Məhkəmə qərarları › İş №3(3-9)-291/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-291/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-291/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəra haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə. ##.##.1998-ci ildə Biləsuvar rayonu, Dərvişli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhslilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan; Qərardan şikayət verən orqan (şəxs) barəsində olab ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-115)- ***/**** saylı qərarından barəsində inzibati xəra haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi Biləsuvar rayonunun Çinarlı kənd sakini, müharibə veteranı olmaqla ailəsini dolandırmaq məqsədilə mal-qara saxlayır, bu məqsədlə dövlət fonduna daxil olan Biləsuvar rayonu qış otlaq sahələrindən 40 ha torpaq sahəsini icarəyə götürərək hüquqlarını dövlət qeydiyyatına aldırmış, həmin ərazinin 302 kv.m hissəsində mal-qaranın saxlanılması və özünün qalması üçün tövlə tikmiş, lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin müdiri vəzifəsini icra edən şəxs tərəfindən həmin tövlənin tikilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 650 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi hesab etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yay və qış otlaqlarından səmərəli istifadə zamanı qanunvericilik çoban evi, yataq və digər mədəniməişət, habelə istehsal təyinatlı tikililərin inşasına yol verdiyi halda, mal-qaranı vəhşi heyvanlardan, yağışdan və istidən qorumaq məqsədilə tikdiyi tövləyə görə cərimə olunması qanunsuz və əsassızdır. Bu səbəbdən o, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərar qanuni hesab edilmişdir. Barəsində inzibati xəra haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmənin qeyd olunan qərarından şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, bu iş üzrə heç bir təqsiri yoxdur və məhkəmədə onun AR İXM-in 244.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilməyib. Həmin qərarın qəbul edilməsinə əsas olaraq həmin torpaq sahəsində mal-qaranın saxlanılması məqsədilə tikilmiş sahəsi 302 kv/m təşkil edən tövlə olmuşdur. Qərar qəbul etmiş şəxs hesab etmişdir ki, tövlənin tikilməsi torpağın münbit qatının korlanmasına səbəb olmuşdur. O, torpaq sahəsində saxladığı mal-qaranın vəhşi heyvanlardan, yağışdan, istidən qorumaq məqsədilə ərazinin 302 kv/m sahəsində yerləşən həmin tikilidən istifadə edir, əslində həmin tikili torpağın onda əvvəlki istifadəçisi tərəfindən tikilmiş və o həmin torpağı istifadəsinə götürdüyü vaxt həmin tikili orada var idi. O torpaq sahəsində saxladığı mal-qaranın vəhşi heyvanlardan, yağışdan, istidən qorumaq məqsədilə ərazinin 302 kv/m sahəsində yerləşən həmin tikilidən istifadə edir. Qanunvericiliyin ona ərazidə çoban evinin tikilməsinə, yataq salmasına imkan verdiyi halda müvafiq icra hakimiyyəti tərəfindən inzibati qaydada cərimələnməyi qanunsuzdur. O, 580 ha əkin sahəsində çəltik əkinini həyata keçirməyinə dair DAİM-ə bəyannamə vermişdir. Aparılmış monitorinq zamanı isə 555 ha əkin sahəsində çəltik məhsulunun əkildiyi müəyyən edilmişdir. Əslində o bəyan etdiyi qədər, yəni 555 ha əraziyə çəltik səpinini, suvarmasını, sum, mala işlərinin görülməsini və sair işləri görmüşəm. DAİM-in nümayəndələri tərəfindən 555 ha ərazidə çəltik əkinin olması müəyyən edilmişdir. Məhkəməyə təqdim etdiyi sübutlarla, onun 555 ha ərazidə şumlama, mala, çəltik səpini, tirələmə, suvarma və sair aqrotexniki işləri görməyi öz təsdiqini tapır.İnzibati xəta haqqında işə əlavə edilmiş Aqrar Sığorta Fondunun verdiyi ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, əkin vəhşi quşların hücumu olmuş və əkin ziyan görmüşdür. Müvafiq icra hakimiyyəti orqanı işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. O torpağın münbit qatını korlayan hər hansı hərəkətlər etməmiş və hər hansı torpağa vurulmuş ziyandan söhbət gedə bilər.Onun hərəkətlərində torpağın münbit qatının korlanmasına səbəb olacaq heç bir şey yoxdur. Ümumiyyətlə mal-qaranın peyini torpağın münbitliyini artırmaqla, torpağı daha məhsuldar və keyfiyyətli edir. Digər tərəfdən də 40 ha torpaq sahəsinində mal-qaranın saxlanılması məqsədilə istifadə edilən sahəsi cəmi 302 kv/m təşkil edən tikili ərazinin münbit qatının korlanmasına necə xidmət edə bilər. Qeyd olunanlara əsasən Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işin hallarına əsasən nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, şikayətçi izahatında sözügedən tikilinin mal-qaranın saxlanılması və həmin ərazidə qalması məqsədilə inşa edildiyini bildirmişdir. Lakin torpaq qanunvericiliyinin tələblərindən görünür ki, yay və qış otlaqlarında müəyyən təyinatlı tikililərin inşasına yol verilməsi belə tikililərin hər bir halda sərbəst qaydada salınmasına əsas vermir. Həmin tikililərin inşası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılması, eləcə də müvafiq icazə və razılaşdırmaların alınması zəruridir. Bu baxımdan, təsərrüfat ehtiyacının mövcudluğu özlüyündə tikintinin hüquqauyğun hesab edilməsi üçün yetərli sayıla bilməz. Şikayətçi tərəfindən sözügedən torpaq sahəsində tikinti aparılması üçün yerli icra hakimiyyəti orqanının, bələdiyyənin və ya digər səlahiyyətli qurumun müvafiq sərəncamının, torpaqayırma sənədinin və ya icazə xarakterli sənədin mövcudluğunu təsdiq edən sübut müəyyən edilməmişdir. Şikayətçinin torpaq sahəsi üzərində icarə hüququna malik olması həmin torpaqdan təyinatına uyğun istifadə hüququ yaratsa da, bu hal qanunvericiliklə tikinti üçün nəzərdə tutulmuş ayrıca icazəverici prosedurun gözlənilməsini istisna etmir və belə icazənin alınmaması şəraitində tikintinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Biləsuvar rayonu, qış otlaq sahələrində icarəsində olan 40,85 ha torpaq sahəsinin 302 kv metr ölşüsündə tikinti işləri aparmaqla (əsaslı) torpağın üst münbit qatını korlamış və bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2ci maddəsinə əsasən 650 (altı yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus Biləsuvar şəhərində yerləşən 40.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ##.##.2025-ci il tarixdən ##.##.2030-cu il tarixədək 5 il müddətinə icarə hüququ qeydə alınmışdır. Biləsuvar Rayon İcra Hakimiyyətinin ## #### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubu ilə müəyyən olunur ki, Biləsuvar rayonu Çinarlı kənd sakini Qərardan şikayət verən orqan (şəxs) dövlət mülkiyyətinə aid torpaqlardan heyvandarlığın inkişafı məqsədilə 40.85 hektar torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı müraciəti əsasında torpaq sahəsinin yerquruluşu planının hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsinə ## #### 2025-ci il tarixli 5- 39/2- ***/**** nömrəli məktub ünvanlanmışdır. İcarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli yerquruluşu planında həmin tikililərin ərazidə mövcud olduğu öz əksini tapmışdır (yerquruluşu planı əlavə olunur). Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq rəyləri alındıqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2025-ci il tarixli *** nömrəli sərəncamı ilə Qərardan şikayət verən orqan (şəxs) heyvandarlığın inkişafı məqsədilə 40,85 hektar torpaq sahəsi 5 (beş) il müddətinə icarəyə verilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan torpaq sahəsində mövcud olan tikililər yerquruluşu planında da göstərildiyi kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inşa edilməmiş, torpaq sahəsinin əvvəlki istifadəçisi tərəfindən mal-qaranın saxlanılması məqsədilə tikilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmur, odur ki, onun barəsində İXM-in 244.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 75.0-ci maddəsi inzibati xəta haqqında iş üzrə aşağıdakıların müəyyən edilməsini tələb edir. -75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); -75.0.2. inzibati xəta törətmiş şəxs; -75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; -75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-in 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilirinzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.5-1-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsas müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Rəsul oğlunun barəsində gəldiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanunsuz hesab edilməli, verilmiş şikayət təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərar ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) Rəsul oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) Rəsul oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-115)- ***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar