Məhkəmə qərarları › İş №3(3-9)-264/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-264/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Şirvan‑şəhəri İş‑№‑3(3-9)-264/2026 21.05.2026 ŞIRVAN‑APELLYASIYA‑MƏHKƏMƏSI Cinayət‑Kollegiyasının‑hakimi‑Əliyev‑Əli‑Abdulla‑oğlunun‑sədrliyi, Zeynallı‑Aslan‑Ismayıl‑oğlunun‑katibliyi‑ilə, ## #### 1985-ci ildə Saatlı rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan‑şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq,‑məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Saatlı Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Saatlı Rayon‑Məhkəməsinə‑göndərilmişdir.‑ Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci‑maddəsinə‑əsasən‑xitam‑verilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası adından Saatlı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamənin tam icra olunaraq cavabdeh tərəfindən borcun tam ödənilməsini‑xahiş‑etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 2440 manat alınaraq ona verilməsi Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini qəsdən icra etmədiyi üçün Saatlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. ## #### 2026-cı il tarixdə cavabdeh 600 manat ödəniş etmiş, qalan borcunu tam ödəməsi barədə izahat vermiş, lakin ödənişi həyata keçirməmişdir. Icra məmuru tərəfindən onun barəsində ## ##### 2026-cı il tarixdə inzibati protokol tərtib olunaraq Saatlı Rayon Məhkəməsinə‑göndərilmiş,‑lakin‑məhkəmənin‑qərarı‑ilə‑iş‑üzrə‑icraata‑xitam‑verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçisi Valeh Vahidov, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və icra məmuru X1 məhkəmə iclasına gəlməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram ünvanlayaraq arvadının cərrahi əməliyyatı ilə əlaqədar ona baxıcı kimi nəzarət etdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmin halı üzürlü səbəb kimi qəbul edib, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmiş, digər şəxslər isə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını‑mümkün‑hesab‑etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında‑yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan‑verilmiş‑şikayətə‑münasibətdə‑dəyişdirilmədən‑saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin‑tələblərinə‑riayət‑etmişdir.‑ Iş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta‑haqqında‑icraat‑aparılan‑şəxs, Zərərçəkmiş‑şəxs‑hesabına‑500‑manat‑ödəmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta‑haqqında‑icraat‑aparılan‑şəxs, Zərərçəkmiş‑şəxs‑hesabına‑428‑manat‑ödəmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunmadığından Saatlı Rayon Məhkəməsinin onun əməlində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi‑olmadığından‑iş‑üzrə‑icraata‑xitam‑verilməsinə‑dair‑gəldiyi‑nəticə‑qanunidir.‑ IXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni‑tələblərinin‑yerinə‑yetirilməməsini‑nəzərdə‑tutur. IXM-in 528.1‑1-ci maddəsinin tətbiqi üçün aşağıdakı hallar məcmu şəkildə müəyyən edilməlidir: şəxsin əvvəllər məhz eyni icra sənədi üzrə IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi; həmin qərarın qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə yeni pozuntunun baş verməsi; inzibati tənbeh tətbiq edildikdən sonra icra məmuru tərəfindən yeni icra müddətinin müəyyən edilməsi; həmin müddətin üzrsüz səbəbdən‑və‑qəsdən‑pozulmasının‑sübut‑olunması. Iş materiallarından görünür ki, əvvəlki inzibati tənbeh faktı mövcuddur. Lakin bu hal öz‑özlüyündə təkrar inzibati xətanın baş verdiyini sübut etmir. Təkrarçılıq yalnız yeni icra müddətində icra məmurunun qanuni tələbinin qəsdən və üzrsüz yerinə yetirilməməsi sübuta yetirildiyi‑halda‑yaranır. Iş üzrə müəyyən olunur ki, şəxs sonradan borca mütənasib məbləğlərdə ödənişlər etmiş, borcu inkar etməmiş və icradan tam imtina etməmişdir. Bu hallar isə təqsirin mövcudluğunu‑təsdiq‑etmir. Məhkəmə hesab edir ki, yalnız borcun tam ödənilməməsi faktı IXM-in 528.1‑1-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Təqsirin subyektiv elementi – yəni qəsdən icra etməmə –‑ayrıca‑və‑mötəbər‑sübutlarla‑təsdiq‑olunmalıdır. Mövcud iş materialları ilə şəxsin yeni müddət daxilində konkret hansı qanuni tələbi üzrsüz və qəsdən yerinə yetirmədiyi müəyyən edilmir. Bu səbəbdən inzibati xəta tərkibinin həm obyektiv,‑həm‑də‑subyektiv‑əlamətlərinin‑mövcudluğu‑sübuta‑yetirilmiş‑hesab‑edilə‑bilməz. IXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında‑işlər‑üzrə‑icraat‑başlanıla‑bilməz,‑başlanmış‑icraata‑isə‑xitam‑verilir.‑ IXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında‑qərar‑çıxarılır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını məhz üzürsüz səbəbdən icra etməmə halının öz təsdiqini tapmamasını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati‑xətanı‑törətməsinə‑dair‑iş‑üzrə‑icraata‑xitam‑verilməlidir. Bundan başqa apellyasiya şikayətinin dəlili kimi daha əvvəl IXM-in 528.1-ci maddəsi ilə barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qeyd edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, daha əvvəl Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi hazırki iş üzrə inzibati xətanın tərkib elementlərini sübut etmir, çünki yeni inzibati xəta yaranması üçün müstəqil təhlil tələb olunur. Eyni zamanda sözügedən tənbeh tədbirindən sonra şəxs borca mütənasib məbləğdə ödənişlər etmiş, borcu inkar etməmişdir. Onun bu davranışları göstərir ki, borclu öhdəlikdən yayınmır, məsuliyyətdən qəsdən‑boyun‑qaçırmır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati tənbeh tədbiri tətbiq olunarkən şəxsin sağlamlıq vəziyyəti, yaşayış şəraiti və əmək qabiliyyəti nəzərə alınmalıdır. Iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir yerdə işləmədiyi müəyyən edilmişdir. Belə şəxsə qarşı isə inzibati tənbeh tədbirinin tətbiqi məqsəduyğun və ədalətli hesab edilə bilməz, çünki onun hərəkətsizliyinin səbəbi imkansızlıqdır, iradəvi hərəkət deyil. Inzibati tənbeh kimi sanksiya isə yalnız iradəvi, davamlı və məqsədli yayınma hallarında tətbiq edilir. Göstərilənlər isə‑borclunun‑obyektiv‑imkansızlıq‑şəraitində‑olduğunu‑göstərir. Apellyasiya instansiya məhkəməsi yalnız birinci instansiyanın qərarının qanuniliyini və əsaslılığını yoxlayır, hazırki işdə isə qanuna ziddlik aşkar olunmur. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında qanun pozuntusu aşkar edilmədiyindən, həmin qərarın dəyişdirilməsinə‑əsas‑yoxdur. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş‑üzrə‑gəldiyi‑nəticələri‑işin‑faktiki‑hallarına‑uyğun‑hesab‑edir.‑ Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar‑qəbul‑etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən‑saxlanılması‑haqqında‑qərar‑qəbul‑edilir.‑ Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.‑ Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya‑instansiyası‑məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət‑təmin‑edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın.‑ Qərar‑qəbul‑edildiyi‑andan‑dərhal‑sonra‑qanuni‑qüvvəyə‑minir. Qərardan‑şikayət‑və‑protest‑verilə‑bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar