Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-288/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Məmmədli Aydan Zakir qızının sədrliyi) ilə ##.##.2004-cü ildə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi, qərarın dərhal icra edilməsi, inzibati həbsdə saxlamanın əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs Subhan qızını döyərək ona fiziki ağrı yetirmişdir. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokolu tərtib edən orqan İctimai Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. Sadəcə ailə münaqişəsi baş vermişdir. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı təyin edilmiş cəzanın ağırlığna görə ədalətsizdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında həbs növündə tənbehin aşağı həddi müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə barəsində 15 gün müddətində həbs növündə tənbeh təyin edə bilərdi. Lakin məhkəmə ədaltsiz tənbeh təyin edərək 25 gün müddətində həbs növündə tənbeh təyin etmişdir. Eyni zamanda, o, şəhid ailəsinin üzvüdür. Belə ki, qardaşı Amal Alışanlı 44 günlük müharibədə şəhid olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı inzibati tənbeh ilə bağlı hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlin tövsifini və işin faktiki hallarını deyil, ona tətbiq edilmiş inzibati tənbehin ağırlığı ilə bağlı məsələni mübahisələndirmişdir. Bununla belə, məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, ##.##.2026-cı il tarixli qərar “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar, məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli *** saylı rəyi, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, ##.##.2026-ci il tarixdə Fidan ona qoşularaq birlikdə yaşadığı ünvana gəlmişdir. Fidan ilə ## ###### 2026-cı il tarixdə qeyri-rəsmi nigaha daxil olmuşdu. Fidanla birlikdə yaşadığı köhnə şəhər ərazisində yerləşən mənzildə aralarında dəfələrlə sözlü mübahisə baş vermiş, mübahisə Fidanın geyimi ilə bağlı olmuşdur. Mübahisə zamanı Fidanın baş nahiyyəsinə sillə zərbəsi endirmiş həmin vaxt sillənin təsirindən Fidan yerə yıxılmışdır. Həmin vaxt Fidan hamilə olmuş, lakin həmin sillənin təsirindən ona heç bir xəsarət yetirməmişdir. 2 aylıq uşaq tələf olması onun Fidanı döyməsi nəticəsində yox, Fidanın dərman qəbul etməsindən sonra olmuşdur. O, Fidanla aralarında baş vemiş mübahisədən sonra Fidanı sakitləşməsi üçün xalasigilə aparmış, Fidan oradan anası ilə birlikdə Bakı şəhərində yaşadıqları ünvana getmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Subhan qızı izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun uzaqdan qohumudur. ##.##.2026-cı il tarixdə Kamal ilə evlənmək məqsədilə Şirvan şəhərinə yaşadıqları ünvana qaçmış, həmin gündən bəri Kamal onu mütəmadi olaraq döyüb və təhqir etmişdir. ##.##.2026-cı il tarixdə isə iki aylıq hamilə olduğuna baxmayaraq, onun qarın nahiyyəsinə təpik vurmuş, daha sonra baş nahiyyəsinə dəfələrlə yumruq zərbələri endirmişdir. Döyüləndən yarım saat sonra, xalasıgilə getdikdən sonra qarın nahiyyəsində bərk sancılar hiss etmiş, daha sonra anası gəlib onu Bakıda yaşadığı ünvana aparmışdır. Orada dölün tələf olduğunu bilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbehin verilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Zərərçəkmiş şəxs Subhan qızı arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs Subhan qızına sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsidə əsasən rədd edilməlidir. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və X3 şəhər şöbəsinin ##.##.2026-cı il tarixli *** saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Subhan qızının bədən səthində aşkar olunan xəsarət – qarının yuxarı şöbəsinin sağ yan hissəsində piqment sahəsi - küt əşya təsirindən törənmiş, qançırın sağalma izidir, müddəti qərarın təsvir hissəsində göstərilən ##.##.2026-cı il tarixə uyğun gəlir. Hamilə olub-olmaması və hamilələyin pozulması ilə bağlı Şirvan ŞMX-nın PHŞ-nin Doğum evi və Gindekologiya şöbəsindən hər hansı bir sənəd təqdim edilməməmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs Subhan qızını döyərək ona xəsarət yetirmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Onun hərəkəti İXM-nin 157-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərində ona tətbiq edilmiş inzibati tənbeh tədbirinin mübahisələndirilməsini nəzərə alıb aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə nəticəyə gələrkən iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək tənbehin onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğunluğunu nəzərə alaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 25 gün müddətinə inzibati həbs növündə tənbehin tətbiq olunmasını qanunamüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi şəxsə haqlı olaraq, həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmənin qənaətincə, qeyd olunan hallar nəzərə alındıqda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha yüngül növdə inzibati tənbehin tətbiqi inzibati məsuliyyətin məqsədlərinə cavab verməzdi. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən inzibati tənbehin növü düzgün müəyyən edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş inzibati tənbehin növü ilə razılşasa da, təyin edilmiş inzibati tənbehin həddi ilə bağlı nəticəni tam əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati tənbeh təyin edilərkən törədilmiş xətanın xarakteri, şəxsin şəxsiyyəti, onun ailə vəziyyəti, tətbiq edilən tənbehin şəxsin islah olunmasına və gələcəkdə yeni inzibati xətaların qarşısının alınmasına təsiri nəzərə alınmalıdır. İnzibati tənbeh yalnız cəzalandırma məqsədi daşımamalı, eyni zamanda sosial ədalət və fərdiləşdirmə prinsiplərinə uyğun müəyyən edilməlidir. Barəsində inzbati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətindən, eləcə də, apellyasiya baxışı zamanı vermiş olduğu izahatından görünür ki, o, şəhid ailəsinin üzvüdür, onun qardaşı X2 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal təyin ediləcək inzibati tənbehin fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olan mühüm sosial və mənəvi xarakterli haldır. Apellyasiya məhkəməsi qeyd edir ki, şəhid ailələrinin üzvlərinə münasibətdə dövlət və cəmiyyət tərəfindən xüsusi həssas yanaşmanın göstərilməsi hüquqi dövlət və sosial ədalət prinsiplərindən irəli gəlir. Bu baxımdan, inzibati məsuliyyət tədbiri tətbiq edilərkən həmin şəxsin ailəsinin keçdiyi ağır mənəvi yük və ictimai statusu da diqqətdən kənarda qalmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 25 günlük inzibati həbs tənbehi törədilmiş əmələ və iş üzrə müəyyən edilmiş hallara münasibətdə nisbətən sərt olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbehin müddətinin 15 günədək azaldılması inzibati tənbehin məqsədlərinə uyğun olmaqla yanaşı, şəxsin davranışına zəruri hüquqi təsirin göstərilməsi üçün kifayət edəcək, onun islah olunması və gələcəkdə inzibati xəta törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün yetərli olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tətbiq edilmiş 25 gün müddətinə inzibati həbs tənbehinin müddəti endirilərək 15 (on beş) gün həddində müəyyən edilməli, məhkəmənin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tətbiq edilmiş 25 gün müddətinə inzibati həbs tənbehinin müddəti endirilərək 15 (on beş) gün həddində müəyyən edilsin. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-288/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-288/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver