Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-269/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi) ilə ## ##### 1952-ci il tarixdə Lənkəran rayonu, Kiroc (indiki İstisu) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran şəhəri, Şəhidlər Xiiyabanı III-H/Ş 118 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında- 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs qonşusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona məxsus hasarı aşırdıb maddi ziyan vurmasına görə toplanmış material üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, R X1 qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə tədbir görülməsindən ötrü müvafiq sənədlər Protokol tərtib edən orqanlar-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Protokol tərtib edən orqanlar-nin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinin yan hissəsində boş torpaq hissəsini ələ keçirmək istəməsi və Ş.Xiyabanı küçəsində sonuncuya məxsus daş hasarı aşırdaraq Zərərçəkmiş şəxs 80 manat maddi ziyan vurması əsası ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında onun ifadəsini təhrif edərək özünü təqsirli bilməsi kimi qeyd etmişdir. Halbuki, o, məhkəmə iclasında özünü təqsirli bilməmişdir və hazırda da özünü təqsirli bilmir. Bundan əlavə, Lənkəran Rayon Məhkəməsində işə baxılarkən obyektiv və qərəzsiz araşdırma aparılmamış və təqsiri olmadığı halda təqsirli bilinmişdir. Məhkəmə işə baxarkən hazırkı iş üzrə zərərçəkmiş şəxsin kimliyini araşdırmamış, torpaq bələdiyyə torpağı olduğu halda bələdiyyə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmalı olduğu halda, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs kimi tanınmışdır. Eyni zamanda, sökülən hasarın zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs tərəfindən inşa edilməsini sübut edən hallar, dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı ekspert (mütəxəssis) rəyinin alınması halları məhkəmə tərəfindən araşdırlmamış və sübuta yetməmişdir. Bütün bunlardan görünür ki, hakim işi tam araşdırmadan təqsirli bilinməsi barədə inzibati qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Onun barəsində tərtib edilmiş protokol ilə əməli qəti şəkildə sübut edilmir. Lakin məhkəmə ədalətsiz qərar qəbul edərək onu təqsirli bilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində göstərilir:
53. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsindən də görünür ki, iş üzrə icraat rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərilir: 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində göstərilir: 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.[92] 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Ona istinad edilən əməlin olmasını sübut edən heç bir hal yoxdur. İnzibati xətanı törətməkdə onun təqsiri sübuta yetmədiyi halda o, inzibati məsuliyyətə cəlb olunmuşdur.
PROSESSUAL MƏSƏLƏLƏR
Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində az miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – özünün və zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## ###### 2026-cı il tarixli qərar, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş **-PL/**** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyi, RX******* №-li ##.##.2018-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## ###### 2026-cı il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Protokol tərtib edən orqanlar-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş **-PL/**** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında 5x0,4 metr ölçüdə mişar daşından inşa edilmiş hasarın bərpa dəyərinin müəyyən edilməsi üçün lazım olan tikinti materialları (qum, sement, usta xərci) abadlıq işlərinin aparılması və digər xərclər daxil olmaqla bərpa dəyəri yuvarlaq olaraq 80 (səksən) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* №-li ##.##.2018-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən 0.01 ha torpaq sahəsinin üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Protokol tərtib edən orqanlar-nin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinin yan hissəsində boş torpaq hissəsini ələ keçirmək istəmiş və Ş.Xiyabanı küçəsində sonuncuya məxsus daş hasarı aşırdaraq Zərərçəkmiş şəxs 80 manat maddi ziyan vurmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları, həmçinin barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iş materiallarında olan izahatlarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs apellyasiya şikayətində ona istinad olunan inzibati xətanın törədilməsində onun təqsiri olmamasını qeyd etsə də, göstərilən hallarla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmişdir, əksinə işdə olan bir-birini tamamlayan mötəbər sübutlarla göstərilən xüsusatlar təkzib olunmuşdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəinki birinci instansiya məhkəməsində verdiyi ifadəsindən, o cümlədən HK-*-** saylı material üzrə icraat zamanı verdiyi ##.##.2026-cı il tarixli izahatından da görünür ki, o, Zərərçəkmiş şəxsla arasında münaqişənin olmasını, Xudaşirinin özünə məxsus evinin sağ tərəfindən torpaq sahəsinə hasar çəkməsini, o da torpaq sahəsinə girmək üçün qapı qoyduğundan Xudaşirinin ##.##.2026-cı il tarixdə saat 13 radələrində ondan həmin qapını sökməyini istəməsini, bu səbəbdən də əsəbləşib Xudaşirinin çəkdiyi hasarı əli ilə aşırdığını bildirmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs hasarın söküldüyü torpaq sahəsinin bələdiyyə torpağı olmasını göstərib, Zərərçəkmiş şəxs yox, məhz bələdiyyənin zərərçəkmiş şəxs kimi tanınmalı olmasını hesab etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan sözügedən torpaq sahəsi üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüququnun ##.##.2018-ci il tarixdən dövlət qeydiyyatına alınması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[ 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. İş materiallarından görünür ki, sökülmüş hasar məhz Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin sərhədində yerləşmişdir və həmin torpaq sahəsinin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, hasara vurulmuş ziyan bilavasitə həmin torpaq sahəsinin mülkiyyətçisinin hüquq və mənafelərinə toxunduğundan Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınması qanuni və əsaslı olmuşdur. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin sökülən hasarın Zərərçəkmiş şəxs tərəfindən inşa edilməsinin və dəymiş ziyanın məbləğinin sübuta yetirilməməsi barədə dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatlarında məhz özü həmin hasarın Zərərçəkmiş şəxs tərəfindən onun özünə məxsus evin sağ tərəfində çəkilməsini göstərmişdir. Bundan əlavə, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində 5x0,4 metr ölçüdə mişar daşından inşa edilmiş hasarın bərpası üçün tələb olunan tikinti materialları, abadlıq işləri və digər xərcləri nəzərə alınmaqla bərpa dəyərinin 80 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin rəy səlahiyyətli mütəxəssis tərəfindən verilmiş, iş üzrə digər sübutlarla uzlaşmış və onun mötəbərliyini şübhə altına alan hər hansı obyektiv hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, əsassızdır. Barəsində inzibati tənbeh təyin edilmiş şəxsin göstərdiyi dəlillər, yəni onun baş vermiş inzibati xəta üzrə təqsirinin olmamasından ibarət xüsusat inzibati məsuliyyətdən yayınmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Həmçinin qeyd etmək zəruridir ki, səlahiyyətli orqan tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tənbeh tətbiq edərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən bu inzibati xətanın törədilməsinə görə şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə məsuliyyəti ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını və işin digər hallarını nəzərə alaraq şəxsə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında- 80 (səksən) manat məbləğində cərimə inzibati tənbehi tətbiq etmişdir. Qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə maddənin sanskiyasında nəzərdə tutulmuş yüngül həddə tənbeh növünü tətbiq etməklə, sonuncunun barəsində kifayət qədər ədalətli davranmışdır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Hakim: Pərviz Hacıyev