Məhkəmə qərarları › İş №3(3-9)-277/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-277/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-277/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ##.##.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Arxarası kəndində yaşayan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati iş üzrə Salyan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Vaz 21074” minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 17996654 və EQ ******** saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra etməmişdir. Bununla əlaqədar Salyan Rayon Polis Şöbəsi tərəfindən ##.##.2024-cü il tarixli, İXP 6107992 və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir Salyan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, əvvəllər inzibati xətaya görə barəsində tətbiq edilmiş cərimələr və onların vaxtında ödənilməməsi səbəbilə sürücülük hüququna məhdudiyyət qoyulmuşdur və bu səbəbdən iş məhkəmə icraatına verilmişdir. Hal-hazırda qeyd olunan cərimələr tam şəkildə ödənilmişdir və sürücülük hüququndan məhrumetmə müddəti də bitmişdir. Buna baxmayaraq, mənim barəsində çıxarılmış məhkəmə qərarı hələ də qüvvədə qalır və bu, sürücülük vəsiqəsini geri almağına mane olur. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində çıxarılmış məhkəmə qərarının ləğv edilməsini (və ya icranın dayandırılmasını); sürücülük hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. ## #### 2024-cü il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXQ ******* saylı və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2023-cü il tarixdə saat 11:42:40-da, EQ ******** nömrəli protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə 50 manat cərimə (30 manat dəbbə pulu) olunmuş və bildiriş elektron ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2023-cü il tarixdə saat 04:43:00-da, EQ ******** nömrəli protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat cərimə (30 manat dəbbə pulu) olunmuş və bildiriş elektron ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş EQ 17996654 və EQ ******** saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 160 manatdır. Mübahisələdirilən qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və o, həmin inzibati xətanın törədilməsində əsaslı olaraq təqsirli hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehin ağırlığına görə açıq-aşkar ədalətsiz olması ilə bağlı dəlilə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin Qeyd olunan normaların işığında və məhkəmənin hüquqi mövqeyinə nəzərən şikayətin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə həddindən artıq ağır inzibati tənbeh təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, elektron portaldan əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXP 6107992 və İXP ******* saylı protokollar üzrə təyin edilmiş cərimələri ödəməmişdir. Şikayətin dəlilinə görə, məhkəmə qərarında cərimənin hansı müddətə ödənilməsi, bundan əlavə cərimə ödənildikdən sonra hansı hüquqdan istifadə edilməsi qərarın nəticəvi hissəsində qeyd etməmişdir. Qeyd olunmalıdır ki, 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Bundan başqa İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: -145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; İXM-in 529.3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, İXM-in yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən inzibati cərimə ödənilmədikdə, bununla bağlı aidiyyəti şəxsə rəsmi məlumat polis orqanı tərəfindən verilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə məbləğini ödəmədiyinə görə İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda qeyd olunan cərimə və dəbbə pulunu ödədiyi üçün, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 145.1.4. və 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarın icrasına xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət eməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsə təyin olunmuş inzibati tənbehlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 145.1.4. və 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarın icrasına xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət emək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136cı maddələrini rəhbər tutaraq, hakim QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati iş üzrə Salyan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 145.1.4. və 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarın icrasına xitam verilməsi barədə vəsatətlə məhkəməyə müraciət emək hüququ izah olunsun. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar