Məhkəmə qərarları › İş №3(3-9)-265/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-265/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-265/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xİdmətinin nümayəndəsi X1 oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Hacıyev İntiqam Məcid oğlunun iştiakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi vəkil İ.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X4), şikayət təmin edilmiş, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xİdməti tərəfindən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXMin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026cı il tarixli, MN № ******* qərar qəbul edilmişdir ondan ötrü ki, o, əmək qanunvericiliyinin tələblərini pozaraq kollecin işçisi Zərərçəkmiş şəxs əmək müqaviləsinə xitam vermişdir. Həmin qərarla həmçinin törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) s ə l a h i y y ə t l i o r q a n Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti X10 ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından Ağcabədi Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* saylı, # #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə törədilmiş inzibati xətanın konkret maddəsi göstərilmədən qanunsuz olaraq 1500 (min beş yüz) manat məbləğində şərti olaraq cərimə edilmiş, mübahisəli qərarda onun hal-hazırda Ağcabədi Pedaqoji Kolleci PHŞ-nın direktoru vəzifəsində işləmədiyi halda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Mübahisəli qərar müşayiət məktubu ilə birlikdə 1# #### 2026-cı il tarixində saat 17:30 radələrində Ağcabədi Pedaqoji Kollecinin mühafizəçisinin iştirakı ilə poçtalyon tərəfindən ona təqdim edilmişdir. Ağcabədi Pedaqoji Kollecinin sabiq müəllimi, həmin kollecdə direktor əvəzi işlədiyi müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ildə həbs edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə edilərək məhkumluq həyatı yaşamış, hal-hazırda məhkumluğu üzərindən götürülməmiş, ondan əvvəlki rəhbərlik tərəfindən 2021-ci ildə yenidən işə götürülmüş Zərərçəkmiş şəxs kollecə rəhbərlik etdiyi dövrdə dəfələrlə əmək və icra intizamını pozduğu üçün şikayət ərizələrinə, aktlara və izahatlara əsasən Zərərçəkmiş şəxs şifahi xəbərdarlıq və töhmət vermişdir. Verilmiş töhmətlə əlaqədar Mediasiya qurumuna müraciət edən Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixli Mediasiya barışığından sonra da Mediasiya sazişində götürdüyü öhdəlikləri nəinki yerinə yetirmiş əksinə əmək və icra intizamını pozan əməlləri və tələbələrə qarşı aqressiv davranışlarını davam etdirmişdir. ## ###### 2024-cü il tarixində Zərərçəkmiş şəxs dərs dediyi, kollecin yetkinlik yaşına çatmayan tələbəsi X2 valideyinləri (ana, nənə və əmi) ilə birlikdə onun iş otağıma gələrək Zərərçəkmiş şəxs X2 2024-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq əxlaqsız təkliflər etdiyini, tələbənin onun təklifini qəbul etmədiyi üçün onu sıxışdırdığını bildirərək bu faktları sübut edən səs yazılarını ona təqdim edərək bu barədə müvafiq tədbir görülməsi ilə bağlı müraciət etmişlər. Eyni zamanda tələbə qeyd edilən səbəbə görə kollecdən xaric olunması barədə ərizə də yazmışdır. Tələbənin şəhid anası olan nənəsi səs-küy salaraq Zərərçəkmiş şəxs otağa çağırlmasını tələb etmiş, bu zaman məsələdən kollecin əməkdaşları və tələbələr də xəbərdar olmuşdur. Qısa müddətdə kollecin tələbələri, onların valideynləri və ictimaiyyət bu məsələdən xəbərdar oldu və tələbənin qeydə aldığı səs yazıları ictimailəşdi. Valideynlər Zərərçəkmiş şəxs barəsində tədbir görülməyəcəyi təqdirdə qız övladlarını kollecdən çıxaracaqları barədə müraciətlər etməyə başladılar. Müəssisənin imicinə zərbə vurduğu üçün qeyd olunan hadisə barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə məlumat vermiş, agentlik bu barədə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqını da məlumatlandırmışdır. Rəhbərliyin tövsiyəsi ilə ## ###### 2024-cü il tarixində kollecin Pedaqoji Şurasının növbədənkənar iclasında qeyd olunan məsələ müzakirə edilərək Zərərçəkmiş şəxs barəsində ciddi tədbir görülməsi ilə əlaqədar qərar qəbul edildi. ## ###### 2025-ci il tarixində kollecin Həmkarlar Komitəsinə təqdimatla rəsmi müraciətinə ## ###### 2025-ci il tarixində kollecə ezam olunmuş Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Hüquq şöbəsinin üç nəfər əməkdaşının da müşahidəçi qismində iştirak etdiyi iclasda baxılaraq Zərərçəkmiş şəxs əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qərar qəbul edildi. İclasın tarixi və dəqiq saatı barədə Zərərçəkmiş şəxs evinə göndərilmiş teleqramı almasına baxmayaraq iclasda iştirak etməmiş və iştirak edə bilməyəcəyi barədə məlumat verməmişdir. Qeyd olununların nəticəsi olaraq ##.##.2026-cı il tarixli ** nömrəli əmrlə Zərərçəkmiş şəxs əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinə rəsmi məktubla bildirilmişdir. Lakin Zərərçəkmiş şəxs məsuliyyətdən yayınmaq üçün xəstəlik vərəqəsi açdıraraq əmrin verildiyi tarixdə bülletendə olmuş və bu barədə kollecə məlumat verilməmişdir. Əmrin ƏMAS-a işləndiyi vaxtda profilaktik tədbirlər keçirildiyinə görə sistemdə xəstəlik vərəqəsi görünməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs Cəbrayıl * saylı Mediasiya təşkilatına müraciəti əsasında ## ###### 2026-cı il tarixində xəstəlik məzuniyyətində olan şəxsin əmək müqaviləsinə xitam verildiyi üçün qanuna müvafiq olaraq ##.##.2026-cı il tarixli ** nömrəli əmrin ləğv edilməsi barədə Barışıq Sazişi imzalanmış və əmr ləğv edilmişdir. Zərərçəkmiş şəxs işə qayıtdıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və son haqq-hesabın çəkilməsi təmin edilmişdir. Bü barədə X7 Xidmətinin Qarabağ Regional Şöbəsinə ## ###### 2026-cı il tarixli *** nömrəli rəsmi məktubla məlumat verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən mövcud qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarının 2.3.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Hesab edir ki, Qərarından şikayət verilən orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* saylı # #### 2026-cı il tarixli qərarı qanunsuzdur və həmin qərar əsasında ona yazılmış 1.500 (min beş yüz) manat məbləğində cərimə cəzası ləğv edilməlidir. İş üzrə Ağcabədi Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5-106)- ***/**** nömrəli qərarı ləğv edilməli və X7 Xidmətinin X10 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilən əsaslarla xitam verilməsi qadağan edilən işçilər və halların siyahısı təqdim edilmişdir. Həmin maddəyə əsəsən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. İXM-in 192.6-cı maddəsi üzrə yaranan inzibati məsuliyyət işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə yaranır. Bu maddə üzrə məsuliyyətin yaranması hər hansı formada istisna edilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən baxılmasının bəzi məhdudiyyətlərini müəyyən etmişdir. Bu məhdudiyyətlər, ilk növbədə, inzibati xətalar qanunvericiliyinin əsaslandığı prinsiplərdən irəli gəlir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021 -ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin (bundan sonra - Xidmət) X10 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərari tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi nəticəsində işçi qanunsuz olaraq işdən azad edilmiş və onun əmək hüquqları pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.6cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, İnzibati Xətalar Məcəlləsinin 192.6- cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs)nın təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, həmin Məcəllənin 21-ci maddəsinə uyğun olaraq inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Hacıyev İntiqam Məcid oğlu apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan qərarından verdiyi şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsas landırmışdır ki, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sabiq işəgötürəni olan Qərardan şikayət verən orqan (şəxs) AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən vəzifəli şəxs kimi 1.500 manat cərimə olunmuşdur. Həmin Qərardan Qərardan şikayət verən orqan (şəxs) Ağcabədi Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə əsassız olaraq həmin şikayəti təmin etmişdir. Aşağıda qeyd edilənlər Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarının ləğv edilərək şikayətin təmin olunmaması barədə yeni qərarın çıxarılmalı olduğunu təsdiq edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs uzun illərdir ki, Ağcabədi Rayon Pedaqoji Kollecində müəllim vəzifəsində çalışmaqdadır. Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixə qədər səhhətində yaranmış problemlə əlaqədar Ağcabədi Rayon Xəstəxanasında müalicə almış, bu səbəbdən də işə çıxa bilməmişdir. ##.##.2026-cı il tarixdə sabiq işəgötürən Qərardan şikayət verən orqan (şəxs) AR Əmək Məcəlləsinin 79.1ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə ** nömrəli əmrlə qanunsuz şəkildə müvəkkili Zərərçəkmiş şəxs əmək müqaviləsinə xitam vermişdir. Müvəkkili işinə qayıtdıqdan sonra sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli Ağcabədi Pedaqoji Kollecinin ##.##.2026-cı il tarixli ** nömrəli əmrinin ləğv edilməsi barədə ** nömrəli əmrlə müvvəkili Zərərçəkmiş şəxs işə bərpa edilmişdir. Lakin bu zaman Qərardan şikayət verən orqan (şəxs) müvəkkilinə işə bərpa olunduqdan sonra bildirmişdir ki, əgər tələbələrə imtahan sessiyası ərzində istədiyi qiyməti yazmasa sessiyanın sonunda yenidən işdən çıxaracaqdır. Onu da qeyd edir ki, ##.##.2026-cı il tarixdə müvəkkili Zərərçəkmiş şəxs ilə Qərardan şikayət verən orqan (şəxs) arasında MSC/MT***/****-***** saylı barışıq sazişi imzalanmışdır. Buna baxmayaraq sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) yenə də qanun pozuntularına səbəb olmuşdur. Belə ki, qış imtahan sessiyası ##.##.2026 - ##.##.2026-cı il tarixlərini əhatə etmişdir. İmtahan sessiyası bitdikdən bir gün sonra sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) müvəkkilinin əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam vermiş, lakin həmin əmri bir gün əvvələ, yəni, ##.##.2026-cı il tarixə 25 nömrə ilə rəsmiləşdirmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanuni göstərmək üçün əmrin tarixini müvəkkilinin işdə olduğu gün göstərməyə çalışmışdır. Halbuki müvəkkili Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə 400 şəkərlə Ağcabədi Rayon Xəstəxanasına yerləşdirilmiş və 10 gün stasionar müalicə almışdır. Yenə də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 79.1ci maddəsinin tələbləri pozulmuşdur. AR Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, müvəkkilinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ##.##.2026-cı il tarixli ** nömrəli əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının iclasında iştirakı təmin edilməmişdir. ** nömrəli ##.##.2026-cı il tarixli əmrin verilməsi zamanı isə ümumiyyətlə, həmkarlar ittifaqı təşkilatının iclası keçirilməmiş, bununla kobud pozuntulara səbəb olunmuşdur. Eyni zamanda Əmək müqaviləsinə xitam verilməsi barədə 10 və ** nömrəli əmrlərin heç biri əsaslandırılmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin qoşmaya əlavə etdiyimiz əmrlərdə əmrin verilməsinə əsas kimi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f” bəndlərinə istinad olunsa da, konkret olaraq pozuntuların nədən ibarət olduğu göstərilməmiş və əmr əsaslandırılmamışdır. Bu da sözügedən əmrlərin qanunsuz və əsassız olduğunu göstərir. Bunlarla yanaşı AR Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 186.2-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehini verərkən göstərilən müddəti ötürmüşdür. Qeyd olunanlar Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin normalarını pozduğunu təsdiq edir. Baş verənlərdən sonra müvəkkili tərəfindən Qərarından şikayət verilən orqan əmək müqaviləsinə qanunsuz və əsassız şəkildə xitam verilməsi barədə şikayət ünvanlanmış və həmin qurum araşdırma nəticəsində sabiq direktor Qərardan şikayət verən orqan (şəxs) həqiqətən də qanun pozuntusuna yol verdiyini təsdiq etmişdir. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 192.6-cı maddəsində göstərilən inzibati xətanı törətməyə görə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla 1.500 manat cərimələnmişdir. Həmçinin Qərarından şikayət verilən orqan # #### 2026-cı il tarixdə X9 direktoru Əhəd Məmmədova məktub ünvanlayaraq (qoşmaya əlavə olunur) müvəkkilinin işə bərpa edilməsi və nəticəsi barədə bir ay ərzində həmin orqana məlumat verməsini xahiş etmişdir. Əks halda AR İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunacağı qeyd olunmuşdur. Həmin maddədə göstərilir ki, Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Bildirir ki, bu günə qədər direktor Əhəd Məmmədov tərəfindən müvəkkilimin işə bərpa olunması həyata keçirilməmişdir. Bundan sonra, Qərardan şikayət verən orqan (şəxs) sözügedən qərardan şikayət vermişdir. Ağcabədi Rayon Məhkəməsi isə əsassız olaraq həmin şikayəti təmin edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə öz qərarında “Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hər hansı bir qanun pozuntusu və inzibati məsuliyyət yaratması halı müəyyən olunmamışdır” göstərsə də bu faktı əsaslandırmamışdır. Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli Qərarı ümumiyyətlə əsaslandırılmamış, sadəcə qanunvericiliyin müvafiq normalarına istinad edilərək formal şəkildə tərtib olunmuşdur. Sözügedən məhkəmə qərarında Qərarından şikayət verilən orqan müvafiq tənbeh vermə haqqında qərarının hansı fakta, nəyə əsasən ləğv edilməsi göstərilməmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq pozuntularına səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsində: Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xİdmətinin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsii araşdırmanı natamam aparmış və qərarını dolğun şəkildə əsaslandırmamışdır. Odur ki, məhkəmənin qərarının ləğv olunmasını və səlahiyyətli orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Hacıyev İntiqam Məcid oğlu apellyasiya şikayətinin dəlilllərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdırıb apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan Ağcabədi Pedaqoji Kolleci PHŞ-in ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdən görünür ki, tələbələrin, valideynlərin şikayət ərizələri, aktlar və Həmkarlar İttifaqıı Komitəsinin ## ###### 2025-ci il tarixli iclasının protokoluna əsasən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdən müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Ağcabədi Pedaqoji Kolleci PHŞ-in ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın ##.##.2025-ci il tarixli №XV*****UX sığortaolunxəstəlik vərəqəsinə əsasən kollecin müəllimi Zərərçəkmiş şəxs barədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” və “f” hissəsinə əsasən qüvvədən düşmüş hesab edilsin. Ağcabədi Pedaqoji Kolleci PHŞ-in ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdən görünür ki, tələbələrin, valideynlərin şikayət ərizələri, aktlar və Həmkarlar İttifaqı Komitəsinin ## ###### 2025-ci il tarixli iclasının protokoluna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdən müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərardan görünür ki, DƏMX-nin X10 Ağcabədi Pedaqoji Kolleci X3 sabiq direktoru Qərardan şikayət verən orqan (şəxs) kollecin işçisi X5 əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri qozularaq xitam verilməsi ilə əlaqədar o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat şərti cərimə olunmuşdur. Törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusunu, apellyasiya şikayətlərində göstərilən dəlilləri və birinci instansiya məhkəməsinin yekun qərarını qarşılıqlı şəkildə təhlil edib qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslandırılmış məhkəmə aktına dair tələblərə cavab vermir. Belə ki, məhkəmə qərarında yalnız “Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hər hansı bir qanun pozuntusu və inzibati məsuliyyət yaratması halı müəyyən olunmamışdır” ifadəsini qeyd etməklə kifayətlənmiş, eləcə də bir sıra maddi və prosessual hüquq normalarına formal şəkildə istinad etsə də, həmin normaların işin konkret faktiki halları ilə qarşılıqlı əlaqədə hüquqi təhlilini aparmamış, mövcud sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirməmiş, eləcə də gəldiyi nəticənin motivlərini açıqlamamışdır. Halbuki Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi, şəxsin təqsiri və iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməli, həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən isə sübutlar işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inama uyğun qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən isə iş materiallarında olan əmrlərə, tibbi sənədlərə, X7 Xidmətinin qərarına və digər sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız formal xarakterli mülahizə ilə Azərbaycan Respublikası İXM-in 53.1.2ci maddəsinə istinad edərək Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Lakin qərardan görünmür ki, məhkəmə bu nəticəyə hansı sübutların araşdırılması və qiymətləndirilməsi əsasında gəlmişdir. Qərarda iş materiallarında mövcud olan sübutların hansı səbəbdən mötəbər və ya qeyri-mötəbər hesab edildiyi, onların hüquqi əhəmiyyətinin nədən ibarət olduğu, habelə inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərinin hansı əsasla inkar edildiyi göstərilməmişdir. Halbuki, məhkəmə aktı yalnız normativ hüquqi aktlara istinad etməklə deyil, həmin normaların işin müəyyən edilmiş faktiki halları ilə əlaqələndirilmiş hüquqi təhlili və sübutların qiymətləndirilməsi nəticəsində gəlinmiş nəticələrlə əsaslandırılmalıdır. Sübutların qiymətləndirilməməsi, tərəflərin dəlillərinə münasibət bildirilməməsi və nəticənin motivsiz formada ifadə olunması məhkəmə qərarının formal xarakter daşıdığını, obyektiv araşdırmaya əsaslanmadığını göstərir. Bununla yanaşı, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ağcabədi Pedaqoji Kolleci PHŞ-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixli, ** nömrəli əmrlə işçi Zərərçəkmiş şəxsla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin bir sıra imperativ xarakterli tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, hələ birinci dəfə Ağcabədi Pedaqoji Kolleci PHŞnin ##.##.2026-cı il tarixli, ** nömrəli əmri ilə Zərərçəkmiş şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə görə isə bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi nəticəsində iş yerində əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin qanunla qorunan mənafelərinə zərər vurulması müəyyən edilməlidir. Lakin iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs əmək müqaviləsinə birinci dəfə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş məcburi prosedur qaydalarına tam riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qadağandır. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirmiş və bu hal “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xəstəlik vərəqəsi ilə təsdiq edilmişdir. Buna baxmayaraq onun əmək müqaviləsinə ##.##.2026-cı il tarixli əmrlə xitam verilmişdir. Sonradan Ağcabədi Pedaqoji Kolleci PHŞ-nin ##.##.2026-cı il tarixli, ** nömrəli əmri ilə həmin əmrin ləğv olunması da ilkin olaraq əmək qanunvericiliyinin tələblərinin pozulduğunu təsdiq edir. Mübahisə predmeti olan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 192.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş Ağcabədi Pedaqoji Kolleci PHŞ-in direktoru Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, ** nömrəli əmrindən isə görünür ki, tələbələrin, valideynlərin şikayət ərizələri, aktlar və Həmkarlar İttifaqıı Komitəsinin ## ###### 2025-ci il tarixli iclasının protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdən müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə yalnız müvafiq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilə bilər. Mübahisə olunan ** nömrəli, ##.##.2026-cı il tarixli əmrin qanuni əsaslarının mövcudluğu iş materialları ilə təsdiq olunmur. Belə ki, həmin əmrin verilməsi üçün əsas kimi göstərilən Həmkarlar İttifaqı Komitəsinin (HİK) ##.##.2025-ci il tarixli iclas protokolu eyni zamanda daha əvvəl qəbul edilmiş, lakin sonradan ləğv olunmuş əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli, ** nömrəli əmrin də hüquqi əsası kimi göstərilmişdir. Bu isə göstərir ki, işəgötürən eyni razılığı təkrarən və yeni hüquqi nəticə doğuran inzibati aktın əsası kimi istifadə etmişdir ki, bu da əmək qanunvericiliyinin məqsədinə və hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Həmkarlar ittifaqının razılığı konkret hüquqi hərəkətə – müəyyən edilmiş əsaslar üzrə əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibətdə verilir və həmin razılıq müddətsiz xarakter daşımır. Razılığın alındığı tarixdən sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilkin əmr qəbul edilmiş, lakin həmin əmr sonradan ləğv olunmuşdur. Bu halda əvvəlki razılıq öz hüquqi əhəmiyyətini itirmiş hesab edilməli və yeni xitam əmri qəbul edilərkən işəgötürən tərəfindən yenidən HİK-in razılığı alınmalı idi. Bundan əlavə, iş materiallarından görünür ki, HİK-in razılığı ##.##.2025-ci il tarixdə alınmış, əmək müqaviləsinə isə yalnız ##.##.2026-cı il tarixdə, yəni bir aydan artıq müddət keçdikdən sonra xitam verilmişdir. Bu isə əmək münasibətlərində intizam məsuliyyəti tədbirlərinin operativlik və aktuallıq prinsiplərinə zidd olmaqla yanaşı, razılığın verildiyi vaxt mövcud olan faktiki vəziyyətlə sonradan qəbul edilmiş qərar arasında zaman baxımından əhəmiyyətli fərq yaratmışdır. Belə uzun müddət keçdikdən sonra əvvəlki razılığa istinad etməklə yeni xitam əmri verilməsi işçinin hüquqlarının müdafiəsinə yönəlmiş təminat mexanizmini formal xarakterə salır. Beləliklə, ** nömrəli, ##.##.2026-cı il tarixli əmrin verilməsi zamanı həmkarlar ittifaqının qüvvədə olan və konkret həmin xitam tədbirini əhatə edən razılığı mövcud olmamış, nəticədə əmək müqaviləsinə xitam verilməsi prosedur qaydalarının pozulması ilə həyata keçirilmişdir. Bu səbəbdən həmin əmr qanunsuz hesab edilməli və hüquqi qüvvədən məhrum edilməlidir. Bununla yanaşı, Əmək Məcəlləsinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlərdən bəhs edən 71-ci maddəsinin:

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. İstinad olunan maddənin müvafiq hissələrindən belə anlaşılır ki, bu cür hallarda əmək mübahisələrində əsas prinsip ondan ibarətdir ki, əmək müqaviləsinə xitamın qanuniliyini sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür. İşəgötürən əmrin qəbuluna əsas olmuş halları sənədlərlə, izahatlarla, aktlarla, xidməti araşdırma materialları ilə və digər sübutlarla təsdiqləməlidir. Təkcə ümumi intizam pozuntusuna istinad və ya formal əsaslandırma əmək müqaviləsinə xitam üçün kifayət hesab edilə bilməz. Bu səbəbdən, işçinin konkret vəzifə öhdəliyini təqsirli şəkildə yerinə yetirmədiyi, bunun nəticəsində əmək prosesinin normal ahənginin pozulduğu və ya qanunla qorunan mənafelərə real ziyan dəydiyi sübuta yetirilmədən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Şərh olunan maddənin 3-cü hissəsində isə işəgötürən üçün bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, yəni işəgötürən hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdən isə görünür ki, işəgötürən tərəfindən bu tələbə riayət olunmamış və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Kollecin direktoru tərəfindən verilmiş əmrdə heç bir əsaslandırma aparılmadan sadəcə olaraq ümumi sözlərə əsaslanmaqla işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, qeyd olunan ** nömrəli, ##.##.2026cı il tarixli əmr verilərkən Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallardan bəhs olunan 79-cu maddəsinin 1-ci hissəsinin imperativ tələbi də pozulmuşdur. Belə ki, qeyd olunan normada qəti şəkildə göstərilir ki, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. İş materiallarına əlavə edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş # ###### 2026-cı il tarixli arayışdan isə görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə TTY şöbəsinə “ÜİX gərginlik stenokardiyası” diaqnozu ilə müraciət edib. ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək stasionar müalicədə olmuşdur. Bununla yanaşı, iş materiallarına əlavə olunmuş sənədlərlə həmçinin müəyyən edilir ki, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan müddət ərzində də adı çəkilən tibb müəssisəsində stasionar müalicədə olmuşdur. Göründüyü kimi, qeyd olunan ** nömrəli, ##.##.2026-cı il tarixli əmrin qəbul edilməsi zamanı əmək qanunvericiliyinin imperativ xarakter daşıyan tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinin tələblərinə əməl edilməmişdir. Həmin normada imperativ qaydada müəyyən edilmişdir ki, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan əsaslarla ləğv edilməsi yolverilməzdir. Qanunverici bu qadağanı işçinin əmək hüquqlarının müdafiəsi məqsədilə müəyyən etmiş və normanın tətbiqində hər hansı istisna nəzərdə tutmamışdır. Başqa sözlə, işçinin müvəqqəti əmək qabiliyyətsiz olduğu dövrdə işəgötürənin təşəbbüsü ilə, o cümlədən ƏM-in 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə əmək müqaviləsinə xitam verilməsi hüquqi baxımdan qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə “ÜİX gərginlik stenokardiyası” diaqnozu ilə TTY şöbəsinə müraciət etmiş, ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarixədək stasionar müalicədə olmuşdur. Həmin tibbi sənəd işçinin məhz əmək müqaviləsinə xitam verildiyi tarixdə sağlamlıq vəziyyəti ilə əlaqədar tibbi yardıma müraciət etdiyini və faktiki olaraq müvəqqəti əmək qabiliyyətsiz vəziyyətdə olduğunu təsdiq edir. İşçinin həm ##.##.2025–##.##.2026-cı il tarixləri arasında, həm də ##.##.2026-cı il tarixdə tibbi yardıma müraciət etməsi və sonradan ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək müddət ərzində stasionar müalicə alması onun sağlamlıq vəziyyətinin qeyriqənaətbəxş olmasının davamlı xarakter daşıdığını göstərir. Bu baxımdan, işəgötürən tərəfindən ##.##.2026-cı il tarixdə, yəni işçinin xəstəlik vəziyyətində olduğu və tibbi müəssisəyə müraciət etdiyi dövrdə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 79.1-ci maddəsinin birbaşa qadağasını pozmuşdur. Qanunun imperativ tələblərinin pozulması ilə qəbul edilmiş inzibati akt hüquqi qüvvəli hesab edilə bilməz və onun qanuniliyi istisna olunur. Xüsusilə nəzərə alınmalıdır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi faktının müəyyən olunması üçün yalnız xəstəlik vərəqəsinin təqdim edilməsi deyil, işçinin faktiki xəstəlik vəziyyətini təsdiq edən tibbi sənədlər də hüquqi əhəmiyyət daşıyır. Tibbi arayış işçinin mübahisəli tarixdə tibbi müdaxilə və müalicəyə ehtiyac duyduğunu təsdiqlədiyindən, işəgötürənin həmin vaxt əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin məqsədinə və işçinin sosial müdafiə təminatlarına zidd olmuşdur. Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə vəzifəli şəxslər inzibati məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutların məcmusu ilə Qərardan şikayət verən orqan (şəxs) işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxs kimi əmək qanunvericiliyinin tələblərini pozaraq işçinin əmək müqaviləsinə xitam verməsi təsdiq olunur. Apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan X7 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar iş üzrə müəyyən edilmiş faktiki hallara və qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi isə həmin qərarın hansı əsaslarla qanunsuz hesab edilməsini əsaslandırmamış, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) s ə l a h i y y ə t l i o r q a n - Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin olunmamalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsun. Ağcabədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətlərə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti X10 ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar