Məhkəmə qərarları › İş №3(3-9)-278/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-278/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-278/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı (hakim X1) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki qərarda göstərilmişdir ki, guya o, ## #### 2026-cı il tarixdə, saat 14 radələrində Beyləqan Rayon Məhkəməsinin inzibati binasının arxa tərəfində olan həyətə giriş qapısının qarşısında Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs onun keçmiş gəlinidir. Zərərçəkmiş şəxs oğlu Elşən Nağıyev ilə 2022-ci il tarixində boşanmışdır. Zərərçəkmiş şəxs oğulları Elşən və Elnurdan şikayət edərək guya onu “Tik-tok” sosial şəbəkəsində təhqir edərək şərəf və ləyaqətini alçaltması barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmiş, bu səbəbdən ## #### 2026-cı il tarixdə, saat 14:30-da məhkəməyə çağırılmışlar. Həmin vaxt məhkəmə zalında o, oğlanları və Zərərçəkmiş şəxs olarkən, iclas başlamamışdan əvvəl, sonuncu onun ünvanına nalayiq ifadələr işlətmiş və o da buna görə öz iradını bildirmişdir. Lakin, heç bir halda ona qarşı fiziki zor tətbiq etməmiş və məhkəmə binasının arxa tərəfində onunla rastlaşmamışdır. Onun dedikləri yalan və əsassızdır. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunun məqsədlərinə uyğun olmayan, həddən artıq yüngül inzibati tənbeh tətbiq etmiş və məhkəmə inzibati tənbeh seçərkən işin faktiki hallarını tam və düzgün qiymətləndirməmişdir. Belə ki, inzibati xətanı törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlanları Elşən Nağıyev və Elnur Nağıyev bir müddət əvvəl internet üzərindən yayımlanan xəbər portallarına və sosial şəbəkələrə müsahibələr verərək yalan və böhtan xarakterli məlumatlar yayıb, guya Elşəndən əlli min manat pul tələb etdiyinə dair iddia qaldırdığını və qiymətləndirici ekspert Mehman Əliyevin bu barədə saxta rəy verdiyini, Beyləqan Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin saxta sənədlər əsasında və onlara qarşı qərəzli şəkildə qətnamələr qəbul etdiklərini, Elşənin saxta məhkəmə qərarları və saxta ekspert rəyləri əsasında şərlənərək külli miqdarda pul ödəməyə məcbur edilməsinə dair həqiqəti əks etdirməyən yalan məlumatlar yayması, eləcə də “TikTok@elnurnağıyev5006” internet səhifəsinin açıq şərhlər hissəsində onun ünvanına nalayiq sözlər yazaraq onun rayon məhkəməsində Elşən Nağıyev və Elnur Nağıyevin barələrində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə aparılan cinayət işi üzrə xüsusi ittihamçı qismində ## #### 2026-cı il tarixə məhkəmə prosesinə çağırılmışdır. O, ## #### 2026-cı il tarixdə Beyləqan Rayon Məhkəməsində olarkən, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərin atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə onun üstünə hücum edib ona xəsarət yetirmişdir. O, dərhal “102” qaynar xəttinə şikayət etdikdən sonra Beyləqan rayon Polis şöbəsinin polisləri gəlib ona kömək etmiş, onun izahatını almış, dərhal onu ekspertizadan keçirtmişlər və araşdırma nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona zor tətbiq edib xəsarət yetirməsi təsdiq olunaraq, onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılmışdır. Hadisə vaxtı o, heç bir qanunsuz hərəkət etmədiyi halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən ona hücum etmiş, onu vuraraq fiziki ağrı və mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, onda qorxu, narahatlıq və alçaldılma hissi yaratmışdır. Onun bu hərəkətləri nəticəsində o, özünü təhlükədə hiss etmiş, həm fiziki, həm də psixoloji zərər görmüşdür. Rasimin bu davranışı onun şəxsi toxunulmazlıq hüququnu pozmuş, ona fiziki ağrı və mənəvi iztirab yaşatmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə proseslərində heç bir tərəf olmadığı halda, məhkəməyə gəlib orada, yəni ictimai qaydanın və ictimai asayişin xüsusi qorunduğu, insanların ədalət axtardığı bir yerdə və hüquq mühafizə orqanlarının fəaliyyətinin həyata keçirildiyi bir məkanda ona qarşı fiziki zorakılıq göstərməsi, onu döyüb xəsarət yetirməsi təkcə ona qarşı deyil, ümumilikdə ictimai qaydaya və məhkəmənin nüfuzuna hörmətsizlik kimi qiymətləndirilməlidir. Hadisənin məhz məhkəmədə baş verməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışının ictimai təhlükəliliyini artırır. Məhkəmə insanların hüquqlarının müdafiə olunduğu, qanunun aliliyinin təmin edildiyi yerdir. Məhz belə bir məkanda zorakılıq törədilməsi cəmiyyətə açıqcasına hörmətsizlik və hüquq qaydalarına etinasız münasibətin göstəricisidir. Lakin, Beyləqan Rayon Məhkəməsi bu halları nəzərə almayaraq, ## ##### 2026-cı il tarixdə təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə cəzası təyin etmiş və dərhal sonra isə yenidən onun oğlu Elnur Nağıyev həmin məhkəmənin binasında onun üstünə hücum çəkərək onu söyüb təhqir etmişdir. Hal-hazırda bununla da bağlı Beyləqan rayon Polis şöbəsində araşdırma aparılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun oğlanları Elşən Nağıyevin və Elnur Nağıyevin hegemonluğu, ona qarşı, eləcə də dövlət qurumlarına, məhkəməyə, hakimlərə və ekspertlərə qarşı böhtan xarakterli çıxışları və qəsdi-qərəzli hərəkətləri, qanunlara saymazlıq etmələri artıq durdurulmalıdır. Əgər bu şəxslər məhkəmədə - qanunun gözü qarşısında ona zor tətbiq etməkdən, ona xəsarət yetirməkdən, ona və hakimlərə böhtan atmaqdan və təhqiredici sözlər deməkdən çəkinmirlərsə, bu onların davranışlarının təsadüfi olmadığını, hüquq normalarına hörmətsiz münasibət göstərmələrinə və təhlükəli davranış sərgiləmələrinə dəlalət edir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 2 (iki) ay inzibati həbs tətbiq edilməsi barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlilləri üzrə işin materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı və iş üzrə Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş materiallarında olan ## ##### 2026-cı il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublkası CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və həmin hərəkətlərdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan ## ##### 2026-cı il tarixli raportdan görünür ki, Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, R X2 rayon Polis şöbəsinin rəisinə müraciət edərək, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanılması məqsədilə qərarın surətinin aidiyyəti bölməyə həvalə edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” Beyləqan rayon şöbəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ***/** saylı ekspert rəyindən görünür ki, X3 said və sağ diz oynağı nahiyələrində qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlər küt mexaniki təsir nəticəsində törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni ## #### 2026-cı il tarixdə yumruq və təpik zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bütün qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, ekspert rəyi və işin digər materialları ilə öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillər işin halları ilə təkzib olunmaqla yanaşı, özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi birinci instansiya məhkəməsi xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini mümkün hesab etmişdir. Bu isə ona dəlalət edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddələrinə uyğundur. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati tənbehin həddini deyil, növünü mübahisələndirməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 65-dən çox yaşı olduğundan, ona inzibati həbs növündə tənbehin tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə gəlmiş olduğu nəticəsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, yekun olaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətlərində göstərdikləri hallar əsassızdır və Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar