Məhkəmə qərarları › İş №3(3-9)-263/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-263/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-263/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından X3 İdarəsinin rəisi Məcid Əlizadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli MN №******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X3 İdarəsinin **** saylı yazılı göstərişi tam və vaxtında icra etməmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXMnin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN ******* saylı protokol ləğv edilmiş, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X3 İdarəsinin rəisi X1 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xəta Haqqında Protokol tərtib edilmiş şəxsin nümayəndəsi X2 izahatı dinlənilmiş, X2 izahatında X3 İdarəsi tərəfindən poçt vasitəsilə göndərilmiş yazılı göstərişin qəbul edilməsinə dair poçt qəbzindəki imzanın ona və təmsil etdiyi şəxsə aid olmadığını bildirmiş, protokol tərtib edildikdən sonra isə X3 İdarəsinin əməkdaşlarının yazılı göstərişi Sənan adlı şəxsə imzalatdırdıqlarını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsinin izahatına əsaslanaraq ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarla protokol ləğv edilmiş, həmin iş üzrə icraata xitam verilmişdir. Qərarın surəti ##.##.2026-ci il tarixdə X5 Sistemi (RSD) vasitəsilə X3 İdarəsinə çatdırılmışdır. X3 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ev ünvanı Salyan rayonu Xalac kəndinə və surəti sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Şəbnəm şadlıq sarayı” obyektinə olmaqla poçt vasitəsilə ##.##.2026-cı il tarixdə **-*-*/*-***/**** saylı bildiriş məktubu, o cümlədən **** saylı Akt və **** saylı yazılı göstəriş göndərilmiş, akt və göstəriş tərəfindən qəbul edildikdən sonra 5 (beş) gün ərzində açıq məkanda qanunsuz reklam yayımlanması halının aradan qaldırılmasını (açıq məkanda reklam yayımlanmasına görə müvafiq icazə sənədinin alınması və ya reklamların sökülərək demontaj edilməsi) təmin etməsi tələb edilmiş, əks halda tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulduğu üçün ##.##.2026-cı il tarixdə saat 15:30-da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Şəbnəm şadlıq sarayı” obyektində barəsində İnzibati Xəta haqqında Protokol tərtib ediləcəyi bildirilmiş, protokolun tərtibatında iştirak etmək, izahat vermək, imza edərək surətini qəbul etmək hüququ izah edilmişdir. **-*-*/*-***/**** saylı bildiriş məktubu, o cümlədən **** saylı Akt və **** saylı Yazılı Göstəriş ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə saat 15:30-da X3 İdarəsinin əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Salyan rayonu Xalac kəndinə yerləşən “Şəbnəm şadlıq sarayı” obyektində olmuş, **-*-*/*-***/**** saylı bildiriş məktubu, o cümlədən **** saylı Akt və **** saylı Yazılı Göstəriş ##.##.2026-cı il tarixdə qəbul edilməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin vaxt qeyd edilən obyektdə olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində **** saylı Yazılı Göstərişin tam və vaxtında icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsinin tələbləri pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Salyan rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli nömrəli qərarın ləğv edilməsi, ## ###### 2026-cı il tarixli MN ******* nömrəli İnzibati Xəta Haqqında Protokola mahiyyəti üzrə baxılması xahiş olunur. X3 İdarəsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. X3 İdarəsi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli MN №******* saylı inzibati xəta haqqında protokoldan görünr ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X3 İdarəsinin **** saylı yazılı göstərişi tam və vaxtında icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin X3 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş ##.##.2026-cı il tarixli № **-*-*/*-***/**** saylı bildirişin surətindən görünür ki, Salyan rayonunun Xalac kəndində yerləşən “Şəms” şadlıq sarayına aid reklamların açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması halı və tərtib edilmiş **** saylı akt məlumat üçün bildirilmiş, bu halın aradan qaldırılmasının təmin edilməsi üçün idarə tərəfindən 05 gün vaxt varilməsi və əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulduğu üçün barəsində müvafiq protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan **** nömrəli ## ###### 2026-cı il tarixində tərtib edilmiş aktın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan rayonunun Xalac kəndində yerləşən “Şəms” şadlıq sarayında olmamış və protokolun tərtibatında iştirak etməmişdir. İş materiallarında olan yazılı göstərişin və bildirişin qəbul edilməsinə dair poçt qəbzindən görünr ki, həmin qəbz Sənan adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi X2 nümayəndə qismində işə buraxmaqla və onun ifadəsində istinad etməklə, həmin ifadəni mötəbər sübut kimi qəbul etmədə səhvə yol verilmişdir. Çünki, İXM-in tələblərinə əsasən barəsində inzibati icraat başlanılmış şəxs nə qədər ki, yetkinlik yaşındadır və prosessual fəaliyyət qabiliyyətilidir, inzibati xəta haqqında icraatda onun hüquqlarını yalnız müdafiəçi qoruya bilər. Ona görə də Sabir Rəhmanovun izahatının sübut kimi qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Bundan başqa müəyyən olunur ki, “Sənan” adlı şəxs qeyd olunan şadlıq sarayında faktiki fəaliyyət göstərən şəxsdir. Ona görə də, onu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tanımaması, bildirişi ona təqdim etməməsi barədə iddialar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin mənasından göründüyü kimi, inzibati xəta qanunsuz reklam yayımının aparılması deyil, məhz yayımın dayandırılması və ya müvafiz icazənin alınması ilə bağlı yazılı göstərişi vaxtında və yam icra etməmə ilə əlaqədardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin yazılı göstərişi almasına baxmayaraq, qeyd edilən müddətə yayımı dayandırmamış, yaxud rekam yayımı üçün müvafiq icazəni almamış, bununlada həmin inzibati xəta əməlini törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vəzifəli şəxs hesab olunur. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə birinci instansiya məhkəməsinin vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetdiyi halda, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, nəticədə İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına təsir edəcək dərəcədə pozulmuş, açıq-aşkar qanunsuz qərar qəbul edilmişdir. Ona görə də qərar ləğv olunaraq, yeni qərar qəbul edilməlidir. Ona görə də o, Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, iqtisadi maraqları qorumaq məqsədi ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X3 İdarəsinin rəisi Məcid Əlizadə tərəfindən verilmiş şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın icra edilməsi Salyan Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar