Məhkəmə qərarları › İş №3(3-9)-284/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-284/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-284/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim İmanov Əli Sərməz oğlu), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyət ilə məşğul olan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1.500 (bir min beş yüz manat) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş haqqında # #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 15:30-da Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “4 Çarx Avto ” obyektində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə bildiriş göndərilmiş və ona açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə **** saylı akt və açıq məkanda reklam yayımının həyata keçirimməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə **** saylı göstəriş göndərilməsinə baxmayaraq bu göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. İnzibati xəta haqqında protokola baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Şirvan şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin sözügedən qərarından narazıdır və hesab edir ki, həmin qərar ləğv edilməli və şikayəti təmir olunmalıdır. Bildirir ki, icarəsində olan Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “4 Çarx Avto’ qeyri-yaşayış sahəsi üzrə ticarət fəaliyyətinin həyata keçrirlməsi ilə əlaqədar reklamların yerləşdirilməsi üçün müvafiq icazə alınmış və müqavilə bağlanmışdır. Fəaliyyət müddəti ərzində reklam rüsumları vaxtında ödənilmişdir. AR DRA X2 İdarəsi tərəfindən sahibkara ünvanlanmış bildiriş məhkəməyə təqdim ediləsi sənədlərə əlavə edilmişdir. Qeyd edilən bildiriş ona və ya fəaliyyətdə olan marketə təqdim edilməmişdir. Cari ilin yanvar ayında X2 İdarəsinə müqavilə əsasında müəyyən olunan məbləğində reklam xərci kimi tərəfindən ödəniş edilmişdir. Onunla idarənin əməkdaşları tərəfindən heç bir danışıq və ya ödənilməyən xərclər barədə sövdələşmə olmamışdır. Bu da o deməkdir ki, tərəfindən AR DRA X2 İdarəsinə yeni müqavilə bağlanması, xərclərin ödənilməsi təklif olunsa da nəzərə alınmamışdır. ##.##.2026-cı il tarixdə X2 İdarəsi əməkdaşları tərəfindən akt, protokol və digər sənədlərin tərtib edilməsindən məlumatı olmamışdır. Hesab edir ki, hazırda vəzifəli şəxs kimi fəaliyyət göstərməyinə baxmayaraq, qeyd edilən obyektin reklam sahəsində olan reklamlarla bağlı müqavilə əsasında müəyyən ödəniş olunmasına baxmayaraq və əlavə yaranacaq xərclərin ödənilməsinə təkliflərin olunmasına baxmayaraq agentlik tərəfindən buna hər hansısa reaksiya olmamıdır və hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə o və ailə üzvlərin ağır xəstliklərdən əziyyət çəkir ki, bu hal da məhkəmə iclasında bildirilməsinə baxmayaraq bunu yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Belə olan halda inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, eləcədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Səlahiyyətli orqan - Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin olunmadan, iş üzrə birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN 2100050262) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Səlahiyyətli orqan - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsi tərəfindən tərtib edilmiş # #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixli, **** saylı yazılı göstərişi tam və vaxtında icra etməmiş, bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “4 Çarx Avto ” obyektinə aid reklam yerləşdirilmişdir. ## ###### 2026-cı il tarixli,**** saylı “açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayınlamışdır. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X2 İdarəsi tərəfindən sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz reklam yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfindən heç bir tədbir görülmədiyi halda ##.##.2026cı il tarixdə, saat 15:30-da Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “4 Çarx Avto” obyektində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi, bu məqsədlə ##.##.2026-cı il tarixdə, saat 15:30-da Şirvan şəhəri,Heydər Əliyev prospektində yerləşən “4 Çarx Avto” obyektinə gəlməsi barədə ünvanına **-*-*/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli bildiriş göndərilmişdir. Apellyasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində göstərilmiş əsas dəlillərdən biri ondan ibarətdir ki, “4 Çarx Avto” obyektinə aid reklamların yerləşdirilməsi üçün əvvəllər müvafiq icazənin alındığı, reklam rüsumlarının ödənildiyi və tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğu bildirilmişdir. Lakin iş materiallarında həmin reklam qurğusunun mövcud dövr üzrə qüvvədə olan icazə sənədinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə, işdə olan # ###### 2026-cı il tarixli akt, fotoşəkillər və digər sənədlərlə müəyyən edilir ki, açıq məkanda yerləşdirilmiş reklam müvafiq icazə sənədi olmadan yayımlanmışdır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq məkanda reklam yerləşdirilməsi üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə alınması zəruridir. Reklam yayıcısının əvvəllər müəyyən ödənişlər etməsi və ya əvvəlki dövrdə hansısa müqavilə münasibətlərinin mövcud olması onu qanunvericiliklə müəyyən olunmuş cari icazə almaq və qanuni tələblərə riayət etmək vəzifəsindən azad etmir. Şikayət müəllifi şikayətində həmçinin qeyd etmişdir ki, xəbərdaredici bildiriş və digər sənədlər ona təqdim edilməmiş, ##.##.2026-cı il tarixdə protokol və digər sənədlərin tərtib edilməsindən xəbəri olmamışdır. Lakin iş materiallarının xüsusilə poçt çatdırılmasına dair xəbərnamə hissəsindən müəyyən olunur ki, səlahiyyətli orqan tərəfindən göndərilmiş bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə şəxsən təqdim edilmiş, onun imzası ilə təhvil alınmışdır. Bu hal iş materiallarında olan rəsmi xəbərnamə ilə təsdiq edilir və barəsində icraat aparılan şəxsin inzibati orqanın tələbindən məlumatlı olduğunu birmənalı şəkildə göstərir. Belə olan halda “bildirişdən xəbərsiz olma” dəlili iş materialları ilə təkzib olunur və qəbul edilə bilməz. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, reklam qurğusu uzun müddət ərzində qanunvericiliyin tələblərinə uyğunlaşdırılmamış, verilmiş yazılı göstəriş isə icra edilməmişdir. İnzibati məsuliyyətin yaranması üçün əsas şərt olan yazılı göstərişin icra olunmaması faktı işdə olan sübutlarla tam təsdiq olunur. Apellyasiya şikayətində göstərilən “əlavə xərclərin ödənilməsi təklif edilsə də agentlik tərəfindən buna reaksiya verilməməsi” barədə arqument də inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi üzrə məsuliyyətin yaranması üçün əsas hal müvafiq qurumun verdiyi yazılı göstərişin vaxtında və tam icra edilməməsidir. İş üzrə toplanmış sübutlarla həmin göstərişin icra edilmədiyi müəyyən olunmuşdur. Şikayətdə onun hazırda vəzifəli şəxs kimi fəaliyyət göstərmədiyi də qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi düzgün olaraq İXM-in qeyd hissəsinə istinad etmişdir. Həmin normaya əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxs hesab olunur. İş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi və obyekt üzərində faktiki idarəetmə həyata keçirdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Apellyasiya şikayətində onun və ailə üzvlərinin ağır xəstəlikləri, şəxsi sağlamlıq vəziyyəti və maddi çətinliklər də göstərilmişdir. Birinci instansiya məhkəməsi bu halları nəzərə almış və onları məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. İnzibati tənbeh tətbiq edilərkən İXM-in tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyəti və sağlamlıq durumu nəzərə alınmış, sanksiya minimum həddə yaxın müəyyən edilmişdir. Bu hallar inzibati məsuliyyəti aradan qaldırmır. "Reklam haqqnda" Azərbaycan Respublikası Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsi ilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.7-ci bəndində qeyd edilir ki, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 428.7.3-cü maddəsinin nisbi-müəyyən xarakterli sanksiyasından göründüyü kimi, vəzifəli şəxslər üçün cərimənin aşağı həddi 1.500 manat olmaqla yuxarı həddi 2.500 manat məbləğində müəyyən olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqayisəli və qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək Vidadi Nağlyevin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə icraat materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məssuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs (sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və AR İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar