Məhkəmə qərarları › İş №3(3-9)-280/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-280/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-280/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, ## ###### 2026-cı il tarixdə Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Aran Kredit İttifaqı” MMC-nin ofisində yanğın texniki müayinə keçirilməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şərait yaradılmamışdır. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixli Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin göndərdiyi məktub və inzibati xəta haqqında protokoldan əvvəl ## ###### 2026 il tarixdə *** saylı məktubla “Aran Kredit İttifaqı” MMC-nin rəhbərliyi həmin quruma baxış keçirmək üçün məktubla müraciət etmiş, lakin onlar baxış keçirmək üçün gəlməmişlər. Onların iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edib “Aran Kredit İttifaqı” MMC-yə göndərmişlər. ## ###### 2026-cı il tarixində onların Sabirabad rayonunda tədbirdə iştirakı ilə əlaqədar baxışda iştrak edə bilməmişlər. “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında dəfələrlə qeyd edilmişdir ki, “Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir.” Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmunu isə bu təminatın həmçinin məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərarda qanunvericiliyin yuxarıda göstərilən tələblərinə belə əhəmiyyət vermədən məhkəmə baxışında iştirak etmədiyi üçün onun əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüquqlarını pozmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən qərar qəbul edilərkən hüquq normaları düzgün tətbiq edilməyərək işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd olunan əsaslara əhəmiyyət vermədən yalnızs əlahiyyətli orqanın təqdim etdiyi məlumatlar əsasında və onların həqiqiliyini yoxlamadan və əlavə sənədlər tələb etmədən, barəsində qanunsuz və əsassız qərar çıxarmışdır. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcələsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Göründüyü kimi hazırki inzibati xəta haqqında iş üzrə icraat zamanı mövcud olan şübhələr təkzib olunmayan sübutlarla aradan qaldırılmamış, ehtimal olunan pozuntunun onun tərəfindən baş verməməsi barədə əsaslara əhəmiyyət verilməmiş, inzibati xətanın kim tərəfindən törədilməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən əlavə sənədlər tələb ediməmiş, əksinə səthi araşdırma aparılaraq ağlabatan olmayan səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilməyən qərar qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, inzibati xəta törətmiş şəxsi dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsində sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Mübahisə olunan qərardan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, Yanğın- Texniki müayinə aparılması haqqında ##.##.2025-ci il tarixli, 3-18-75/Q ****/**** nömrəli qərar, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən təqdim olunmuş videodisk, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ###### 2026-cı il tarixli çıxarış, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Yanğın-Texniki müayinə aparılması haqqında ##.##.2025ci il tarixli, 3-18-75/Q ****/**** nömrəli qərardan görünür ki, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Aran Kredit İttifaqı” MMC-nin ofisində ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək planlı yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ###### 2026-cı il tarixli çıxarışdan görünür ki, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Aran Kredit İttifaqı” MMC-nin ofisində plan üzrə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək plan üzrə yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən təqdim olunmuş videodiskdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, R X1, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Aran Kredit İttifaqı” MMC-nin ofisində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən daxil olmuş “Çıxarışa” (KY262471960) əsasən yanğın texniki müayinə keçirmək üçün obyektdə baxış keçirmək istəsə də, MMC-nin direktoru şərait yaratmadığı üçün yanğın texniki yoxlama keçirmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixdə Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Aran Kredit İttifaqı” MMC-nin ofisində yanğın texniki müayinə keçirilməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şərait yaradılmamışdır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutları birgə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Yanğın-Texniki müayinə aparılması haqqında qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, habelə məhkəmə iclasında tədqiq edilmiş videoyazı ilə müəyyən olunur ki, səlahiyyətli vəzifəli şəxslər tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuş, lakin obyektə baxış keçirilməsi üçün müraciət edildiyi zaman yoxlamanın aparılmasına şərait yaradılmamış və nəticədə həmin müayinəni həyata keçirmək mümkün olmamışdır. Bu hallar iş üzrə mövcud olan sübutların məcmusu ilə təsdiq edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta səlahiyyətli dövlət orqanının qanuni əsaslarla həyata keçirdiyi yanğın nəzarəti tədbirlərinin həyata keçirilməsinə mane olunmasında ifadə olunur. İş materialları ilə müəyyən edilən hallar isə yoxlamanın aparılmasına şərait yaradılmadığını və bunun nəticəsində müvafiq nəzarət tədbirinin həyata keçirilə bilmədiyini təsdiqlədiyindən, şəxsin əməlinə verilmiş hüquqi tövsif düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünü şübhə altına almır. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs apellyasiya şikayətində ona istinad olunan inzibati xətanın törədilməsində təqsiri olmamasını, məhkəmə araşdırmasının qeyri-obyektiv aparılmasını, sübutların kifayət qədər araşdırılmamasını və təqsirin sübuta yetirilməməsini qeyd etsə də, göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, əksinə işdə olan mötəbər sübutlarla onun göstərdiyi xüsusatlar təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə mövcud sübutlar inzibati xətanın hadisəsini və həmin xətanın məhz barəsində icraat aparılan şəxs tərəfindən törədilməsini təsdiq etmək üçün kifayət edir. Məhkəmənin qənaətinə görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi baş vermiş inzibati xəta üzrə özünü təqsirli bilməməsindən ibarət xüsusat inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir. Həmçinin qeyd etmək zəruridir ki, səlahiyyətli orqan tərəfindən ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasında göstərilmişdir ki, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq sonuncuya 1000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri də qanuni və əsaslı olmuş, məhkəmə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə sonuncunun barəsində kifayət qədər ədalətli davranmışdır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar