Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-275/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Səmədov Alim Nadir oğlunun katibliyi MÜƏYYƏN ETDI: Işin halları Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X9 Xidmətinin Hüquq Idarəsinin rəis müavini X6 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və «Şıxsalahlı» X18 Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Xidmətin X11 tərəfindən «Şıxsalahlı» X18 ##.##.2025ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstəriş ünvanlanmış və icrası məcburi göstərişdə 30 gün müddətində Birlik tərəfindən əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən, əmək müqaviləsinə 400 manatdan aşağı əmək haqqı daxil edilən işçinin əmək haqqı məbləğində «Əmək və məşğulluq» altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə DƏMX-nin X11 yazılı məlumat verilməsi qeyd olunmuşdur. Belə ki, sözügedən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstəriş ##.##.2025-ci ildə işəgötürənin «Əmək və məşğulluq» altsistemində mövcud olan elektron kabinetinə yerləşdirilmiş və çatdırılmanı təsdiq edən elektron sistemdən çıxarış «Şıxsalahlı» X18 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilərək Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə tərəfindən çatdırılmanı təsdiq edən çıxarışa düzgün hüquqi qiymət verilməmiş və Sabirabad Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında müvafiq göstərişin həqiqətən müəssisənin ünvanına çatmasının müəyyən edilməməsi qeyd edilmişdir. Göründüyü kimi, DƏMX-nin X11 tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstəriş ##.##.2025-ci ildə rəsmi qaydada «Şıxsalahlı» X18 elektron qaydada çatdırılsa da, Birlik tərəfindən icrası məcburi göstəriş yerinə yetirilməmişdir. Xidmətin X11 tərəfindən IXM-in 539.1-1-ci maddəsi ilə «Şıxsalahlı» X18 barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Protokol tərtib edilərkən hüquqi şəxsin əməlində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı X9 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində icraat aparılan hüquqi şəxs «Şıxsalahlı» X18 nümayəndəsi X4 qarşı tərəfin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Sabirabad Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. S.Abdullayev əlavə olaraq qeyd etdi ki, «Şıxsalahlı» X18 iki vəzifə - sədr və mühasib vəzifəsi vardır. Birliyin sədri özü olmaqla, mühasibi vəzifəsində X2 işləyir. «Əmək və məşğulluq» altsistemində Natiq Abbasovun aylıq əmək haqqı 400 manat məbləğində qeyd olunmuşdur. X9 Xidmətinin hazırkı işin başlanmasına əsas olmuş inzibati xəta haqqında protokolundan isə konkret olaraq kimin əmək haqqının düzgün göstərilmədiyi müəyyən olunmur. Hesab edir ki, həmin protokol əsassız olaraq tərtib olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərindən gprünür ki, səlahiyyətli orqan icrası məcburi olan göstərişin tələblərini yerinə yetirmədiyinə görə hüquqi şəxsin IXM-in 539.1-1-ci maddəsi ilə təqsirli olmasını, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin icraata əsassız olaraq xitam verməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir . Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin IXM-in 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Inzibati xəta ittihamının mahiyyəti ondan ibarətdir ki, «Şıxsalahlı» X18 X9 Xidmətinin ona ünvanladığı ## ###### 2025-ci il tarixli “Icrası məcburi olan göstəriş”i müəyyən edilmiş 30 gün müddət ərzində icra etməmiş, bununla IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həqiqətən işdən görünür ki, səlahiyyətli orqan adıçəkilən hüquqi şəxsə ## ###### 2025-ci il tarixdə icrası məcburi olan göstəriş ünvanlayaraq həmin hüquqi şəxsin işçisinin əmək haqqısını ölkə üzrə müəyyən edilmiş minimum həddə çatdırmağı tələb etmişdir. Səlahiyyətli orqanın qeyd etdiyinə görə “Icrası məcburi olan göstəriş” hüquqi şəxsə «Əmək və məşğulluq» altsistemi vasitəsi ilə verilmişdir. Işin materiallarından görünür ki, qeyd edilən göstərişin hüquqi şəxsə poçt vasitəsi ilə göndərilməsini təsdiq edən sənəd, yaxud göstərişin hüquqi şəxsə bilavasitə təqdim edilməsini təsdiq edən qəbz və ya digər sənəd aşkar edilməmiş, səlahiyyətli orqanın nümayəndəsi də göstərişin poçt vasitəsi ilə göndərilməsini təsdiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam vermişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq eyni zamanda əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, IXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın mahiyyəti ondan ibarətdir ki, hüquqi və ya fiziki şəxslər səlahiyyətli orqanların əmək münasibətlərindən irəli gələn məsələlərlə bağlı icrası məcburi olan göstərişlərini qəsdən icra etmirlər. Həmin inzibati xətanın törədilməsi üçün ikili zəruri şərt tələb edilir. Birincisi, icrası məcburi olan göstərişin ünvanlandığı hüquqi və ya fiziki şəxslər tərəfindən əldə edilməsi, ikincisi isə göstərişi aldıqdan sonra onu qəsdən icra etməməsi. Yalnız bu iki şərtin mövcudluğu halında həmin maddədə nəzərdə tutulan inzibati xətanın baş verməsindən bəhs etmək olar. Lakin, iş materiallarından görünür ki, X9 Xidməti tərəfindən «Şıxsalahlı» X18 icrası məcburi olan göstərişin poçt vasitəsi ilə göndərilməsini və ya həmin göstərişin bilavasitə hüquqi şəxsə təqdim edilməsini təsdiq edən sübut yoxdur. Səlahiyyətli orqanın nümayəndəsi apellyasiya baxışı zamanı icrası məcburi olan göstərişin hüquqi şəxsə ƏMAS vasitəsi ilə elektron qaydada göndərildiyini qeyd etsə də, məhkəmə hesab edir ki, icrası məcburi olan göstəriş həmin orqanda mövcud olan kargüzarlıq qaydalarına uyğun olaraq poçt vasitəsi ilə göndərilməli idi. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də səlahiyyətli orqanın icrası məcburi olan göstərişinin ünvanlandığı hüquqi və ya fiziki şəxsə «Əmək və məşğulluq» altsistemi vasitəsi ilə göndərilməsini təsdiq edən hər hansı müddəa yoxdur. Həmin Əsasnamənin 2.3.2-ci bəndindən görünür ki, qeyd edilən proqram təminatı Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikasının Əmək Məcəlləsi" \t "_blank"Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/28681" \o "Azərbaycan Respublikası Prezidentinin 2014-cü il # #### tarixli *** nömrəli Fərmanı" \t "_blank"2014-cü il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “HYPERLINK "http://eqanun.az/framework/39846" \o "Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanunu" \t "_blank"Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46959" \o "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi" \t "_blank"Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “HYPERLINK "http://eqanun.az/framework/3813" \o "Azərbaycan Respublikasının 1997-ci il 18 fevral tarixli 250-IQ nömrəli Qanunu" \t "_blank"Sosial sığorta haqqında” və “HYPERLINK "http://eqanun.az/framework/36310" \o "Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunu" \t "_blank"Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi, “HYPERLINK "http://eqanun.az/framework/19789" \o "Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanunu" \t "_blank"Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə işəgötürənlər tərəfindən müraciətin göndərilməsi və həmin Qanunda nəzərdə tutulan hallarda həyata keçirilən icbari sığorta sahəsində xidmətlərin elektronlaşdırılması, sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, səlahiyyətli orqanın icrası məcburi olan göstərişinin hüquqi şəxs «Şıxsalahlı» X18 tərəfindən əldə edilməsini və müvafiq olaraq da həmin göstərişin tələblərini qəsdən icra etməməsini təsdiq edən sübut yoxdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə Birliyin mühasibi X2 ilə bağlanmış əmək müqaviləsində onun əmək haqqısı minimum əmək haqqı məbləğindən aşağı qeyd edilsə də, ## #### 2026-cı il tarixdə ƏMAS-da düzəliş edilərək onun əmək haqqısı səlahiyyətli orqanın tələb etdiyi kimi 400 manata çatdırılmışdır. Bununla da səlahiyyətli orqanın göstərişi hüquqi şəxsə çatdırılmış hesab edilməsə də, faktiki olaraq icra edilmişdir. Apellyasiya baxışı zamanı ƏMAS-da hüquqi şəxsin elektron kabinetinə baxış keçirilən zaman işçi X2 əmək haqqısında düzəliş aparılaraq əmək haqqının 400 manata çatdırılması müəyyən edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi IXM-in 84cü maddəsinə uyğun olaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində təsbit edilmiş “Həqiqətin müəyyən edilməsi məhkəmə icraatının vəzifəsidir” prinsipinə əməl etmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsinə və ya dəyişdirlməsinə əsas ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-275/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-275/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver