Məhkəmə qərarları › İş №3(3-9)-271/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-271/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-271/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3 Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(055)- ****/**** saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda 3480 manat ödənilməmiş aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Saatlı Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Inzibati Xətalar Məcəlləsi 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməyinə dair Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarına əsasən inzibati xətaya görə 8 gün müddətinə inzibati həbs edilmişdir. Buna səbəb Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməyərək hazırda üzərində 3480 manat ödənilməmiş aliment borcu qalmasıdır. O, icra məmurunun bütün çağırışlarına vaxtı vaxtında gəlmiş, alimenti ödəməkdən qəsdən boyun qaçırmamışdır. Özü ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Dörd ədəd medalı vardır. Əvvəllər hərbi əlil kimi 3-cü qrup əlil olmuşdur. On yeddi ay olar ki, əlilliyi dayandırılıb. Sağlam olmağı barədə də ona arayış verilmir. Bu səbəbdən də heç bir yerdə işləmir. Atasının vəsaiti hesabına yaşayır. Anası da birinci qrup onkoloji xəstəlikdən əziyyət çəkir. Bu səbəblərdən də aliment borcu yığılmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməyinə dair Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Saatlı Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, 2(055)-1201/2025 icra sənədinə əsasən hazırkı vaxtadək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcu ödəməkdən qəsdən yayınmadığını, mövcud borcunu ödəmək istədiyini bildirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Saatlı rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda 3480 manat ödənilməmiş aliment borcu qalmışdır. Iş materiallarında olan “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icraya yönəldildiyi müddət ərzində borclunun orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə müəyyən edilmiş əlilliyi ləğv edilmiş və o, bunun bərpası üçün aiiyyəti orqanlara müaciətlər etmişdir. Hazırkı mərhələdə isə ona nə orqanizmin funksiyalarının pozulmasına, nə də əksinə sağlam olmasına dair müvafiq sənəd verilmədiyindən pensiya almaqdan və ya sağlam şəxs olaraq işləməkdən (bildirdiyinə görə X1 vəzifəsi təklif edilmişdir) məhrum olmuşdur. Bundan başqa, apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yığılmış borcundan 400 manat ödəniş edərək, bundan sonra hər ay ödənişlərini vaxtında edəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kart hesabına 400 manat aliment ödəməsi onun tərəfindən icra sənədinin icrasından yayınma və ya borcun ödənilməsindən boyun qaçırma niyyətinin mövcud olmadığını, icra sənədini icra edə bilməməsinin onun maddi imkanı ilə bağlı olduğunu, mövcud maliyyə imkanları daxilində borcun ödənilməsini təmin etdiyini göstərir. IXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə borcun vaxtında ödənilməməsi üzrsüz xarakter daşımadığından, yəni borclu tərəfindən icra sənədinin icrasından yayınma məqsədi güdülmədiyindən, onun əməlində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiya məhkəməsi iş materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin icra sənədlərini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilməli, Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, dərhal inzibati həbsdən azad edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən azad edilməsi Saatlı rayon Polis şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı ləğv edilsin. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, dərhal inzibati həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən azad edilməsi Saatlı rayon Polis şöbəsinə tapşırılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar