəbindən şikayətçinin sürücülük hüququnun məhdudlaşdırılması məsələsi yaranmışdır. IXM-in 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 122.1ci maddəsinə görə bu kateqoriyadan olan inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində müvafiq informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında qəbul edilir. Hazırkı işdə inzibati xəta hadisəsinin, yəni **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilmiş sürət həddinin 21-40 km/saat həddində aşılmasının mövcudluğu xüsusi texniki vasitənin məlumatları ilə təsdiq olunur. Şikayətçi də sürət həddinin aşılması faktını mahiyyət etibarilə inkar etmir; onun müdafiə mövqeyi yalnız həmin anda avtomobili özünün deyil, dostu Tural Novruzovun idarə etməsi barədə iddiaya əsaslanır. Bu baxımdan apellyasiya baxışının predmeti sürət həddinin aşılıb-aşılmaması deyil, şikayətçinin irəli sürdüyü “avtomobili dostum idarə edirdi” versiyasının iş üzrə toplanmış sübutlar fonunda nə dərəcədə inandırıcı, mötəbər və hüquqi nəticə doğuran olmasıdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqində təqsir prinsipi qorunmalı, şəxsin təqsirsizliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. Lakin bu prinsip hər bir mücərrəd, sübutsuz və yalnız məsuliyyətdən yayınma məqsədi daşıyan ehtimalın birbaşa olaraq şəxsin xeyrinə qəbul edilməsini tələb etmir. Şübhə hüquqi nəticə doğurması üçün obyektiv əsaslara, iş materiallarında təsdiqini tapan faktlara və ağlabatan sübut bazasına söykənməlidir. Hazırkı işdə isə Qərardan şikayət verən orqan (şəxs) avtomobili həmin vaxt Tural Novruzovun idarə etməsi barədə dəlili yalnız onun öz izahatına əsaslanır. Şikayətçi məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, Tural Novruzova etibarnamə verməmişdir. X2 həmin gün və həmin vaxt avtomobili idarə etməsini təsdiq edən etibarnamə, icarə və ya istifadə müqaviləsi, yazılı razılaşma, Tural Novruzovun notarial və ya məhkəmə qaydasında təsdiq olunmuş izahatı, elektron sistemdə istifadəçi kimi qeydiyyatı, habelə xüsusi texniki vasitənin məlumatlarını təkzib edən başqa obyektiv sübut yoxdur. Əksinə, işin faktiki mənzərəsi şikayətçinin bu dəlilini zəiflədir. Qərardan şikayət verən orqan (şəxs) Bakı-Astara istiqamətində taksi sürücüsü kimi mütəmadi hərəkət edən şəxsdir. Onun həmin marşrut üzrə tez-tez hərəkət etməsi və peşə fəaliyyətinin məhz avtomobil idarə etməklə bağlı olması, 17 və ## #### 2026-cı il tarixlərdə də onun barəsində yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh qərarlarının mövcudluğu, ## #### 2026-cı il tarixli qərarın da hazırkı işlə eyni xarakterli - sürət həddinin aşılması ilə bağlı olması, ## #### 2026-cı il tarixli sonuncu qərardan sonra isə cərimə ballarının illik 20 bal həddini keçməsi nəticəsində sürücülük hüququnun məhdudlaşdırılması məsələsinin yaranması birlikdə qiymətləndirildikdə, şikayətin məhz həmin sonuncu hüquqi nəticədən yayınmaq məqsədi ilə verildiyini göstərən ağlabatan əsaslar yaranır. Başqa sözlə, şikayətçinin əvvəllər tətbiq edilmiş elektron inzibati tənbeh qərarlarını mübahisələndirməməsi, lakin ardıcıl və eyni marşrut üzrə törədilmiş eyni xarakterli sonuncu xətadan sonra sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi yarandıqda “avtomobili dostum idarə edirdi” dəlilini irəli sürməsi onun müdafiə mövqeyinin etibarlılığını azaldır. Bu hal ayrıca götürüldükdə şəxsin təqsirini sübut edən yeganə əsas kimi qəbul olunmur, lakin işdəki digər hallar - xüsusi texniki vasitənin məlumatları, avtomobilin şikayətçiyə məxsus/istifadəsində olması, onun həmin istiqamətdə taksi fəaliyyəti göstərməsi və Turalın idarə etməsini təsdiq edən obyektiv sübutların olmaması ilə birlikdə qiymətləndirildikdə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı edir. Məhkəmə xüsusilə qeyd edir ki, avtomobil sahibinin və ya istifadəçisinin yalnız şifahi qaydada “həmin vaxt maşını başqa şəxs sürürdü” deməsi, həmin şəxslə dostluq münasibətinin olduğunu bildirməsi və özünün avtomobildə sərnişin kimi əyləşdiyini göstərməsi inzibati tənbeh qərarının ləğvi üçün kifayət hesab edilə bilməz. Əks yanaşma xüsusi texniki vasitələrlə aşkar edilən inzibati xətalar üzrə məsuliyyətdən yayınmanı asanlaşdırar, hər bir sürücü üçün sonradan istənilən üçüncü şəxsin adını çəkməklə elektron qərarı əsassız mübahisələndirmək imkanı yaradardı. Inzibati xəta haqqında işlər üzrə icraatın məqsədi isə həm şəxsin hüquqlarını qorumaq, həm də yol hərəkəti təhlükəsizliyini və qanunçuluğu təmin etməkdir. X4 avtomobili idarə etməsini təsdiq edən hər hansı obyektiv sübut təqdim etmədiyindən, onun bu barədə izahatı təkbaşına xüsusi texniki vasitənin məlumatları və işin digər halları qarşısında yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə bu nəticəyə gəlməklə şəxsin üzərinə təqsirsizliyini sübut etmə yükü qoymur; sadəcə olaraq, şikayətçinin öz müdafiə versiyasını təsdiq edən və mövcud sübutlarla ziddiyyət yaratmağa qadir olan obyektiv məlumat təqdim etmədiyini nəzərə alır. IXM-in 75 və 76-cı maddələrinin mənasına görə, inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və təqsirin müəyyən edilməsi üçün iş üzrə əhəmiyyətli olan sübutlar məcmu halda qiymətləndirilməlidir. Hazırkı iş üzrə elektron qərar, xüsusi texniki vasitənin məlumatları, nəqliyyat vasitəsinin şikayətçinin mülkiyyətində və istifadəsində olması, şikayətçinin Bakı- Astara istiqaməti üzrə taksi fəaliyyəti göstərməsi, eyni günlərdə və eyni xarakterli yol hərəkəti qaydası pozuntularına görə əvvəlki tənbehlərin mövcudluğu, habelə sonuncu qərardan sonra 20 bal həddinin keçilməsi səbəbindən sürücülük hüququnun məhdudlaşdırılması nəticəsinin yaranması məcmu halda Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi işin bu hallarını düzgün qiymətləndirmiş, inzibati xəta haqqında elektron qərarın qanuniliyini və əsaslılığını yoxlamış, inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticəni təkzib etmir və qərarın ləğvi üçün əsas yaratmır. Apellyasiya məhkəməsi həmçinin nəzərə alır ki, elektron qərarın qəbul edilməsi və rəsmiləşdirilməsi qaydasında işin nəticəsinə təsir edən prosessual pozuntu müəyyən edilməmişdir. Xüsusi texniki vasitənin məlumatlarının etibarlılığını şübhə altına alan ziddiyyət, görüntünün başqa nəqliyyat vasitəsinə aid olması, dövlət qeydiyyat nişanının səhv müəyyən edilməsi, hadisənin vaxtı və yeri ilə bağlı qeyri-müəyyənlik, yaxud qərarın qanunla nəzərdə tutulmuş prosedurdan kənar qəbul olunması barədə mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar