Məhkəmə qərarları › İş №3(3-9)-262/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-262/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-262/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə ##.##.1989-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Salyan rayonunun Şorsulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin ## ##### 2026-cı il tarixdən saat 19:55-dən hesablanması, qərar dərhal icra edilməsi, qərarın icrasının Salyan Rayon Polis Şöbəsinə həvalə olunması barədə yekun qərara qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, həmin icra sənədi üzrə yaranmış 4480 manat aliment borcunu ödəməmişdir. Bu səbəbdən, onun barəsində Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ona təyin edilmiş 10 gün inzibati həbs tənbehinin daha yüngül inzibati tənbeh növü ilə (cərimə və ya digər tədbir) əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Salyan Rayon Məhkəməsi tərəfindən barəsində inzibati xəta üzrə qərar qəbul edilərək ona 10 (on) gün inzibati həbs tənbehi təyin edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar qanunsuz və əsassızdır. Onun 36 yaşı var. İşi olmadığı üçün məşğulluq mərkəzində rəsmi iş növbəsinə alınmışdır. 10, 13 və 15 yaşlı üç uşaq atasıdır. Lakin həyat yoldaşı Zərərçəkmiş şəxs ilə məhkəmə qaydasında boşanmışdır. Salyan Rayon Məhkəməsi hər ay aliment qismində hər uşaq üçün 130 manat ödəməyi onun üzərinə qoymuşdur. Lakin ailəsində baş vermiş söz-söhbətlərdən əsəbləri pozulub, buna görə hal-hazırda Salyan Rayonlararası Psixatriya Xəstəxanasında və Bakı şəhərindəki * saylı xəstəxanasında da müalicə alır. Ona görə də hazırda qazancı yoxdur və bu səbəbdən üzərinə qoyulan aliment öhdəliyini yerinə yetirə bilməmişdir. Hazırda üç min manatdan bir qədər çox aliment borcu qalıb. Lakin alimenti valideynlərinin köməkliyi ilə ödəməyə çalışır. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclası zamanı aliment borcunun bir hissəsi olaraq əlavə 1200 (min iki yüz) manat məbləğində ödəniş etmişdir. Bu hal onun öhdəliyi yerinə yetirmək niyyətində olduğunu və məhkəmə qərarını icra etməkdən yayınmadığını təsdiq edir. Qalan borcun vaxtında ödənilməməsi qəsdən yayınma ilə bağlı olmayıb, maddi vəziyyətinin ağır olması ilə əlaqədardır. Hal-hazırda işsizdir, sağlamlıq problemləri mövcuddur, əsəb xəstəliyindən əziyət çəkir. Onun tərəfindən borcun bir hissəsinin ödənilməsi, xəstəliyi və işsiz olmağı yüngülləşdirici hal kimi qiymətləndirilməli idi. Bundan əlavə, inzibati həbs ən ağır inzibati tənbeh növlərindən biridir və yalnız zəruri hallarda tətbiq olunmalıdır. Onun vəziyyətində isə daha yüngül tənbeh növü seçilməsi mümkün olduğu halda, əsassız olaraq inzibati həbs tətbiq edilmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin ## ### 2024-cü il tarixdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan “İcraata başlamaq haqqında” ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. İşdə olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axtarılması barədə qərar qəbul edilmiş və icra olunması üçün Salyan rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş barəsində inzibati protokol tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmuruna verdiyi ##.##.2026-cı il tarixli izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən xəbərdardır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan tələbkar X1 tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3900 manat aliment borcunu ödəməmiş, borclu həmin borcun ödənilməsini tələb edir. İş materiallarında olan ##.##.2026-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu həmin gün ümumilikdə 1200 manat pulu X1 ödəmişdir. Apellyasiya nstansiyası məhkəməsi borclunun hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərməsi və icra sənədinin icrasına səhlənkar yanaşması, beləliklə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik göstərməsi ilə bağlı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin şəxsin İXM-nin 528.1-ci maddəsi ilə əqsirli bilinməsinə dair mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Bundan başqa, apellyasiya məhkəməsi şəxsin borcunun bir hissəsini ödəməsi ilə bağlı onu qeyd edir ki, borclu yalnız inzibati icraatın aparıldığı mərhələdə və məhkəmə baxışı zamanı borcun qismən ödənilməsi istiqamətində hərəkətlər etmişdir. Lakin məhkəmə hesab edir ki, həmin ödənişlərin icra sənədindən irəli gələn öhdəliyin vaxtında və könüllü icrasını əks etdirən hal kimi qiymətləndirilməsi mümkün deyil. Belə ki, aliment öhdəliyi mahiyyət etibarilə yetkinlik yaşına çatmayan şəxslərin təminatına yönəlmiş, fasiləsiz və müntəzəm icra olunmalı öhdəlikdir və onun icrasının yalnız icra prosesinin məcburi mərhələsində, yaxud məsuliyyət tədbirlərinin tətbiqi ərəfəsində həyata keçirilməsi həmin öhdəliyin vaxtında icrasına yönəlmiş vicdanlı yanaşma kimi qəbul edilə bilməz. Eyni zamanda iş materiallarında olan məlumatlardan görünür ki, borclu əvvəlki inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, icra sənədinin tələblərini tam həcmdə və davamlı şəkildə icra etməmiş, borcun yığılmasına yol vermişdir ki, bu da onun icra məmurunun qanuni tələblərinə münasibətdə davamlı laqeyd yanaşmasını təsdiq edir. Məhkəmənin qənaətinə görə, borclunun məhkəmə iclası zamanı və ya icraatın gedişində etdiyi qismən ödənişlər isə onun məsuliyyətdən yayınmaq niyyəti ilə bağlı olaraq qiymətləndirilməli, belə ödənişlərin inzibati xəta tərkibini aradan qaldıran hal kimi qəbul edilməsi üçün hüquqi əsas yaratmadığı qeyd olunmalıdır. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 10 gün müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxaarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar