Məhkəmə qərarları › İş №3(3-9)-290/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-290/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-290/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X1), şikayətçi Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində spirtli içki qəbul etdikdən sonra özünəməxsus “CHEVROLET MALIBU” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda əyləşmiş və digər dostu isə avtomobili idarə etmişdir. Lakin, az bir məsafə getdikdən sonra Qərarından şikayət verilən orqan əməkdaşları tərəfindən avtomobil saxlanılmış və cərimə meydançasına aparılmışdır. Lakin sonradan “E-polis” elektron portalında yerləşdirilmiş məlumat əsasında barəsində inzibati qaydada protokol tərtib edilməsi və cərimə edilməsi barədə məlumatı olmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, barəsində qəbul edilmiş inzibati qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, qərarın qanunsuz icrası nəticəsində məcburi qaydada ödədiyi 533.28 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixdə baş vermiş hadisə zamanı o spirtli içki qəbul etmiş olsa da, nəqliyyat vasitəsini idarə etməmiş və avtomobilin arxa oturacağında olmuşdur. Nəqliyyat vasitəsini X2 idarə etmişdir. Bu barədə məhkəmədə açıq şəkildə məlumat verməyinə baxmayaraq, həmin hal araşdırılmamışdır. Buna baxmayaraq barəsində inzibati protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında onun nəqliyyat vasitəsini idarə etdiyini təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Hadisə anını əks etdirən video görüntü yoxdur. Onu nəqliyyat vasitəsini idarə edərkən göstərən video yoxdur. Hadisəni görmüş şahid ifadələri yoxdur. Sübutların toplanması və təqdim edilməsi cavabdeh orqanın vəzifəsi olduğu halda polis orqanı məhkəmə iclasında iştirak etməmiş sübut təqdim etməmişdir. Onun göstərdiyi şəxs (X2) məhkəməyə çağırılmamış və izahatı alınmamışdır. Məhkəmənin istinad etdiyi materiallar hadisə anını əks etdirmir və idarəetməni sübut etmir. ##.##.2026-cı il tarixdə məhkəmə iclası saat 16:05-ə təyin olunmasına baxmayaraq, həmin gün saat 10:13-də "E-polis" sistemi vasitəsilə nəqliyyat vasitəsinin saxlanılması barədə bildiriş göndərilmişdir. Bu onu cəriməni ödəməyə məcbur etmiş, qərar qanuni qüvvəyə minməmiş icraya yönəlmiş tədbirlər görülmüşdür. Hadisə ilə bağlı müxtəlif polis əməkdaşlarının adı çəkilmişdir. Belə ki faktiki olaraq avtomobilini aparan şəxs Yusif adlı polis əməkdaşı olmuşdur. Məhkəmə baxışı zamanı isə Xəyal adlı polis əməkdaşının adı çəkilmişdir. Bu hal iş materiallarında ziddiyyətlərin mövcud olduğunu və araşdırmanın natamam aparıldığını göstərir. Məhkəmədə bildirildiyi kimi video görüntülər müəyyən müddətdən sonra silinir. Lakin o hadisə günü ##.##.2026-cı ildə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada şikayət etmişdir. Bu halda polis orqanı həmin görüntülərin sübut olduğunu bilməli idi. Onları qoruyub saxlamalı idi. Video görüntülərin saxlanılmaması cavabdeh orqanın sübut təqdim etməməsi kimi qiymətləndirilməlidir. “E-polis" vasitəsilə etdiyi şikayətə cavab olaraq 21 və ## #### 2026-cı il tarixli məktublar hazırlanmış zərf ##.##.2026 tarixli olmuş ona ##.##.2026 tarixdə təqdim olunmuşdur. Bu hal müdafiə hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. O, Beyləqan Rayon Məhkəməsinə təqdim etdiyi ilkin şikayət ərizəsində video görüntülərin tələb olunmasını, şahid ifadələrinin toplanmasını, və obyektiv sübutların araşdırılmasını xahiş etmişdir. Lakin məhkəmə bu vəsatətləri təmin etməmiş sübutların toplanmasını təmin etməmiş işi hərtərəfli araşdırmamışdır PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Apellyasiya məhkəməsi AR İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə olunan qərardan və iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraqbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ###### 2026-cı il tarixdə saat 00:10-da “CHEVROLET MALIBU” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 00:10da “CHEVROLET MALIBU” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ## ###### 2026-cı il tarixli, *** nömrəli “İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərinin təyin edən tibbi müayinə” protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) saat 00:10-da 1.51 promil alkoqol müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) izahat verərək, həmin gün özünün spirtli içki qəbul etdiyini, lakin avtomobili onun idarə etmədiyini demiş, eyni zamanda protokol tərtib olunmadan həkim müayinəsinə aparılmışdır. Müayinənin rəyi, saxlanma ilə bağlı protokol və avtomobilinin cərimə meydançasına qoyulması barədə akt ona təqdim olunmamışdır. Yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. O, bu barədə Daxili İşlər Nazirliyinə elektron qaydada şikayət etmişdir. Belə ki, sərxoşluq yalnız alkotestlə deyil, klinik müayinə ilə birlikdə müəyyən edilməlidir. Nəticədə rəsmi tibbi müayinə aktı ilə rəsmiləşdirilməli, akt qeydiyyat kitabına salınmalı və müayinə olunan şəxsə təqdim edilməlidir. Lakin, ona yalnız alkotest tətbiq edilmiş, klinik müayinə aparılmamışdır. Yuxarıda göstərilən prosedur qaydalarının kobud şəkildə pozulmasına və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq məhkəmədən barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə “CHEVROLET MALIBU” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu hal inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, tibbi müayinə protokolu, xüsusi texniki vasitənin göstəriciləri, habelə iş üzrə təqdim edilmiş video materiallarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, şəxsin təqsirini və iş üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün istifadə edilən hər cür faktiki məlumatlar sübut hesab olunur. Həmin məlumatlar, o cümlədən inzibati xəta haqqında protokol, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, şəxslərin izahatları və video materiallarla müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları qarşılıqlı şəkildə qiymətləndirmiş və İXM-in 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq daxili inam əsasında nəticəyə gəlmişdir. Şikayət müəllifi apellyasiya şikayətində göstərmişdir ki, hadisə zamanı nəqliyyat vasitəsini idarə etməmiş, avtomobili X2 idarə etmişdir. Lakin iş materiallarında həmin şəxsin nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən hər hansı mötəbər və obyektiv sübut mövcud deyildir. Əksinə, iş materiallarında olan video görüntülərdən Qərardan şikayət verən orqan (şəxs) aşkar şəkildə alkoqollu içkinin təsiri altında olması, davranış və danışıq tərzindən sərxoş vəziyyətdə olduğu açıq şəkildə müşahidə olunur. Bu hal yalnız videogörüntülərlə deyil, eyni zamanda xüsusi texniki vasitə ilə aparılmış yoxlama nəticəsində müəyyən edilmiş 1.51 promil göstəricisi ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 333-cü maddəsinin qeyd hissəsinə əsasən qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olması şəxsin sərxoş vəziyyətdə olmasını müəyyən edən yetərli hüquqi əsas hesab edilir. Həmçinin videogörüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən ona sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin yolverilməzliyi ilə bağlı iradlar bildirildiyi zaman Qərardan şikayət verən orqan (şəxs) bu halları inkar etməmiş, nəqliyyat vasitəsini başqa şəxsin idarə etdiyini bildirməmişdir. Əksinə, o, polis əməkdaşlarının suallarına məntiqli, ardıcıl və vəziyyəti dərk edən formada cavab vermiş, baş verən hadisənin mahiyyətini anlama qabiliyyətində olmuşdur. Bu isə onun baş verən hadisələri düzgün qavramaq və münasibət bildirmək imkanına malik olduğunu göstərir. Apellyasiya məhkəməsi hesab edir ki, əgər həqiqətən də nəqliyyat vasitəsini Qərardan şikayət verən orqan (şəxs) deyil, başqa şəxs idarə etmiş olsaydı, həmin şəxs saxlanıldığı andan etibarən bunu dərhal bildirər, polis əməkdaşlarının ona ünvanladığı “sərxoş halda avtomobil idarə etməsi” ilə bağlı iradlara etiraz edərdi. Lakin iş materiallarında olan videogörüntülərdə onun tərəfindən nəqliyyat vasitəsini idarə etmədiyinə dair hər hansı açıq inkar, etiraz və ya başqa şəxsin sürücü olduğunu göstərən hər hansı ifadə müşahidə edilmir. Bu hal isə sonradan müdafiə xarakterli verilmiş izahatların iş üzrə mövcud digər sübutlarla uzlaşmadığını göstərir. Şikayətçinin “hadisə anını əks etdirən video görüntünün olmaması” barədə dəlili də əsassızdır. Belə ki, inzibati məsuliyyətə cəlb etmə yalnız hadisənin tam video çəkilişi ilə mümkün hesab edilmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın sübuta yetirilməsi üçün müxtəlif sübut növlərinin məcmusu kifayətdir. İş üzrə inzibati protokol, tibbi müayinə sənədi, alkotester nəticəsi və video materiallar birlikdə qiymətləndirildikdə şikayətçinin təqsiri tam təsdiq olunur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli *** nömrəli tibbi müayinə protokoluna əsasən Qərardan şikayət verən orqan (şəxs) 1.51 promil alkoqol müəyyən edilmişdir. Buna görə də şikayətçinin sərxoş vəziyyətdə olması tibbi sənədlərlə tam təsdiq edilmişdir. Şikayətçinin tibbi müayinənin guya prosessual qaydalara uyğun aparılmaması barədə dəlilləri isə iş materialları ilə təsdiq olunmur. Tibbi müayinə barədə rəsmi protokol mövcuddur və həmin sənəd iş materiallarına əlavə edilmişdir. Şikayətçi tərəfindən həmin sənədin etibarsızlığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, ##.##.2026-cı il tarixli, İXP 7815360 inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) protokolun sonunda “protokolla tanış oldum, razıyam” ifadəsini yazmaqla imzasını da atmış və bununla da iradə ifadəsini könüllü şəkildə ifadə etmişdir. Bu isə Qərardan şikayət verən orqan (şəxs) onun tərəfindən törədilmiş inzibati xəta ilə qəbullandığını göstərir. Belə ki, sözügedən protokolda hər hansı etirazın, qeydin mövcud olmaması, əksinə, “razıyam” məzmunlu yazının bilavasitə şəxsin özü tərəfindən qeyd edilməsi onun inzibati xətanın mahiyyətini qəbul etdiyini və protokolda təsbit olunan faktlarla razılaşdığını göstərən mühüm hal kimi qiymətləndirilməlidir. Bu baxımdan, Qərardan şikayət verən orqan (şəxs) sonradan fərqli mövqe nümayiş etdirməsi ilkin iradə ifadəsinin hüquqi nəticələrini öz-özlüyündə aradan qaldırmır. Şikayətçinin polis əməkdaşlarının məhkəmə iclasında iştirak etməməsi və əlavə sübut təqdim etməməsi ilə bağlı dəlili də qərarın ləğvi üçün əsas sayıla bilməz. Çünki iş materiallarında mövcud olan sübutlar məhkəmənin nəticəyə gəlməsi üçün kifayət etmişdir. İXM-in normaları inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin bütün hallarda məhkəmə iclasında iştirakını məcburi tələb kimi müəyyən etmir. Şikayətçinin müxtəlif polis əməkdaşlarının adlarının çəkilməsi ilə bağlı göstərdiyi hallar da formal xarakter daşıyır və onun təqsirini aradan qaldırmır. Həmin hallar inzibati xətanın baş verməsi faktına və şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə dair sübutların mötəbərliyinə təsir göstərmir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, “E-polis” sistemi vasitəsilə nəqliyyat vasitəsinin saxlanılması barədə bildiriş məhkəmə qərarı qəbul edilməzdən əvvəl göndərilmişdir. Lakin bu hal inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə təsir edən hal hesab edilə bilməz. Nəqliyyat vasitəsinin müvəqqəti saxlanılması inzibati icraatın təmin edilməsi tədbiri olmaqla, şəxsin təqsirliliyi məsələsinin mahiyyətinə təsir göstərmir. Bundan əlavə, şikayətçi barəsində eyni vaxtda İXM-in 327.1, 329.3 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş, lakin ona yalnız daha ağır sanksiya nəzərdə tutan 333.1-ci maddə üzrə 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, bu norma inzibati xətaların ideal məcmusu halında tətbiq olunur və şəxs yalnız daha ağır inzibati xətaya görə cəzalandırılır. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) yalnız İXM-in 333.1-ci maddəsinin sanksiyası həddində cərimə tətbiq edilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsasən şəxsin məsuliyyətdən yayınmağa yönəlmiş mülahizələrdən ibarət olmaqla iş materiallarında olan sübutlarla təkzib edilir və qərarın ləğvi üçün hüquqi əsas yaratmır. İXM-in 333-cü maddəsinin qeydinə əsasən, 1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmçinin “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. AR İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunanlara görə apellyasiya məhkəməsi belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Bununla yanaşı, aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri də qanuni və ədalətli sayılır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin alternativ sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə mütləqmüəyyən sanksiya kimi dörd yüz manat məbləğində cərimə və ya nisbi-müəyyən sanksiya kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə maddi-sosial təminatını nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş dörd yüz manat məbləğində cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sərvin Musazdə barəsində 400 manat məblğində inzibati cərimə tənbeh tədbiri tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir və şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin adı çəkilən qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar