Məhkəmə qərarları › İş №3(3-9)-285/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-285/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-285/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 Abassəli oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati iş üzrə İmişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 253.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi nümayəndə2 şikayət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixli 2363651 N°-li inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC aktiv olmamışdır. Azərenerji ASC-nin ##.##.2025-ci il tarixdə İmişli rayon Polis İdarəsinə etdiyi müraciətlə bağlı məlumatları yoxdur. İmişli rayon ərazisində yararsız yüksək gərginlik yeraltı kabel xəttinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə bağlanmış ##.##.2025-ci il tarixli ** saylı müqavilə əsasında Azərenerji ASC Kompletktləşdirmə MMCnin anbarına təhvil verilməsi işi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC tərəfindən görülməmişdir. ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hansı nümayəndəsi tərəfindən müqavilənin imza olunduğu ilə bağlı Azərenerji ASC-nin prezidentinə ##.##.2026-cı il tarixdə rəsmi müraciət edilmiş, cavab verilmədiyi üçün ##.##.2026-cı il tarixdə təkrarən ##.##.2025-ci il tarixdə bağlanmış ** saylı müqavilənin surətinin müraciətdə göstərilən ünvana göndərilməsi xahiş olunmuşdur. Azərenerji ASC-nin ##.##.2025-ci il tarixli müqavilə ümumi xarakterli məlumat sənədi deyil, konkret olaraq inzibati xəta predmeti olan ağac və kolların kəsildiyi ərazidə aparılan işlərin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həvalə olunduğu təsdiq edilən rəsmi xidmətin məlumatıdır. Azərenerji ASC-nin İmişli rayon Polis İdarəsinə göndərilən ##.##.2025-ci il tarixli **- *(***)/**-***/**-** saylı məktubda göstərilən “X2 Şəbəkəsinin balansında olan yararsız yüksək gərginlikli yeraltı kabel xəttinin sökülməsi və anbara təhvil verilməsi barədə ##.##.2025-ci il tarixli təhvil təslim aktı əsasında işlərin icrası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC-yə tapşırılması” məlumatı doğru deyil. Hətta aktda adı hallanan ekskavator sürücüsü, İmişli rayonun Suraxanı kənd sakini Abbaslı İdris Məhəmmədəli oğlu qazıntı işlərinin görülməsi üçün akta imza etməmişdir. Bu da bir daha onu sübut edir ki, xxxx”MMC tərəfindən 48 ədəd saksaul kollarını kökündən çıxartmamışdır. Qeyd edilənlərə əsasən, İmişli rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 Abassəli oğlu şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını və İmişli rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını və İmişli rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə nümayəndə1 suallara cavab olaraq bildirmişdir ki, o, hadisə aşkar olunan vaxt orada olmuşdur. Orada qazıntı işi aparan üç ekskavator olmuş, orada olan şəxslər sənədlərə imza etməkdən imtina etmiş, lakin özlərini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi göstərən şəxslər qazıntı işlərini qanuni apardıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, icarə əsasında ekskavator idarə edir. Tam xatırlamasa da, müəyyən qədər onun yadında qalanlara əsasən ondan başqa iki ekskavator qazıntı işləri aparmışdır. Ona iş haqqı olaraq 250 manat pul veriləcəkdi. İş başladıqdan az sonra oraya ekologiya işçiləri gəlmiş, onlardan biri də nümayəndə nümayəndə1 olmuşdur. İşləri qazıntı apararaq, orada olan kabel xəttini çıxarmaq olmuşdur. Ekologiya idarəsinin nümayəndələri gəldikdən sonra oraya bir neçə adam gəlmiş, özlərini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi göstərən şəxslər qazıntı işlərini qanuni apardıqlarını bildirmişlər və bu barədə hansısa sənədi göstərmişlər. Bundan sonra işləri yarımçıq qoyub getmişlər. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2.-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, İmişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati xəta haqqında toplanmış materiallarla yanaşı işin faktiki hallarına əsaslanmışdır. İş materiallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixli, MN №******* saylı protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. ##.##.2025-ci il tarixli, ***** saylı aktda qeyd edilmişdir ki, keçirilən reydlər zamanı İmişli- Kürdəmir avtomobil yolunun sol hissəsində eni 50 sm, dərinliyi 50 sm və uzunluğu 300 metr qazılaraq 48 ədəd saksaul kolları kökündən çıxarılaraq məhv edilmişdir. Araşdırma zamanı ekskvator sürücüsü özünü İmişli rayonu, Sarıxanlı kənd sakini Abbaslı İdris Məhəmmədəli oğlu kimi təqdim edərək qazıntı işlərinin “Azərenerji” tərəfindən aparıldığını bildirərək yazılı izahat verməkdən imtina etdi. Araşdırmanının nəticəsi olaraq İmişli rayonu ərazisində yerləşən yararsız yüksək gərginlikli yeraltı kabel xəttinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qazılaraq çıxarıldığı, bu zaman ərazidə olan 48 ədəd saksaul kollarının məhv edildiyi, bununla da MMC-nin “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərini pozduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş ##.##.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, ## ##### 2025-ci il tarixində İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində qazıntı işləri aparan zaman 48 ədəd qanunsuz saksaul kollarının çıxardılaraq məhv edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək bütün fiziki və hüquqi şəxslərin vəzifəsidir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə bu qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, filial və nümayəndəliklər hüquqi şəxs kimi inzibati xəta məsuliyyətinə o halda cəlb oluna bilər ki, yalnız xarici hüquqi şəxsin filial və nümayəndəlikləri olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. Odur ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati iş üzrə İmişli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar