Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-287/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Füzuli Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment borcu ödənilmir. Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı qərarından narazıdır. Həmin qərara apellyasiya qaydasında baxılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mütəmadi olaraq borcunu ödədiyini, icra sənədindən qəsdən yayınmadığını, aldığı əmək haqqqının 70 faizi miqdarına icra məmuru tərəfindən tutulma yönəldiyini, buna baxmayaraq borcunun əksər hissəsini əlavə olaraq ödədiyini bildirib, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil şikayətin dəlilləri əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə zalında əlavə olaraq 1000 manat aliment borcu ödəmək istədiyini bildirmiş, lakin tələbkar Zərərçəkmiş şəxs həmin məbləği qəbul etməyərək borcun azı 7000 manat hissəsinin birdəfəlik qaydada ödənilməsini tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi üzrə ## ######## 2015-ci il tarixdə verilmiş icra sənədinə əsasən alimentin miqdarı dəyişdirilərək, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2015-ci il tarixdən başlayaraq ##.##.2005-ci il təvəllüdlü X4, ## ######## 2009-cu il təvəllüdlü X3 və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatnadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 324 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Iş materiallarında olan Abşeron Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli, 2(010)- ****/**** nömrəli icra vərəqəsi üzrə icraata başlanılıb. Iş materiallarında olan Abşeron Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, borclu icra sənədində göstərilən tələbin könüllü icrasının həyata keçirilməsi ilə bağlı rəsmi qaydada məlumatlandırılmışdır. Iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq ## ######## 2009-cu il təvəllüdlü X3 və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatnadək saxlanılmaları üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə artırılmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumun əmək haqqının 0.88 misli həddində aliment tutulmalıdır. Iş materiallarında olan Füzuli Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025ci il tarixli, *(***)-***/**** nömrəli icra vərəqəsi üzrə icraata başlanılıb. Iş materiallarında olan Füzuli Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, borclu icra sənədində göstərilən tələbin könüllü icrasının həyata keçirilməsi ilə bağlı rəsmi qaydada məlumatlandırılmışdır və və icraata başlama haqqında qərarla tanış olmuşdur. Iş materiallarında olan Füzuli Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. Füzuli Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. Iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumat əsasında müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq əməkhaqqı “xxxx’' X7 mühəndis, nəqliyyat üzrə mütəxəssis vəzifəsinə görə 660 manat təşkil edir. Iş materiallarında olan “Elektron Icra” Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olubolmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, borclunun adına tələbin yönələ biləcəyi “MG 350 minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı daşınar əmlak aşkar edilmişdir. Iş materiallarında olan “xxxx” X6 Füzuli Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ünvanlanmış məktuba əsasən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqında tutulma aparılması üçün həmin təşkilata müraciət olunmuşdur. Iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surəti əsasında müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs başqa nikahdan iki övladı da vardır. Iş materiallarının və tərəflərin məhkəmə iclasında verdikləri izahatların məcmusundan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaranmış aliment borcundan ümumilikdə 30463 manat məbləğində ödəniş etmiş, qalıq borc 12664 manat təşkil etmişdir. Bundan başqa, onun 2025-ci ilin dekabr ayında inzibati qaydada cərimə edilməsindən sonra əlavə olaraq ümumilikdə 3000 manat məbləğində ödəniş etdiyi, həmçinin işlədiyi aldığı əmək haqqının 70 faizi miqdarında vəsaitin də hər ay icra sənədinin icrasına yönəldildiyi müəyyən olunur. IXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Apellyasiya instansiya məhkəməsi şikayətin “borclu indiyə qədər üzərinə düşən borc öhdəliyini yerinə yetirməmiş, ona görə də, borclu barəsində ciddi inzibati təhbeh tədbiri olan həbs növündə təhbeh tədbiri tətbiq edilməlidir” dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 1000 manat cərimə tənbeh tədbiri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün kifayət etdiyindən məqsədəmüvafiq hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə baxılarkən tətbiq edilən tənbeh tədbiri törədilmiş xətanın xarakterinə və şəxsin vəziyyətinə mütənasib olmalıdır. IXM-in 31.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, xətanı törədənin şəxsiyyəti, onun əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır. Inzibati həbs ən ağır tənbeh tədbiri olmaqla, müstəsna hallarda tətbiq edilir. Əgər şəxsin icra sənədini icra etməməsi qəsdən yayınmadan daha çox, obyektiv qeyri-mümkünlük ilə bağlıdırsa, həbs tənbehi tətbiq etmək cəzanın məqsədinə xidmət etmir, əksinə, şəxsin maddi durumunu daha da ağırlaşdıraraq borcun ödənilməsini qeyri-mümkün edir. Şəxsin özünün də yenidən nikaha daxil olmaqla iki azyaşlı övladının olması və valideyn kimi həmin uşaqlara da baxma öhdəliyinin üzərində olması "ağır ailə və ya şəxsi vəziyyətin olması" kimi tövsif edilir. Məhkəməyə təqdim sənədlər, yəni şəxsin mütəmadi ödənişlər həyata keçirməsi, borcunun əksər hissəsini ödəməsi və aldığı əmək haqqın təxminən 70 faizi miqdarına tutma yönəltməklə borcun ödənilməsi sübut edir ki, şəxsin borcu icra etməməsi subyektiv "pis niyyət"dən deyil, yaşamaq hüququnun təmin edilməsi zərurətindən irəli gəlmişdir. Bu halda həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi şəxsin vəziyyətini kritik həddə çatdıra bilər. Zərərçəkmiş şəxsin həbs olunma barədə tələbi intiqam xarakterli olmamalı, hüquqi zərurətə əsaslanmalıdır. Göstərilən hallar borclunun icra sənədinin icrasından tam və qəsdən yayınması qənaətinə gəlməyə əsas vermir. Əksinə, 30463 manat məbləğində ödənişin həyata keçirilməsi, dekabr ayında tətbiq edilmiş cərimə tənbehindən sonra əlavə 3000 manatın ödənilməsi, əmək haqqının 70 faizinin mütəmadi qaydada tutulması və məhkəmə iclasında əlavə 1000 manat ödəniş etmək iradəsinin bildirilməsi borclunun icra sənədinin icrasına real cəhd göstərdiyini təsdiq edir. Qalıq borc isə özü-özlüyündə inzibati həbsin tətbiqini zəruri edən hal kimi qiymətləndirilə bilməz, tənbehin növü seçilərkən borcun mövcudluğu ilə yanaşı, borclunun faktiki ödəmə davranışı, maddi və ailə vəziyyəti, davamlı tutulmaların aparılması və tətbiq ediləcək tənbehin icranın gələcəkdə təmin olunmasına təsiri də nəzərə alınmalıdır. Inzibati icraatın məqsədi şəxsi cəmiyyətdən təcrid etmək deyil, qanunlara hörmət ruhunda tərbiyə etməkdir. Şəxsin obyektiv amillər fonunda onun azadlıq hüququnun məhdudlaşdırılması dövlətin humanizm prinsipi ilə ziddiyyət təşkil edir. Cərimə tənbeh tədbiri isə həm xətanın qanunsuzluğunu təsbit edir, həm də dövlət büdcəsi qarşısında məsuliyyət yaradır. Toplanmış sübutların təhlilinin yekununda nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi şəxsin maddi, ailə vəziyyətini və borc məbləğinin mütəmadi ödənilməsini düzgün qiymətləndirmiş, barəsində həbs tənbehi tətbiq etmək üçün əsasların olmadığını müəyyən etmişdir. Bu baxımdan zərərçəkmiş şəxsin yalnız həbs tənbehinin tətbiq edilməsi barədə mövqeyi işin faktiki hallarının tam məcmusu ilə uzlaşmır. Borclunun məhkəmə zalında 1000 manat ödəmək istəməsi, tələbkarın isə həmin məbləği qəbul etməyərək 7000 manatın birdəfəlik ödənilməsini tələb etməsi tərəflər arasında borcun ödənilməsi qaydası ilə bağlı mübahisənin davam etdiyini göstərsə də, bu hal borclunun ümumiyyətlə ödəmədən imtina etməsi kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin inzibati həbs deyil, cərimə tənbehini seçməsi həm IXM-in 9.1-ci maddəsində nəzərdə tutulan ədalətlilik, həm də tənbehin fərdiləşdirilməsi prinsiplərinə uyğun olmuşdur. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəyyən edilmiş vəziyyəti inzibati həbsin tətbiqinin şəxsin və ailə üzvlərinin vəziyyətinə həddən artıq ağır müdaxilə yaradacağını, halbuki eyni zamanda cərimə tənbehinin inzibati məsuliyyətin məqsədlərinə çatmaq üçün kifayət sayıldığını göstərir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin şəxs barəsində inzibati həbs deyil, cərimə tənbehini seçməsi işin halları ilə uyğun olub, tənbehin fərdiləşdirilməsi və mütənasiblik baxımından əsaslıdır. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, IXM-in 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-287/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-287/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver