Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-272/2026 15.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Buraxılmış prosessual müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsinə dair Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda Rəşid Piriyev apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş və qəbul edilmiş ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya sistemində Qərardan şikayət verən orqan (şəxs) barəsində yerləşdirilmiş 100 (yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev vəsatətini onunla əsaslandırmışdır ki, barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin R X3 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin olunaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş; Qəbul edilmiş ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya sistemində Qərardan şikayət verən orqan (şəxs) barəsində yerləşdirilmiş 100 (yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinmişdir. Qəbul edilmiş qərardan apellyasiya qaydasında şikayət verilərək Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli iş *(***)-***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli iş *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin müddəti bərpa edilərək şikayətə mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli iş *(***)-***/**** nömrəli qərarı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, qərar ümumiyyətcə Bakı şəhəri BPİ DYPİ-yə rəsmi daxil olmamışdır. Bakı şəhəri prokurorunun köməkçisi - xidmət rəhbəri, R Famil Axundovun Qərardan şikayət verən orqan (şəxs) əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciəti İdarəyə daxil olduqdan sonra Hacıqabul Rayon Məhkəməsin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı əldə edilmiş və həmin qərardan apellyasiya şikayəti verilmişdir. Hacıqabul Rayon Məhkəməsi tərəfindən sözügedən qərar bu günədək İdarəyə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı başlamamış hesab edilməlidir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev şikayət vermişdir. Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Məhkəmənin qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev yenidən şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(071 )-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Qəbul edilmiş qərardan apellyasiya qaydasında şikayət verilərək göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(071 )-***/**** nömrəli qərarı bu günədək İdarəyə rəsmi qaydada təqdim edilməmişdirBu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı başlamamış hesab edilməlidir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(071 )-***/**** nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır.Hacıqabul Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət əsassız olaraq rədd edilmişdir.Belə ki, məhkəmə qərarının Bakı şəhər BPİ DYPİ-yə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında olan məlumatlar real vəziyyəti əks etdirmir. Qərarın təqdim olunması ilə bağlı qeyd edilən hallar faktiki olaraq idarənin səlahiyyətli vəzifəli şəxsinə çatdırılmasını təsdiq etmir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadın ləğv edilməsi və Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(071 )-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsin şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən “...., qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər”. Belə ki, iş materiallarında olan poçt göndərişlərindən (xəbərnamə) müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ##.##.2025ci il tarixdə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə etibarnamə ilə verilmişdir. İş materiallarında olan Bakı Şəhər Prokurorluğundan Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Rəşid Piriyevə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) müraciəti Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) etiraz ərizəsinə əlavə etdiyi qərarın surətindən məlum olur ki, ##.##.2025-ci il tarixli qərar icra olunaraq, ## ###### 2025-ci il tarixdə ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Bu da onu göstərir ki, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi mübahisələndirdiyi qərarı almış və üzürlü səbəb olmadan şikayət müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir”. Məhkəmə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X2rşı [BP], № *****/**, §§ 39-42, ## #### 2012). İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, R Rəşid Piriyevin şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, R Rəşid Piriyevin şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddann kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-272/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-272/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver