Məhkəmə qərarları › İş №3(3-9)-267/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-267/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-267/2026 15.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayon prokuroru Ramin Nağdəliyevin Vüsal Əmirəli oğlu barəsində ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 16:50 radələrində Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən * nömrəli tam orta məktəbin qida satış məntəqəsində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs hücum edərək yıxmağa çalışmış və ona fiziki ağrı yetirmişdir, bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Biləsuvar rayon prokurorluğu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə müəllimlər otağında əyləşmiş, müəllimlərdən X2 və X4 da orada idi.Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs otağa daxil olub əl-qol hərəkətləri ilə təhqiredici şəkildə direktor müavini X2 üzərinə gedərək, qışqırıb-bağıraraq hara baxırsınız korsunuz, niyə meydançada növbətçi yoxdur və s. sözlər söyləyərək müəllimə yaraşmayan etik qaydalara zidd hərəkətlər etmişdir. Bu zaman bir müəllim yoldaşı kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadınla bu cür danışmaq müəllimə yaraşmaz, yaxşı hal deyil demişdir.O isə təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətini alçaldıcı hərəkətə yol vermişdir, o isə üçün əlavə heçnə deməmiş.Bu zaman otaqda olan digər qadın müəllim Səfərova Günel də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bəsdir eyib deyil dedi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Dnunla da eyni tərzdə qışqırıb-bağıraraq danışdı.Əlizadə Günel müəllim otağı tərk edib qapını Dağlayan anda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qapını itələyərək ardınca çıxdı.Qapının Günel müəllimə dəydiyini zənn edib ardınca çıxmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenə qadın müəllimin üstünə gedərək əvvəlki tərzdə danışır. Mübahisədən uzaqlaşmaq üçün məktəbin bufetinə getmiş və bir qədər sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ardınca hücum çəkərək bufetə gəldi əvvəlki tərz təhqiredici hərəkətlərinə davam etdi. Əsəblərini cilovlayaraq onu çay içməyə dəvət etmiş, lakin Vüsal təhqiri davam etdirdi. Bufeti tərk etmək istədikdə yolunun ortasında dayanaraq qarşısını kəsdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla güləşəcəyini düşünüb onu qurşaq hissədən qucaqlayaraq havaya qaldırdı. Səhhətində problem olduğu üçün fiziki güc tətbiq edə bilmədi, təhqiri davam etdirərək onu yerə yıxdı.Yerə yıxıldıqdan sonra sağ çiyinindən və sol dizindən burxulma zədəsi almış. 102 xidmətinə zəng edib yalan, böhtan və şərləmə olmaqla onu döydüyünü məlumat vermiş və bu barədə direktora məlumat vermişdir. Hadisə barədə akt tətrib olundu.Direktorun otağında əsəb dərmanı atıb müəllimlər otağına getdim.Sakitləşdikdən sonra hadisəyə obyektiv və ədalətli münasibət göstəriləcəyini ümid edərək 102 xidmətinə hadisə barədə məlumat verib Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu döydüyüm barədə verdiyi məlumatın şər və böhtan olduğunu bildirmişdir. Hadisə barədə hadisənin baş verdiyi yerdə kifayət qədər şahid vardır. Qeyd olunalara əsasən, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarının ləğv olunması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Zərərçəkmiş şəxs şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, şikayətini İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkləməsində işə baxan hakim iş üzrə icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ## ###### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında ona fiziki ağrı yetirildiyi göstərilsə də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” PHŞ tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyinə əsasən onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Hakimin qənaətinə görə, inzibati xəta kimi qiymətləndirilən “fiziki ağrı yetirmə” faktı obyektiv tibbi sübutlarla təsdiq olunmadıqda, yalnız zərərçəkmiş şəxsin subyektiv izahatı ilə bu halın sübuta yetirilmiş hesab edilməsi mümkün deyildir. Bu isə inzibati məsuliyyətin tətbiqi üçün tələb olunan sübut standartına cavab vermir. Digər tərəfdən, iş materialları və tərəflərin izahatları göstərir ki, hadisə tərəflər arasında qarşılıqlı mübahisə zəminində baş vermiş, hər iki tərəf bir-birinə qarşı fəal davranış nümayiş etdirmişdir. Barəsində inzibati icraat aparılan şəxsin izahatına görə, o, qarşı tərəfin hücumundan qorunmaq məqsədilə özünü müdafiə etmişdir. Bu hal isə hadisənin birtərəfli zor tətbiqi kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati məsuliyyətin tətbiqi yalnız inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətləri sübuta yetirildiyi halda mümkündür. Halbuki, mövcud iş üzrə həmin əlamətlər, xüsusilə də zərərçəkmiş şəxsə fiziki ağrı yetirilməsi faktı kifayət qədər və inandırıcı sübutlarla təsdiq olunmamışdır. Belə olan halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 5 və 12-ci maddələrinin tələblərinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri olan hüquqi əsaslar mövcud olmadığından, habelə həmin Məcəllənin 53.0.2-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməli olduğu nəzərə alınaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 83.1.-83.3-cü maddələrinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinin tələbinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta haqqında icraatla bağlı yoxlanılmış sübutlar qəti qənaətə gəlmək üçün yetərli deyilsə, hakim əlavə məlumatlar əldə etməyə təşəbbüs göstərməlidir. Yalnız bu zaman tam, obyektiv və qanuni qərarın qəbul edilməsi mümkün ola bilər. İcraatda olan inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin araşdırmasından məlum olur ki, hakim yalnız prokurorluğun əməkdaşını, təqsirləndirilən və zərərçəkmiş şəxsi dindirməklə kifayətlənmiş, onun izahatının sübut üşün yetərli olmaması əsası ilə əməldə inzibati məsuliyyətə səbəb olan tərkibin olmaması qənaətinə gəlmişdir. Halbuki, işin hallarından məlum olduğu kimi, hadisə məktəbdə baş vermiş, hadisə zamanı orada digər şəxslərin, yəni müəllim və texniki işçilərin olması istisna deyil. Bundan başqa prokurorluq əməkdaşı tərəfindən müvafiq araşdırma aparılmış, hal-hazırda dairəsi məhkəməyə məlum olmayan şəxslərin izahatları çox güman ki, alınmışdır. Hesab edirəm ki, tam və hərtərəfli araşdırma aparılması üçün qeyd olunan material prokurorluqdan götürülərək öyrənilməli, hadisə zamanı orada olan şəxslər barədə tərəflərdən məlumatlar əldə olunmalı və həmin şəxslər şahid qismində dindirilməlidir. Yalnız bu araşdırmaların nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlyar Əliyə fiziki ağrı yetirib-yetirməməsi müəyyənləşdirilə bilər, yaxud Vüsal Əliyevin əməlində zəruri müdafiənin əsaslarının olub-olmaması müəyyənləşdirilə bilər. Göstərilənlər əsas verir ki, birinci instansiya məhkəməsində işə baxan hakim tam araşdırma aparmamışdır. Ona görə də həmin qərar qanuni və ədalətli hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. İstinad olunmuş Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Həmin Məcəllənin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsaslar müəyyən olunmuş, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də qərar ləğv olunmalı və şikayətə əsasən inzibati xəta üzrə materiallar yenidən baxılması üçün hakimə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRAR VERDİM: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar yenidən baxılması üçün Biləsuvar rayon məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar