Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-270/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli qərarından səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında əsasən Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, o, özünə məxsus olan "X8 1844LS yük" markalı, **-BH-*** avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu alıcı X3 öz aralarında olan razılaşmaya əsasən satmaq qərarına gəlmiş və avtomobilin dəyəri olan 60.000 manatı tam ödəmək imkanı olmadığı üçün X3 yarı dəyərini 30.000 manatı nəğd şəkildə ona ödəmişdir. Qalan 30.000 manat borcu isə aralarında bağlanan müqaviləni imzaladıqları tarixdən etibarən 1 il müddətində ödəməyi öhdəsinə götürmüş və həmin müddətədək avtomobili idarə etmək üçün etibarnamə əsasında Müşfiq Əliyevə vermiş, lakin avtomobilə mülkiyyət hüququ onda qalmışdır. "xxxx" ASC-də bədbəxt hadisə baş vermiş və X16 Xidmətinin ##.##.2025-ci il tarixli,*- **-*/*-*-****/**** nömrəli əmri ilə yaradılmış təhqiqat Komissiyası bədbəxt hadisənin təhqiqatınə aparmış və təhqiqat zamanı mülkiyyət hüququ əsasında ona aid olan lakin faktiki olaraq etibarnamə əsasında idarə edilən “X8 1844LS yük" markalı, **-BH-*** avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqu həmin ASC-yə giriş çıxış etdiyi üçün araşdırmaya cəlb edilmiş və əsassız olaraq onun barəsində AR İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Cərimə edilməsinə səbəb guya fərdi sahibkar kimi əmək müqaviləsi bağlamadan X3 onun işlərini yerinə yetirməyə cəlb etmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Əmək qanunvericiliyinin pozulması maddəsidir. Bu maddəyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hərçənd burada deyilir: O, özünə məxsus avtomobili X3 və o, pulu tam ödəyə bilmədiyi üçün ona sürmək üçün etibarnamə vermişdir. Ona sürmək üçün etibarnamə verməsi X3 onun hansısa işini və ya tapşırıqlarını yerinə yetirmək anlamına gəlmir. Göründüyü kimi X3 onun avtomobilini etibarnamə əsasında idarə etməsi bu maddənin tələbləri pozulması və ya X3 ilə əmək münasibətlərinin olması deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, ## ###### 2025-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-134)-2/2026 qərarı ilə şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini və Xidmətin Qarabağ regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv edilməli, Xidmətin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli, MN *****S* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır Belə ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət veriiməmişdıir. Xidmətin Qarabağ regional şöbəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdən əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) fiziki şəxs X3 işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilib. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilən ##.##.2025-ci ü tarixli, MN 1870993 nörrjrəfi inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən məhkəmə araşdırmasının sadəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün müdafiə məqsədi sonradan formalaşdırdığı mülahizələrə əsaslanmış, sübutlara hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci; maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan hallar nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Nəticədə, Kürdəmir Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə qərar qəbili edilmişdir. Xidmətin Qarabağ regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və İnzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur, Xidmətin Qarabağ regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılmış şəxs tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adı çəkilən işçilər hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni yamanda, vəzifəli şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (İşəgötürən) olması sübut edlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinin tələblərinə əsasan, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının [ləğv edilməsi üçün əsasdır və məhkəmə qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasmı, inzibati xəta törədən şəxsin təqsirini va işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri İlə, müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) İnformasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xətə haqqında pratokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstirilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqları, onların sağlamlığı, əhalinin sanitariya-epidemioloji salamatlığı, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qayda və təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydaları qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərqfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Qarabağ regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, M İM ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-134)-2/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Arif oğlu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qərarından Kürdəmir Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmiş, onun şikayəti təmin edilərək məhkəmənin qərarı ilə vəzifəli şəxsin ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, səlahiyyətli orqan tərəfindən isə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Odur ki, İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat materiallarını şikayətin dəlilləri əsasında yoxlayan apellyasiya məhkəməsi aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarına əsasən: ##.##.2025-ci il tarixli avtomobil üzrə borc şərtli alqı-satqı müqaviləsindən (notariat qaydasında imzalanmayıb) görünür ki, Qərardan şikayət verən orqan (şəxs) və X3 öz iradələri ilə bu müqaviləni bağlamış və imza etmişlər. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ona məxsus olan X9 1844 (**-BH-***/WOB9340321L214442) və xxxx Yarımqoşqu (**-ZA-***/WKESD000000476914) markalı nəqliyyat vasitələrini, alıcı X3 öz aralarındakı razılaşmaya əsasən satmaq qərarına gəlmişdir. Alıcı X3 avtomobilin dəyəri olan 60000 (altmış min) manatı tam ödəmək imkanı olmadığından, yarı qiymətini 30000 (otuz min) manatını ona nağd ödəmişdir. Qalan 30000 (otuz min) manat borcu isə müqaviləni imzaladıqları tarixdən (##.##.2025) etibarən 1 (bir) il müddətində ödəməyi öhdəliyinə götürür. Qeyd olunan müddət ərzində avtomobilin mülkiyyəti Qərardan şikayət verən orqan (şəxs) aid qalaraq, X3 isə etibarnamə əsasında yalnız sürmə hüququ ilə avtomobili öz şəxsi mülkü kimi istifadə edəcək; ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) özünə məxsus olan "X8 1844LS yük" markalı, **-BH-*** avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün 9 il 10 ay 23 gün müddətinə, ##.##.2035-ci il tarixədək X5 etibarnamə vermişdir; ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) özünə məxsus olan **- ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu idarə etmək üçün 9 il 10 ay 23 gün müddətinə, ##.##.2035-ci il tarixədək X5 etibarnamə vermişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin ## ###### 2026-cı il tarixli *-**-*/*-*-**/**** nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən "Amiroğlu İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırda "VIA CONSTRUCTION MMC) (bundan sonra Cəmiyyət) sabiq işçiləri Zeynalov Nizami İbrahim oğlu va X6 ##.## 2025-ci il tarixdə xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə təhqiqat komissiyası yaradılmış, baş vermiş bədbəxt hadisənin təhqiq edilməsini və təhqiqat materiallarının X16 Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinə təqdim edilməsini təmin etməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin əməyin nəzarət şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) sabiq elektrik quraşdırıcısı Hüseynzadə Elxan İlqar oğlunun ##.##.2025-ci il tarixdə saat 16:00-16:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı tərtib edilmiş təhqiqat aktına Xidmətin Aparatının Əməyin mühafizəsinə nəzarət şöbəsində baxılmışdır. Xidmətin Aparatının Əməyin mühafizəsinə nəzarət şöbəsinə ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məruzə ilə ilk dəfə təqdim edilmiş Təhqiqat aktına və ona əlavə olunan materiallara baxış keçirilən zaman təhqiqat materiallarının 27-ci səhifəsində göstərilmiş ##.##.2025-ci il tarixdə giriş təlimatı keçirilmiş X3 ƏMAS-da həmin tarixdə hər hansı şəxslə qüvvədə olan əmək müqaviləsinin olmadığı məlum olmuşdur (yalnız ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə digər kənar hüquqi şəxslə əmək müqaviləsinin bağlandığı məlum olur). Bu məsələ ilə bağlı ətraflı araşdırma aparıb həmin şəxsin də əmək müqaviləsi bağlanılmadan (hüquqi qüvvəyə minmədən) işlərə cəlb edilib-edilməməsinin dəqiqləşdirilməsi barəsində rəy verilsə də nəticəsi barədə yetərli sənədlər təqdim edilməmiş, müvafiq dəqiqləşdirmə aparılmamışdır, həmin şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hissəsində əlavə araşdırılma aparılması məsələsinə baxılması məqsədəuyğun hesab olunur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-M- ******/**** nömrəli bildirişindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan işə baxılması ## ###### 2025-ci il tarixdə saat 12:00-a təyin olunmuş və bununla bağlı vətəndaşa bildiriş göndərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** nömrəli bildirişindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilməsi bildirilmiş və protokol göndərilmişdir; ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X3 ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərə (xidmət) cəlb edilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsası ilə barəsində protokol tərtib edilmişdir; ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqəsindən görünür ki, X3 Qərardan şikayət verən orqan (şəxs) ilə hər hansı əmək münasibətlərinin olmadığını və maşın alqı-satqısı etdiyini bildirmişdir; ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqəsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MN ******* nömrəli protokoldan şikayət etdiyini və X3 ilə əmək münasibətlərinin olmadığını bildirmişdir; ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdən əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) fiziki şəxs X3 işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xəta törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin ##.##.2025-ci tarixli, *-**-*/*-M-******/**** nömrəli bildirişindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə müvafiq olaraq, 25 dekabr2025-ci il tarixli, ******* saylı qərar qəbul edilərək cərimə tətbiq olunması barədə ona bildiriş göndərilmişdir; ##.##.2026-cı il tarixli Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, şikayət vemiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşadığı üçün vermiş olduğu şikayətə Kürdəmir Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir; Birinci instansiya məhkəməsində araşdırma zamanı: Şahid X3 izahat verərək bildirdi ki, 2025-ci ilin may ayında "X8 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu Fizulidən satın almışdır. Həmin avtomobilə görə hər ay Fizuliyə 1000 manat ödəniş edir. Pulunu tam ödəyə bilmədiyi üçün maşını adına keçirməyib, ödəniş bitdikdən sonra avtomobili öz adına keçirəcək. Aralarında razılıqla müqavilə bağlamışlar və 1 il müddətinə aylıq 1000 manat olmaqla ödəniş edəcək, qalan pulu isə nağd şəkildə ödəyəcəkdir. Məqsədi işlətmək, çörək pulu qazanmaq olmuşdur. Türkiyəyə yük götürmək üçün getmiş, gələrkən yükü Şuşaya aparıb boşaltmışdır. Həmin vaxt orda bir nəfərin xəsarət alması ilə nəticələnən hadisə olmuş, ora komissiya gəlmiş, yoxlama aparılmışdır. Hadisə vaxtı onun da həmin maşınla ordan çıxdığını görmüşlər və maşın Fizulinin adında olduğu üçün Qərardan şikayət verən orqan (şəxs) cərimə yazmışlar. X10 izahat verərək bildirdi ki, Əliyev Müşfiq Qərardan şikayət verən orqan (şəxs) tır maşınını- "X8 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA- *** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu 60000 manata satın almış, öz aralarında yarı qiymətinə, yəni 30000 manatını nağd ödəməklə, qalan hissəsini bir il ərzində ödəmək barədə razılıq əldə etmişlər. Maşını idarə etməsi üçün Əliyev Müşfiqə etibarnamə verilmişdir. Razılıq edilən zaman və etibarnamə verilən zaman onların yanlarında olmuşdur X1 izahat verərək bildirdi ki, eyni kənddə yaşayırlar, alqı-satqı olan zaman yanlarında olmuş, Fizuli Müşfiqə yarı qiymətini nağd, qalan hissəsini bir il ərzində az-az ödəmək şərti ilə 2025-ci ilin may ayında "X8 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu satmışdır. X11 izahat verərək bildirdi ki, Qərardan şikayət verən orqan (şəxs) onun əmisi oğludur. Fizuli ona məxsus tır maşını- "X8 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu Əliyev Müşfiqə yarı qiymətni, yəni 30.000 manatının nağd, qalan 30000 manat hissəsini bir il ərzində ödəmək barədə razılığa gəlməklə satmışdır. Aralarında razılıq əldə olunan zaman onların yanlarında olmuşdur. Apellyasiya məhkəməsi səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, Qərardan şikayət verən orqan (şəxs) X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi tam sübuta yetirilmiş, buna baxmayaraq məhkəmə əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarı ləğv etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsaslı hesab etmir. İş materialları və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin izahatları ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X3 arasında ##.##.2025-ci il tarixdə nəqliyyat vasitələrinin borc şərtli alqı-satqısına dair razılaşma olmuş, nəqliyyat vasitələrinin dəyərinin bir hissəsi ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Həmin müddət ərzində nəqliyyat vasitələrinin idarə olunması məqsədilə X3 etibarnamə verilmiş, sonuncu həmin nəqliyyat vasitələrindən istifadə etməklə yük daşıma fəaliyyəti göstərmiş və bu fəaliyyətdən əldə olunan gəliri müstəqil qaydada özü əldə etmişdir. İş materiallarında M.Əliyevin Qərardan şikayət verən orqan (şəxs) tabeliyində işləməsi, onun göstərişləri əsasında əvvəlcədən müəyyən olunmuş əmək funksiyasını yerinə yetirməsi, iş vaxtına və daxili əmək intizam qaydalarına tabe olması, əməkhaqqı alması və ya əmək münasibətlərinə xas digər hüquqi asılılıq əlamətlərinin mövcudluğu barədə hər hansı mötəbər sübut müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, həmin normanın dispozisiyasından göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün ilkin və zəruri şərt tərəflər arasında münasibətin məhz əmək münasibəti olması və şəxsin işəgötürən qismində çıxış etməsinin sübuta yetirilməsidir. Başqa sözlə, fiziki şəxsin hər hansı fəaliyyət göstərməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Bunun üçün həmin fəaliyyətin əmək münasibətlərinə xas hüquqi əlamətlərlə müşayiət olunması zəruridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul edildiyi peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən əmək şəraitinin təmin edilməsinə əsaslanan münasibətlərdir. Göründüyü kimi, əmək münasibətlərinin mövcudluğu üçün yalnız müəyyən işin görülməsi faktı kifayət etmir. Bununla yanaşı: işçinin işəgötürənin təşkilati-hüquqi nəzarəti altında fəaliyyət göstərməsi, əvvəlcədən müəyyən edilmiş əmək funksiyasının mövcudluğu, əməkhaqqının ödənilməsi, daxili intizam qaydalarına tabeçilik, iqtisadi və hüquqi asılılıq münasibətlərinin yaranması kimi əlamətlərin məcmu halda mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə həmin əlamətlərin heç biri səlahiyyətli orqan tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə həmin Məcəllə şamil edilmir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş materialları ilə müəyyən edilmiş hallar – nəqliyyat vasitələrinin borc şərtli alqı-satqısı barədə razılaşmanın mövcudluğu, nəqliyyat vasitələrinin faktiki olaraq X3 istifadəsinə verilməsi, etibarnamə əsasında idarə olunması və sonuncunun həmin nəqliyyat vasitələrindən istifadə etməklə gəliri müstəqil qaydada özü əldə etməsi tərəflər arasında münasibətin əmək münasibətlərindən daha çox faktiki mülkihüquqi xarakter daşıdığını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əməyə olan bacarığı həm əmək müqaviləsi, həm də mülki-hüquqi münasibətlər çərçivəsində realizə edilə bilər və tərəflər arasında yaranmış münasibətin əmək və ya mülki hüquq münasibəti hesab olunması onun formal adından deyil, həmin münasibətin həqiqi mahiyyətindən və faktiki xarakterindən müəyyən edilir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən əmək münasibətləri işçinin işəgötürənin təşkilati-hüquqi nəzarəti altında fəaliyyət göstərməsi, əmək funksiyasını şəxsən yerinə yetirməsi, daxili intizam qaydalarına tabe olması və əməkhaqqı müqabilində işləməsi ilə xarakterizə olunur. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri tərəflərin hüquqi və faktiki bərabərliyinə əsaslanır və tərəflərdən birinin digərinin təşkilati tabeliyində olmasını nəzərdə tutmur. Hazırkı iş üzrə isə M.Əliyevin Qərardan şikayət verən orqan (şəxs) təşkilati nəzarəti altında fəaliyyət göstərməsi, onun göstərişlərini icra etməsi, müəyyən edilmiş iş rejiminə tabe olması, əmək funksiyası yerinə yetirməsi və əməkhaqqı alması müəyyən edilməmişdir. Əksinə, iş materialları ilə onun nəqliyyat vasitələrindən öz təşəbbüsü əsasında istifadə etməsi və yük daşıma fəaliyyətindən əldə olunan gəliri öz mənafeyi üçün götürməsi təsdiq olunur. Apellyasiya şikayətində göstərilən “əmək müqaviləsinin hüquqi qüvvəyə minməməsi” faktı özü-özlüyündə tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Çünki əmək müqaviləsinin bağlanılması öhdəliyinin yaranması üçün ilk növbədə əmək münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə məhz həmin hal sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli digər halları müəyyən etmək məqsədilə hakimin əsaslana bildiyi hər cür faktik məlumat sübut hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən isə hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, səlahiyyətli orqan tərəfindən iş materiallarına əməkhaqqının ödənilməsini, tabelik münasibətlərini, əmək funksiyasının müəyyən edilməsini, iş vaxtının müəyyən olunmasını və ya əmək münasibətlərinə xas digər hüquqi əlamətləri təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol və qərar əsasən X3 müəyyən fəaliyyət göstərməsi faktına istinad edilməklə tərtib edilmişdir ki, bu hal isə əmək münasibətlərinin mövcudluğu barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəyə əsasən isə şəxsin təqsirli olması barədə bütün şübhələr onun xeyrinə həll edilməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə səlahiyyətli inzibati orqan tərəfindən təqdim olunmuş sübutlar Qərardan şikayət verən orqan (şəxs) məhz işəgötürən qismində çıxış etməsini və əmək müqaviləsi bağlamadan fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsini şübhəsiz şəkildə təsdiq etmir. Təqsirin mövcudluğu barədə aradan qaldırılması mümkün olmayan şübhələr isə inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarına istinad edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin qərara əsasən səlahiyyətli orqanın qərarı məhkəmə araşdırmasının predmetini təşkil etsə də, bu hal məhkəməni sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq və onların kifayətliliyini qiymətləndirmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi tərəfindən məhz bu vəzifə yerinə yetirilmiş, iş üzrə bütün hallar araşdırılmış və sübutlara düzgün hüquqi qiymət verilmişdir. İXM-in 3-cü maddəsinin tələblərini bir daha xatırladan apellyasiya məhkəməsi qeyd edir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın obyekti dedikdə onun zərər yetirdiyi ictimai münasibətlər başa düşülür. İnzibati xəta obyektiv cəhətdən hərəkət və ya hərəkətsizlikdə ifadə olunur. Şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə yol verdiyi əməllər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulduğu hallarda inzibati xəta hesab olunur. İnzibati xəta subyektiv cəhətdən təqsirin qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə də, yuxarıda sadalanan halları nəzərə alan apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birici instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-270/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-270/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver