Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-276/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Qərardan şikayət verən orqan (şəxs), səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, işin yenidən baxılması üçün DƏMX-nin Mil-X2ytarılması barədə Sabirabad Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi) ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında Qərarından şikayət verilən orqan qaytarılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, DƏMX-nin Mil- Muğan RŞ tərəfindən “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) göndərilmiş ##.##.2025-ci il tarixli göstəriş məktubuna əməl etməmiş, işçilərin əmək müqavilələrini elektron sənəd formasına keçirilməsini təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək onun barəsində DƏMX-nin Mil- X2 ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli *(***)-****/**** saylı qərarı ilə hüquqi şəxs “Şirvan-X9” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli ** nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən "Ümumi"xxxx"Direktor, müəssisə/kənd təsərrüfatı" vəzifəsində işləyən MİRHABİL SƏMƏDOV SEYİDMƏMMƏD OĞLU ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2 "a" - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən ##.##.2025 tarixindən xitam verilməsi və işçinin ##.##.2020 tarixindən ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Belə ki, həmin qərardan verdiyi şikayətə görə Şirvan Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərarına apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan başqa, təqdim etdiyi arayışdan görünür ki, “Şirvan-X9” MMC fəaliyyəti artıq ##.##.2026-cı il tarixdən dayandırılmışdır. Lakin, sonradan isə eyni əməl üzrə eyni tarixdə törətdiyi inzibati xəta üzrə tənbeh olunmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən əsassız olaraq təkrarən 1000 manat cərimə olunmuşdur. Bu necə ədalətli sayıla bilər? Çünki, qanuni qüvvəsini almış Şirvan Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərarı üzrə hələ də iş icraatdadır və iş üzrə məsuliyyətə hüquqi qiymət verilməmişdir. Ona görə də, eyni maddənin dispozisiyası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı əsassız olaraq yenidən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunması absuddur. Buna baxmayaraq barəsində əsassız qərar qəbul edərək hüquqları açıq-aşkara pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mil-X2 tərəfindən “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151 )-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Mil-X2 ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. "Əmək və məşğulluq" altsisteminə baxış zamanı “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı “Şirvan-X9" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) 10 (on) iş günü müddətində qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikası Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Xidmətin Mil-X2 qanuni göstərişinə baxmayaraq “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mil-X2 məlumat verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021 -ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Beləliklə, Sabirabad Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Mil-X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə dair izahat verərək apellyasiya şikayətinin təmin olunaraq səlahiyyətli orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini qəbul etmədiyini bildirərək izahatında qeyd etdi ki, müəssisə yaranandan MMC-nin heç bir fəaliyyəti olmayıb. İşçiləri olmayıb. Şirkət yaranandan sonra 10-15 gün sonra fəaliyyəti dayandırılıb. Müəssisənin fəaliyyətinə xitam verilib. Ümumiyyətlə müəssisə fəaliyyətə başlaya bilməyib. Heç bir işçi işlədilməyib. Ona səlahiyyətli orqandan heç bildiriş gəlməyib. Odur ki, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabirabad Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: AR DƏMX-nin Mil-X2 tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, DƏMX-nin Mil- Muğan RŞ tərəfindən “Şirvan-X9” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) göndərilmiş ##.##.2025-ci il tarixli göstəriş məktubuna əməl etməmiş, işçilərin əmək müqavilələrini elektron sənəd formasına keçirilməsini təmin etməmişdir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 1.000 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Şikayətə əlavə edilmiş DƏMX-nin Mil-X2 “Şirvan-X9” MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli 1195- VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən 2 nəfər işçinin əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunarılan nəzərə alaraq, qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mii-X2 məlumat verilməsi Sizdən tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən yekun qərarının əsaslandırılmasından görünür ki, iş materiallarında olan sübutlar, o cümlədən AR DƏMXnin Mil-X2 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokol, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, ##.##.2025ci il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş, habelə tərəflərin izahatları araşdırılarkən həmin göstərişin Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunub-olunmaması, göstərişin konkret olaraq kim tərəfindən qəbul edilməsi və şikayətçinin həmin göstərişdən məlumatlı olub-olmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmadığı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati məsuliyyətin yaranması üçün zəruri olan bütün hallar mötəbər sübutlarla təsdiq edilmədiyindən və inzibati orqan tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığından Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 539.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana qaytarılması əsaslıdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələbləri ilə qarşılıqlı surətdə tədqiq edilərək aşağıda qeyd olunanların zəruriliyini bildirir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 84.1-ci maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar iş üzrə bütün mühüm faktiki halların araşdırılmasına əsaslanmamışdır. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişin icra edilməməsi göstərilmişdir. Lakin həmin göstərişin şikayətçiyə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı mötəbər sübut səlahiyyətli orqan tərəfindən birinci instansiya məhkəməsinə, eləcə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş apellyasiya şikayətinə də əlavə edilməmişdir. Halbuki İXM-in 3-cü maddəsinə əsasən yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas elementlərindən biri də icrası məcburi göstərişin aidiyyəti şəxsə çatdırılması və bundan sonra onun qəsdən icra edilməməsinin sübuta yetirilməsidir. Göstərişin təqdim olunması faktı sübuta yetirilmədən şəxsin onu icra etmədiyi qənaətinə gəlmək hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinə ziddir. Apellyasiya şikayətində səlahiyyətli orqan yalnız “Əmək və məşğulluq” altsistemində elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin müəyyən edildiyini və buna görə göstəriş verildiyini qeyd etmişdir. Lakin həmin göstərişin hansı qaydada təqdim edilməsi, kim tərəfindən qəbul olunması, Qərardan şikayət verən orqan (şəxs) bundan məlumatlı olması, çatdırılmanın təsdiqi ilə bağlı hər hansı rəsmi sənəd və ya sübut təqdim edilməmişdir. Bu isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarından görünür ki, şikayətə əlavə olunmuş ##.##.2025-ci il tarixli İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yaranmasına əsas olmuş icrası məcburi göstəriş hüquqi şəxs “Şirvan-X9” MMC-yə ünvanlanmışdır. Halbuki inzibati xəta haqqında protokol və cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar həmin hüquqi şəxsin rəhbəri vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmışdır. Səlahiyyətli orqan tərəfindən həmin ziddiyyətə hər hansı izahat verilməmiş, bu mühüm hal nə inzibati icraat zamanı, nə də apellyasiya şikayətində aradan qaldırılmamışdır. Bu isə səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə icraat üzrə araşdırmasının qeyridəqiq və natamam aparıldığını göstərir. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə istinad etmişdir. Həmin maddələrə əsasən inzibati məsuliyyətə cəlb edilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsiri ilə bağlı aradan qaldırılmamış şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı iş üzrə isə göstərişin təqdim olunması və şikayətçinin həmin göstərişdən məlumatlı olması ilə bağlı şübhələr inzibati orqan tərəfindən aradan qaldırılmamışdır. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli qərarına istinad edilmişdir. Lakin həmin hüquqi mövqe məhkəmənin inzibati orqanın qərarını formal şəkildə təsdiq etməsini deyil, əksinə həmin qərarın qanuniliyini və əsaslılığını yoxlamasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi də məhz həmin hüquqi mövqeyə uyğun olaraq inzibati orqanın qərarının kifayət qədər sübutlara əsaslanıb-əsaslanmadığını yoxlamış və mühüm faktiki halların araşdırılmadığını müəyyən etmişdir. İXM-in 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün qaytarılması üçün əsasdır. Sabirabad Rayon Məhkəməsi də məhz həmin normanı düzgün tətbiq edərək inzibati orqanın qərarını ləğv etmiş və işi yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarmışdır. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Bu maddəyə əsasən inzibati məsuliyyət əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqanın icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi halında yaranır. Lakin həmin maddənin tətbiqi üçün yalnız göstərişin mövcudluğu deyil, onun qanunvericiliyə uyğun qaydada aidiyyəti şəxsə çatdırılması, şəxsin həmin göstərişdən məlumatlı olması və bundan sonra onun icra edilməməsi zəruri element kimi sübuta yetirilməlidir. İş materiallarında isə ##.##.2025ci il tarixli icrası məcburi göstərişin Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada təqdim olunmasını təsdiq edən poçt bildirişi, elektron təsdiq, imza və ya təhvil-təslim aktı kimi mötəbər sübutlar mövcud deyildir. Bu səbəbdən 539.1-1-ci maddə üzrə inzibati xəta tərkibinin əsas elementi icrası məcburi göstərişin şəxsin nəzərinə çatdırılması sübuta yetirilmədiyindən inzibati məsuliyyətin tətbiqi hüquqi əsasdan məhrumdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə inzibati xəta tərkibinin formalaşması üçün inzibati orqanın icrası məcburi göstərişinin qanunvericiliyə uyğun şəkildə ünvanlandığı şəxsin onu aldığı və qəsdən icra etmədiyi şübhəsiz sübutlarla təsdiqlənməlidir. Hazırkı inzibati iş üzrə isə bu elementlərdən heç biri tam şəkildə müəyyən edilməmiş, xüsusilə göstərişin Qərardan şikayət verən orqan (şəxs) çatdırılması faktı təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması ilə bağlı aradan qaldırılmamış şübhələr onun xeyrinə həll olunmalıdır. Bu baxımdan 539.1-1-ci maddənin tələbləri üzrə inzibati xəta tərkibi tam sübuta yetirilmədiyindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı hesab edilə bilməz. AR İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə görə, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, qəsd və təqsir anlayışının mahiyyəti hüquq sistemində ümumi xarakter daşıyır. Əməl təqsirli sayılmalıdır, yəni əməl hazırkı halda hərəkətsizliklə törədilməlidir. Təqsir isə şəxsin qəsdən törədilən hərəkətsizliyə psixi münasibətidir. Təqsirin olması inzibati xətanın vacib əlamətlərindən biridir. Əməlin hüquqazidd olmasına baxmayaraq onda təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Beləliklə də, iş üzrə yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən verilmiş şikayət təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-276/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-276/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver