Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-279/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, İbadov Nail Vüqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbadov Nail Vüqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Murquzov Elmir İlqar oğlunun sədrliyi) ilə İbadov Nail Vüqar oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İnzibati xəta haqqında işin materiallarına görə, İbadov Nail Vüqar oğlu ##.##.2026 cı il tarixində saat 16:37-də Lənkəran şəhəri ərazisində “BMW 520 D minik“ markalı, 77 MY-678 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. İbadov Nail Vüqar oğlu həmin qərardan məhkəməyə şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. İşə baxan Lənkəran Rayon Məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbadov Nail Vüqar oğlu apellyasiya şikayəti verərək, məhkəmənin və səlahiyyətli orqanın qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri ərazisində akdemik Z.Əliyeva küçəsində hərəkətdə olduğu zaman etibarnamə əsasında idarə etdiyi BMW markalı 520 D minik markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobil rayonun YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, guya onun avtomobildə konstruksiya dəyişikliyi etməsi ilə əlaqədar saxlanıldığı və bununla əlaqədar avtomobilin duracağa yerləşdirilməsi bildirilmişdir. X2 kimi təqdim edən polis əməkdaşı qanunverciliyin tələblərini pozmaqla ona məxsus BMW markalı 520 D minik markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobili duracağa yerıləşdirmişdir. O, polis əməkdaşlarına haqlı iradını və etirazını bildirərək avtomobilində hər hansı konstruksiya dəyişikliyi olmadığını, bunun qanunamüvafıq qaydada yoxlanılmasını və müvafiq mütəxəssis rəyi ilə bunun sübuta yetirilməsinin vacibliyini bildirmiş, lakin Polis Şöbəsinin əməkdaşları tərəfindən onun tələblərinə məhəl qoyulmadan prossesual hüquqları pozulmaqla avtomobili duracağa yerləşdirilmişdir. Ona məlum olmayan səbəblərdən ##.##.2026-cı il tarixdə İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə barəsində 50 manat inzibati cərimə tətbiq edilmişdir. Buna etiraz olaraq o, öz adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qanunsuz saxlanma ilə bağlı şikayət etmiş, məhz bundan sonra vəziyyətin ciddiyyətinin fərqinə varan Lənkəran YPX-nin əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə barəsində 50 (əlli) manat cərimə tətbiq edilmişdir. Tərəfindən həmin inzibati xəta haqqında qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət verilməsinə baxmayaraq, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Məhkəmə yenə də maddi normalara münasibətdə sübutların mötəbərliyinə qiymət verdiyi zaman usta tərəfindən tərtib edilmiş əsaslandırılması olmayan ##.##.2026-cı il tarixli rəyə istinad edilmişdir. Rəydə göstərilən xüsusatlar tətbiq olunan maddənin tərkib əlamətləri ilə üst-üstə düşmür. Əgər ##.##.2026-cı il tarixli rəyə istinad edilmiş olsa idi və rəydə olan inzibati xəta törədilmiş olsa idi, o zaman İXMnin 342.2.2 və 342.2.3-cü maddələri ilə, yəni “avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən, tam kütləsinin və bu kütlənin oxlar üzərində paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud, tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklərin edilməsi” maddəsi ilə inzibati protokol tərtib edilməli idi. Yuxarıda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə barəsində 50 (əlli) manat cərimə tətbiq edilməsi, qeyd olunan maddə ilə inzibati protokolun tərtib edilməsi polisin sadəcə ona məxsus avtomobili qanunsuz olaraq Polis Şöbəsinin duracağında saxladığı müddəti pərdələmək və ona qanuni don geyindirmək məqsədi daşıyır. Belə ki, göstərilən maddənin tərkib əlamətləri və hüququi təbiəti polis tərəfindən pozulması iddia edilən inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşmür. Yəni tam fərqli bir səbəblə polis bölməsinə gətirilmişdir. Lakin bunu sübut edə bilmədikləri üçün ona İXM-nin 342.5-ci maddəsi ilə heç bir sübut və dəlil olmadan cərimə yazılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Lakin səthi aparılan araşdırmada yalnız cərimə edilməyi araşdırmanı aparan orqan üçün maraqlı olmuşdur. İnzibati xətanın törədilməsi birbaşa onun qəsdi ilə əhatə olunmalıdır. Lakin ehtimallara əsaslanaraq barəsində protokol tərtib edib onu cərimə etmək heç bir ədalətə və qanunçuluğa sığa bilməz. Lənkəran Rayon Məhkəməsinin qərarı sadəcə polisin inzibati qərarını təsdiq etməkdən başqa bir sənəd deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbadov Nail Vüqar oğlu məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instasniya məhkəməsinin və səlahiyyətli orqanın müvafiq qərarları ləğv olunmalı, İbadov Nail Vüqar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İbadov Nail Vüqar oğlu ##.##.2026 cı il tarixində saat 16:37-də Lənkəran şəhəri ərazisində “BMW 520 D minik“ markalı, 77 MY-678 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə “Akt”dan görünür ki, BMW 520 D minik markalı 77-MY 678 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “xxxx” MMC-nin tərtib etdiyi rəydən görünür ki, “BMW 520 D minik” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yaylarının aşağı olması müəyyən olunmuşdur. Təqdim olunmuş rəydə arxa yayların kəsilmədiyi, arxa yayların aşağı olmasının mövcud standartlara uyğun olmadığı, istismar müddəti keçdiyinə görə arxa yayların yenisi ilə əvəz olunmalı olması qeyd edilmişdir. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir ki, “qeyd olunan protokolun tərtib olunması zamanı “BMW 520 D MİNİK” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “xxxx” MMCnin emalatxanasının ustası X4 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa yaylarının aşağı olması səbəbindən avtomobilin normativ tələblərə uyğun olmadığı aşkar edilmişdir. Göründüyü kimi, ## #### 2026-cı il tarixli protokolun tərtib olunmasından öncə şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən texniki nasazlığın yoxlanılması ilə bağlı alınmış arayışla təsdiqini tapmış və inzibati xətanın mövcudluğu sübuta yetirilmişdir”. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə nəzərdən keçirib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmağı mümkün hesab etmir və belə qənaətə gəlir ki, məhkəmə və inzibati tənbeh vermiş orqan tərəfindən hazırkı iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin mahiyyətinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanın məzmunundan göründüyü kimi, bu maddənin tətbiqi üçün nəqliyyat vasitəsində mövcud olan nasazlıq adi texniki köhnəlmə və ya istifadə nəticəsində yaranmış sıradan çıxma halı deyil, yol hərəkətinin təhlükəsizliyinə real təhlükə yaradan, konstruksiyanın normal istismarını pozan və aradan qaldırılması mümkün olmayan xarakter daşıyan nasazlıq olmalıdır. Başqa sözlə, məhkəmə hesab edir ki, həmin norma yalnız formal texniki uyğunsuzluğa görə deyil, nəqliyyat vasitəsinin hərəkət zamanı digər yol hərəkəti iştirakçıları üçün təhlükə və ya maneə yaratması ehtimalını doğuran ciddi nasazlıqlara münasibətdə tətbiq edilməlidir. Hazırkı iş üzrə isə iş materiallarında olan ##.##.2026-cı il tarixli “xxxx” MMC-nin rəyindən görünür ki, “BMW 520 D minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yaylarının aşağı olması müəyyən edilmiş, eyni zamanda yayların kəsilmədiyi, onların istismar müddəti keçdiyinə görə yenisi ilə əvəz olunmalı olduğu qeyd edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, həmin rəyin məzmunundan nasazlığın nəqliyyat vasitəsinin konstruksiyasına edilən qanunsuz müdaxilə nəticəsində yaranması, yaxud aradan qaldırılması mümkün olmayan xarakter daşıması müəyyən edilmir. Əksinə, rəydə birbaşa olaraq arxa yayların yenisi ilə əvəz edilməsinin mümkünlüyü göstərilmişdir ki, bu da mövcud halın aradan qaldırıla bilən texniki nasazlıq olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarında mövcud olan sübutlarla avtomobildəki həmin texniki vəziyyətin yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə və ya maneə yaratdığı, nəqliyyat vasitəsinin təhlükəsiz istismarını mümkünsüz etdiyi, yaxud konstruksiyanın ciddi şəkildə pozulmasına səbəb olduğu sübuta yetirilməmişdir. İnzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən yalnız arxa yaylar hissənin aşağı olması halına istinad edilmiş, lakin bu halın İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş nasazlıq anlayışına hansı əsaslarla aid edildiyi əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin istismar müddəti ilə əlaqədar olaraq yaylarının zəifləməsi və nəticədə avtomobilin arxa hissəsinin nisbətən aşağı vəziyyətdə olması özlüyündə həmin nəqliyyat vasitəsinin konstruksiyasının elə nasaz vəziyyətdə olması kimi qiymətləndirilə bilməz ki, bu hal digər yol hərəkəti iştirakçılarına təhlükə və ya maneə yaratsın və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyətə səbəb olsun. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İbadov Nail Vüqar oğlunun hərəkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinə uyğun qiymətləndirilə bilməz. İş materiallarında olan toplanmış sübutlar Nail İbadovun İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsini təsdiq etmir. Buna görə də onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Nail İbadova istinad olunan əməl İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulan inizbati xətanın tərkibini təşkil etmir. Bu səbəbdən də, iş üzrə icraata xitam verillməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən İbadov Nail Vüqar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən İbadov Nail Vüqar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-279/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-279/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver