Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-268/2026 15.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X2 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətin təmin edilməsi haqqında Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: XII tağım YPX inspektoru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Səlim Allahverdiyev) ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız hesab edilərək ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin Yol-Patrul Xidməti Alayının komandiri R Fuad Mayılov tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi üzrə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Bununla bağlı idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş “Poçt haqqında” Qanuna əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbəmamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıb-çatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. Inzibati xəta haqqında işin materiallarında işin baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş vəzifəli şəxsin iştirakını təmin etməyərək nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə işi tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə səlahiyyətli orqana sorğu ilə müraciət edib iş üzrə sübutları təqdim edilməsini tələb edə bilərdi. Bununla bağlı səlahiyyətli orqana bu işlə bağlı hər hansı bir sorğu, nə də məhkəmənin baxılmasının vaxtı və yeri barədə bildiriş daxil olmamışdır. Qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və vətəndaş Qərardan şikayət verən orqan (şəxs) inzibati xətaya yol verməsi halı təsdiqlənmişdir (video görüntü apellyasiya şikayətinə əlavə olunur). Digər tərəfdən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə təqdim etdiyi şikayətdə qeyd etdiyi xüsusatlar və “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin tələbləri tam olaraq əsassızdır. Belə ki, istinad edilən faktlar inzibati xətanın törədilməsinə və işin mahiyyətinə uyğun olmamışdır. “Yol hərəkəti haqqında” Qanunun VI hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Sabirabad Rayon Məhkəməsinin iş *(*- ***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI-nin nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin Yol-Patrul Xidməti Alayının komandiri R Fuad Mayılov tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, inzibati xətanın baş verdiyi ərazidə yolun kənarında “ötmə qadağandır” yol nişanı yerləşdirilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) yol nişanının quraşdırılmamasını əsas gətirərək nəqliyyat vasitəsini idarə edərək ötmə əməliyyatını yerinə yetirmişdir. Bu, işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) yolun üzərində 1.1 üfüqi nişanlama xətti mövcud olmasına baxmayaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etmiş və yol hərəkəti haqqında qanunvericiliyin müvafiq tələbini pozmuşdur. Belə ki, yolun kənarında “3.20 ötmə qadağandır” yol nişanı olmasa da, yolun üzərində 1.1 üfüqi nişanlama xətti mövcud olduğundan, sürücü tərəfindən qeyd olunan xəttin tələbinə əməl olunmalı idi. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv edərkən istinad etdiyi hallar, konkret hazırkı iş üzrə ümumiyyətlə mövcud olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şikayətə əlavə edilmiş sənədlərlə də təsdiq olunur ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, IXM-in 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilməklə tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Halbuki, inzibati xəta heç bir xüsusi texniki vasitə, o cümlədən təhlükəsiz şəhər kameralarının görüntülərindən istifadə olunmadan polis əməkdaşı tərəfindən bilavasitə aşkar olunmuşdur. Patrul avtomobilinə quraşdırılmış kamera isə sadəcə hadisəni qeydə almışdır. Həmin görüntünün olması isə sadəcə inzibati xətanı təsdiq edən sübutlardan biri kimi çıxış etmişdir. Həmçinin, birici instansiya məhkəməsi qərarında Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi CD diskdə əksini tapan çəkilişə əsasən yerdə üfüqi nişanlanma xətti ilə yol kənarında quraşdırılmış yol nişanı arasında ziddiyyətin mövcud olmasını göstərsə də, həmin ərazidə ümumiyyətlə belə nişan olmamışdır və bunu Qərardan şikayət verən orqan (şəxs) özü də təsdiq edir. Ümumiyyətlə şikayətin məğzi də elə bundan ibarət olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan və düzgün hüquqi nəticəyə gəlməyərək qanunsuz və əsassız olaraq Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığını əsas göstərməklə iş üzrə icraata xitam vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı bütövlükdə ləğv etməsinə baxmayaraq, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə öz qərarını ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasəm inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin Yol-Patrul Xidməti Alayının komandiri R Fuad Mayılov tərəfindən verilmiş şikayət təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin Yol-Patrul Xidməti Alayının komandiri R Fuad Mayılov tərəfindən verilmiş şikayət təmin olunsun. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-268/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-268/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver