Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-266/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Əliyeva Aytəkin Güləli qızının sədrliyi) ilə ## ###### 1996-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Orxan Əkbərov adına uşaq incəsənət məktəbində rəqs müəllimi işləyən, evli, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdə, saat 13:40 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla idarə etdiyi “Subaru Tribeca minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən zaman zərərçəkmiş şəxslərin sağlamlığına yüngül və az ağır zərər vurmaqla xəsarət yetirmişdir. Bu səbəbdən, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul xidməti alayının X tağım R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha ağır və ədalətli inzibati tənbeh tədbirinin tətbiq edilməsini, o cümlədən sürcülük hüququndan məhrum edilmə məsələsinə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, zərərçəkmiş şəxs kimi xəsarət almışdır. Hadisə nəticəsində 1 nəfərdə az ağır, 2 nəfərdə isə yüngül xəsarətlər qeydə alınmışdır. Buna baxmayaraq, məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 300 manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmənin bu qərarı ədalətsiz və əsassızdır. Belə ki, qarşı tərəf məhkəmə prosesində özünü təqsirli bilməmiş və hadisə barədə yalan ifadə vermişdir. Təqdim etdiyi avtomobil registratoruna aid video görüntülər qarşı tərəfin verdiyi ifadələrin həqiqətə uyğun olmadığını açıq şəkildə sübut edir. Məhkəmə təqdim olunmuş sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Baş vermiş hadisənin nəticələri (az ağır və yüngül xəsarətlər) nəzərə alındıqda, tətbiq olunan inzibati tənbeh həddindən artıq yüngüldür. Təqsirkar şəxsin sürücülük hüququndan məhrum edilməməsi qəbul edilən qərarın ədalət prinsipinə uyğun olmadığını göstərir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və digər zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 İntizar oğlu və zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və digər zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, eyni zamanda, İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə birinci instansiya məhkəməsinin qərarə ləğv olunaraq, iş üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, nə zərərçəkmiş şəxs, nə də barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlin tövsifini və ümumiyyətlə işin faktiki hallarını mübahisələndirmir. Zərərçəkmiş şəxs şikayətində yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbehin yüngüllüyü ilə bağlı məsələni mübahisələndirir. Bununla belə, məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Mübahisə olunan qərardan da görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – onun özünün, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 İntizar oğlu və zərərçəkmiş şəxs1 ifadələri, “İnzibati xəta haqqında” ## #### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarın surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ## ###### 2025-ci il tarixli, 386, 387 və *** nömrəli ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi, video diskdə olan görüntülər, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmə həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Bununla belə, apellyasiya məhkəməsi onu da vurğulmağı zəruri hesab edir ki, İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, ümumi qaydaya görə, inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 04 ay, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üzrə isə 01 il müəyyən edilmişdir. Lakin İXM-nin 38.3-cü maddəsində ayrıca hüquqi tənzimetmə müəyyən edilərək cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri olduqda, inzibati tənbehin müvafiq qərarın qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə biləcəyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati icraat birbaşa inzibati xəta haqqında protokol əsasında deyil, əvvəlcə aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan sonra davam etdirilmişdir. Bu səbəbdən iş üzrə məsuliyyətə cəlb etmə müddəti müəyyən edilərkən İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş ümumi müddət deyil, məhz belə hallar üçün ayrıca və xüsusi qayda müəyyən edən 38.3-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Başqa sözlə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üzrə bir illik müddətin mövcud olması, cinayət işinin başlanmasının rədd edilməsi ilə nəticələnən işlər üzrə xüsusi olaraq müəyyən edilmiş üç aylıq müddətin tətbiqini istisna etmir. Əksinə, həmin norma xüsusi hüquqi tənzimetmə xarakteri daşıdığından konkret münasibət üzrə prioritet qaydada tətbiq edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ## ###### 2026-cı il tarixdə qəbul edilmiş, ## ###### 2026-cı il tarixdə isə Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın tarixi kimi ## ###### 2026-cı il tarixi qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin qərarın sonradan Baş prokurorun birinci müavini tərəfindən ##.##.2026-cı il tarixdə təsdiq edilməsi qərarın qəbul edilmə tarixini dəyişdirmir və müddətin hesablanmasının başlanğıc anı kimi qəbul edilə bilməz. Eyni zamanda, İXM-nin 38.3-cü maddəsində müddətin axımının başlanğıcı kimi qərarın təsdiq edilməsi tarixi deyil, məhz “qərarın qəbul edildiyi gün” müəyyən edilmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilmə tarixini deyil, onun təsdiq edilmə tarixini əsas götürməklə yanlışlığa yol vermişdir. Belə ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ## ###### 2026-cı il tarixdən hesablanmalı və həmin müddət ## ##### 2026-cı il tarixdə başa çatmış hesab edilməlidir. Halbuki iş üzrə birinci instansiya məhkəməsinin yekun qərarı ## ##### 2026-cı il tarixdə qəbul edilmişdir. Beləliklə, həmin vaxtadək İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş üç aylıq müddət artıq keçmiş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan məhkəmə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, nəinki şəxsə tətbiq edilmiş inzibati tənbehin ağırlaşdırılması, onun ümumiyyətlə məsuliyyətə cəlb edilib barəsində hər hansı inzibati tənbeh tədbirinin tətbiq olunması mümkün deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, İXM-nin 38.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-266/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-266/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver