Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-289/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə. ##.##.1974-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, işsiz, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair inzibati iş üzrə Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ##### 2026-cı il tarixli, MN 2323338 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(057)- ***/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 37.340 manat borcunu Zərərçəkmiş şəxs ASC-yə ödəməmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC məhkəmənin həmin qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarla hər üç borclu barəsində 10 günlük könüllü icra müddəti müəyyən edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlimövsüm qızı tərəfindən tələb üzrlü səbəblər olmadan, heç bir həcmdə icra edilməmişdir. Qeyd olunan faktla bağlı icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında tərtib edilmiş protokol baxılması üçün Salyan rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlimövsüm qızı təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbeh növü həddində tənbeh olunmalıdır: Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İcra işinin materialları ilə müəyyən olunur ki, borclu icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlə lazımi qaydada məlumatlandırılmış, bununla belə icra sənədini heç bir həcmdə icra etməmişdir. Göründüyü kimi, borclunun inzibati məsuliyyətə cəlb edilməsinə əsas onun “hüquqi şəxslərə borc tələbi” növündə icra sənədini icrasız saxlaması olmuşdur. Belə olduqda həmin şəxsin əlavə pul tənbehi tətbiq edilməklə islah olunması ehtimalı inzibati cərimə tənbehinin məqsədlərinə uyğun deyil. İşin yuxarıda göstərilən faktiki halları aydınlaşdırılmadığı üçün gəlinən yekun nəticə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmuşdur. Salyan Rayon Məhkəməsinin##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlimövsüm qızına təyin edilmiş tənbeh tədbirinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır tənbeh növü olan həbslə əvəz edilməklə ağırlaşdırılması haqqında qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti dəlillərinin əsassəz hesab edərək Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli dəyişdirilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlimövsüm qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır tənbeh növü olan həbslə əvəz edilməklə ağırlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili qeyd olunan icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi və əməlində inzibati xəta tərkibi olmadığı halda, onun əsassız və qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X2 və X3 birgə qaydada 27891,97 manat məbləğində əsas borcun, 9345,80 manat məbləğində faiz borcunun, 917,24 manat məbləğində cərimə borcu olmaqla cəmi 38155,01 manat borcun və 185,0 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-***/**** saylı icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** saylı icra sənədinin icrasını təmin edilməsi və ##.##.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatından görünür ki, bu gün Salyan rayon İcra və Probasiya Şöbəsində öhdəsində olan borcun tam qaydada tələbkar təşkilata ödənilməsi ondan tələb olundu. Əks halda barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub məhkəməyə veriləcəkdir. Öhdəsində olan borcunu ödəməkdən imtina etmir. Ancaq öhdəsində 02 uşağı var. 500 manat maaş alır. Kirayədə yaşayır, qızı tələbədir, oğlu günəmuzd işləyir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə qanunvericiliyin qeyd olunan normasının işığında işin müəyyən olunmuş faktiki hallarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilməklə, eləcə də barəsində cərimə tənbeh tədbirini tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunarkən səhhəti nəzərə alınmalıdır. Bu səbəblə barəsində məhz həbs inzibati tənbeh tədbirinin tətbiq olunması məqsədəuyğun deyil. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair inzibati iş üzrə Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair inzibati iş üzrə Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-289/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-289/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver