Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-293/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının, müdafiəçisi – Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Vəkil İman oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı və onun müdafiəçisi Vəkil İman oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi) ilə ## ###### 1998-ci il tarixdə ünvan 1ndə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 16(073) */**** saylı, ##.##.2025-ci il icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladları ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-a qədər ünsiyyətdə olmalıdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-*/**** saylı icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı tərəfindən icra edilməməsinə görə onun barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ##### 2026cı il tarixli, MN ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı və onun müdafiəçisi Vəkil İman oğlu birgə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında bildirdiyi kimi, uşaqlar ataları ilə ünsiyyətə girmək istəmirlər. Bu icra məmuru tərəfindən ona verilmiş ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli aktlarla təsdiq olunur. Həmin aktların surətini işə baxarkən hakimə təqdim etmişdir. İcra məmurları həmin aktları ona verdikdən sonra bildirmişlər ki, uşaqlar ataları ilə ünsiyyətə girmək istəmədikləri səbəbindən uşaqları hələlik gətirməsin, onlar deyəndən sonra uşaqları ataları ilə ünsiyyətə girmək üçün gətirər. Bundan sonra, o da icra məmurlarının xəbərdarlığını gözləmişdir. Bundan başqa, eyni xarakterli inzibati işə ##.##.2025-ci il tarixdə baxıldıqdan sonra Cəlilabad Rayon Məhkəməsinin hakimi Ləman Mehrəliyeva Zərərçəkmiş şəxs bildirmişdir ki, “uşaqlar səninlə ünsiyyətə girmirlərsə, onlarla məcburi qaydada ünsiyyətə girə bilərsən. Uşaqlar səninlə gəlmirsə onları zorla özünlə apara bilərsən”. Hakimin belə qanunasığmayan danışığından sonra ##.##.2025-ci il və ##.##.2026-ci il tarixlərdə Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət etmişdir. Lakin bununla əlaqədar ona heç bir cavab verilməmişdir. İnzibati materiala əlavə edilmiş və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli aktlardan məlum olur ki, guya o, uşaqları məhkəmə qərarında qeyd olunan vaxtlarda ataları ilə ünsiyyətə girmək üçün gətirməmişdir. Birincisi, qeyd edilən vaxtlarda uşaqların ataları ilə ünsiyyətə girmək üçün gətirilməsi ilə əlaqədar ona heç bir vaxt məlumat verilməyib. Çünki, o, uşaqları həmişə ünsiyyətə girmək üçün gətirsə də, çox vaxt ataları gəlmir. Həmin aktlar həqiqi niyyətin məhsulu deyildir. Həmin aktlar eyni şəxs tərəfindən eyni vaxtda eyni qələmlə tərtib edilmişdir. Aktların qeyd edilmiş qaydada tərtib edilməsində niyyət onun barəsində inzibati məsuliyyət yaratmaqdır. Buna başqa bir ad vermək mümkün deyldir. Əslində Eyvazın əsas məqsədi uşaqları ondan alaraq qaytarmamaq və aliment öhədliyindən yayınmaqdır. Aliment verməkdən boyun qaçırdığı üçün onun barəsində icra məmuru tərəfindən axtarış verilmişdir. Bildirdiyi kimi, o, heç bir vaxt məhkəmə qərarının icrasından yayınmaq niyyətində olmamışdır. İcra məmuruna verdiyi izahatda və məhkəməyə şifahi qaydada verdiyi ifadəsində də bunu bildirmişdir. İcra məmurlarının tərtib etdikləri aktlardan onun heç bir məlumatı yoxdur. Bu barədə ona heç bir vaxt məlumat verilməmişdir. Həmin aktlar həqiqəti və saf niyyəti yox, ona qarşı olan qərəzi ifadə edir. Çünki “İcra haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən borclunun yaşayış yeri məlum olmadıqda icra məmuru onun haqqında axtarış verə bilər. Onun daimi yaşayış yeri Cəlilabad rayonunun Gülməmmədli kəndidir. O, heç vaxt həmin kənddən, bir gün də olsun belə kənarda yaşamamışdır. Həmişə həmin kənddə yaşamışdır. İcra məmurları heç vaxt onu axtarmayıblar, onların evinə gəlməyiblər, ona heç bir məktub göndərməyiblər, onu heç vaxt icra nümayəndəliyindən soruşmayıblar. O, gündəlik uşaqları məktəbə aparıb gətirir. İcra məmurları özləri qanunun tələblərini pozaraq qanunsuz olaraq ##.##.2025-ci il tarixdə onun barəsində axtarış elan etmişlər. Hansı ki, bundan 2 gün sonra ##.##.2025-ci il tarixdə o, uşaqları ataları ilə ünsiyyətə girmək üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə gətirmişdir. ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə uşaqları yenidən ataları ilə ünsiyyətə girmək üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə gətirmişdir. Barəsində axtarış verilərkən məlum ünvanda, yəni Cəlilabad rayonunun Gülməmmədli kəndində olmuşdur. Barəsində axtarış verildikdən sonra axtarış verilməsi ilə bağlı qərarın icrası ilə əlaqdar 4 dəfə Cəlilabad rayon İcra və Probasiya şöbəsində olmuşdur. Bütün bunlar icra məmurlarının qanunsuz hərəkət və qərarlarının təsdiqidir. İşə baxan hakim də qəbul etdiyi qərarla qanunsuzluqlara qanuni don geydirməyə çalışmışdır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin onun barəsində verilmiş qanunsuz qərarına əsasən o, bir gecə qanunsuz olaraq Cəlilabad rayon Polis Şöbəsində saxlanılmışdır. Həmin gecə 9, 7 və 3 yaşında azyaşlı uşaqları anasız qalmışlar. 3 yaşında uşağı ana qayğısından məhrum olduğuna görə xəstələnmişdir. Bundan başqa, Şirvan Apelyasiya Məhkəməsinin qərardadının icrası ilə əlaqədar övladları ##.##.2016-ci il tarixdə anadan olmuş X1 və 01.07. 2018-ci il tarixdə anadan olmuş X2 ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-psixoloji ekspertizasından keçirmək üçün gətirmişdir. Atası və anası da onunla gəlmişlər. Həmin gün saat təxminən 17-18 radələrində Ekspertiza Mərkəzinin çıxış qapısından çıxarkən keçmiş əri Zərərçəkmiş şəxs, keçmiş qaynatası X3, keçmiş qaynı X4, keçmiş qaynı X5 və tanımadığı digər şəxslər uşaqları ondan məcburi qaydada almaq üçün üstünə hücum etmişlər. Uşaqları ondan almaq üçün onu vəhşicəsinə döyməyə başlamışlar. Az yaşlı Rzanı məcburi qaydada ondan almaq üçün onu dartışdırmışlar. Həmin vaxt uşaq xəsarət alaraq ağlayırdı. Atası, anası, Ekspertiza Mərkəzinin mühafizəçisi, tanımadığım həmin vaxt oradan keçən insanlar ona köməklik göstərmişlər. Buna görə həmin cinayətkarlar uşaqları ondan ala bilməmişlər. Hadisə zamanı oğlu Rza, o, ata-anası xəsarət almışlar. Həmin şəxslərin qanunazidd hərəkətləri təxminən 8-10 dəqiqə çəkmişdir. Mühafizəçi onu və uşaqlarını böyük səy və şücayət göstərərək inzibati binanın içərisinə salmış, bu səbəbdən də həmin şəxslər öz cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Mühafizəçi, o və onları ekspertizaya gətirmiş sürücü DİN-nin 102 telefon xidmətinə məlumat vermişlər. Həmin əraziyə baxan 39–cü polis bölməsinin əməkdaşları hadisə yerinə gec gəldiyindən mühafizəçi harasa zəng edərək əlavə kömək istəmişdir. Bundan əvvəl isə, ##.##.2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəmsinin inzibati binasının qarşısında Fərail, Polad və Zərərçəkmiş şəxslər onun, atasının, anasının, qardaşının və vəkilinin üstünə hücum edərək onları vurmaq istəmişlər. Lakin 2 nəfər mühafizə polisinin əməkdaşları onların xəsarət yetirməsinə imkan verməmişlər. Həmin vaxt onlar vəkilini də təhqir edərək, ona vəkilik etməməyi ondan tələb etmiş, əks halda onunla başqa cür hesablaşacaqlarını bildirmişlər. Bu barədə vəkili DİN-nin 102 telefon xidmətinə məlumat versə də, “Sədərək” Ticarət Mərkəzində 6 dükanı olan “Xüsusi statusa malik olan” Fərail Piriyevin “əməyi” hesabına bir nəticə olmamışdır. Belə insanlara uşaq vermək olmaz. Onlar aliment verməmək üçün bu cinayəti törətmişlər. Əgər Eyvazda ata məhəbbəti olsaydı, Ekspertiza Mərkəzinin həyətində balasının fəryad qaldırmasına razı olmazdı. Görünür ona bala yox, pul lazımdır. Onun uşaqlarla ünsiyyətdə girməkdə məqsədi uşaqları ona qaytarmamaq və aliment öhdəliyindən özünü xilas edərək, ondan aliment tələb etməkdir. Onun digər məqsədi yoxdur. Onda övlad məhəbbəti yoxdur. Əgər onda övlad məhəbbəti olsaydı Ekspertiza Mərkəzinin həyətində ata və qardaşları ilə uşağı apara bilmədikdə onu şaqqalamağa cəhd göstərməzdi. ## ##### 2026-cı il tarixdə o, uşaqların 3-də ataları ilə ünsiyyətə girmək üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə gətirsə də, Zərərçəkmiş şəxs bu barədə məlumat verilsə də, uşaqları ilə ünsiyyətə girmək üçün gəlməmişdir. Təkrar olaraq ##.##.2026-cı il tarixdə saat 11 radələrində uşaqların üçünü də ataları ilə ünsiyyətə girmək üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə gətirmişdir. İcra məmurları iş yerində olmamış, mühafizəçi qeyri-iş günü olduğundan icra məmurlarının iş yerlərinə gəlmədiklərini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özü də uşaqları ilə ünsiyyətə girmək üçün gəlməmişdir. Bu səbəbdən də bilavasitə Zərərçəkmiş şəxs hərəkətsiziliyi nəticəsində məhkəmə qərarı icra olunmamışdır. Bu barədə nümayəndəsi tərəfindən akt tərtib olunmuş, onlar da həmin akta imza etmişlər. Məhkəməyə təqdim etdiyi sübutlara əsasən o, inzibati məsuliyyət daşımalı olan şəxs deyildir. Lakin qərar qəbul edən hakim bunları nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı və müdafiəçisi Vəkil İman oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-*/**** saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qətnamənin icrasından yayınmaq niyyətinin olmadığını, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-*/**** saylı icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 ilə ünsiyyət saxlamaq hüququ təmin edilmiş və görüş vaxtı hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-a qədər (gecə qalmaq şərti ilə), görüş yeri isə iddiaçının Cəlilabad rayonu, Üçtəpə kəndində yaşadığı fərdi yaşayış evi müəyyən edilmişdir. İş materiallarında olan “İcraata başlama haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 16(073)-7/2025 tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının ünvanına göndərilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “borclunun axtarışı haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli aktlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı uşaqları icra şöbəsinə gətirmədiyi üçün Zərərçəkmiş şəxs övladları ilə ünsiyyət hüququ təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları nəzərdən keçirib Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında tədqiq olunmuş sübutları və tərəflərin izahatlarını birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə nəticəyə gələrkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, inzibati məsuliyyətin yaranması üçün məhkəmə qərarının qəsdən icra edilməməsi və ya onun icrasından yayınma halının mötəbər, bir-biri ilə uzlaşan və şübhə doğurmayan sübutlarla təsdiq edilməsi zəruridir. Lakin hazırkı iş üzrə toplanmış sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının məhkəmə qərarının icrasından qərəzli şəkildə yayındığını və ya uşaqların ataları ilə ünsiyyətinin baş tutmasına bilərəkdən maneçilik törətdiyini birmənalı qaydada təsdiq etmir. Belə ki, iş materiallarında müdafiə tərəfi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ## ###### 2025-ci il, ## #### 2025-ci il, ## ####### 2025-ci il və ## ####### 2025-ci il tarixli aktlar mövcuddur. Həmin aktlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı uşaqları görüş üçün müəyyən edilmiş yerə gətirmiş, lakin digər tərəf – Zərərçəkmiş şəxs gəlmədiyindən görüş baş tutmamışdır. Diqqətəlayiq haldır ki, göstərilən hal əvvəllər də məhkəmə araşdırmasının predmeti olmuş və həmin material üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı müdafiə tərəfi tərəfindən ## ##### 2026-cı il, ## ### 2026-cı il, ## ### 2026-cı il və ## ### 2026-cı il tarixli aktlar da təqdim edilmişdir. Həmin aktların məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı qeyd olunan tarixlərdə uşaqları görüş üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə aparmış, lakin Zərərçəkmiş şəxs gəlmədiyindən görüş baş tutmamışdır. Məhkəmə hesab edir ki, bu hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınması və ya uşaqların ataları ilə ünsiyyətinə mane olmaq niyyətində olması barədə nəticəyə gəlməyə imkan vermir. Əksinə, həmin sənədlər onun görüşlərin baş tutması üçün müəyyən hərəkətlər etdiyini və uşaqları görüş yerinə gətirdiyini göstərir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, o, həm inzibati xəta haqqında protokolun tərtib edilməsindən əvvəlki dövrdə, həm də hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edildikdən sonra belə uşaqları görüş üçün aparmağa davam etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, şəxsin davranışının zaman baxımından ardıcıllığı onun həqiqi münasibətinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda isə iş materiallarında olan sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının yalnız müdafiə məqsədilə formal mövqe tutduğunu deyil, müxtəlif vaxtlarda və fərqli dövrlərdə uşaqların görüşünün təşkil olunması istiqamətində faktiki hərəkətlər etdiyini göstərir. Bu isə onun məhkəmə qərarının icrasına qərəzli münasibət bəsləməsi, qərarın icrasından qəsdən yayınması və ya uşaqların ataları ilə ünsiyyətinə bilərəkdən mane olması barədə qənaətə gəlmək üçün əsas vermir. Apellyasiya məhkəməsi, həmçinin nəzərə alır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızı həm inzibati icraat zamanı, həm də apellyasiya baxışında verdiyi izahatlarda uşaqların ataları ilə ünsiyyətinin təmin edilməsinə mane olmaq niyyətinin olmadığını, gələcəkdə də məhkəmə qərarının icrası üçün lazımi şərait yaradacağını bildirmişdir. Məhkəmənin qənaətincə, iş materiallarında onun bu mövqeyinin qeyri-səmimi olduğunu və ya məhkəmə qərarının icrasından qəsdən yayındığını təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında uşaqların valideynlərdən hansının yanında qalması, onların psixoloji vəziyyəti və valideynlərlə münasibətlərinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında ayrıca məhkəmə mübahisəsi mövcuddur və həmin mübahisə ilə əlaqədar məhkəmə-psixoloji ekspertiza da təyin edilmişdir. Məhkəmə apellyasiya şikayətində göstərilən, görüşlərin hansı tarixdə və hansı qaydada təşkil ediləcəyi barədə ona əvvəlcədən məlumat verilmədiyi barədə dəlili də iş üzrə digər sübutlarla birlikdə qiymətləndirir və hesab edir ki, mövcud materiallar əsasında məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının təqsirli davranışı nəticəsində görüşlərin baş tutmadığı şübhəsiz şəkildə müəyyən edilmir. İnzibati məsuliyyət isə ehtimallara və fərziyyələrə deyil, təqsiri təsdiq edən kifayət qədər və mötəbər sübutların məcmusuna əsaslanmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının məhkəmə qərarının icrasından qəsdən yayındığını, uşaqların ataları ilə ünsiyyətinin baş tutmasına bilərəkdən maneçilik törətdiyini və ya məhkəmə aktını icra etmədiyini birmənalı şəkildə təsdiq etmir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mövcud iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin, xüsusilə də qərəzli icra etməmənin mövcudluğu tam sübuta yetirilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə borcun ödənilməməsi qərəzli xarakter daşımadığından, yəni borclu tərəfindən icra sənədinin icrasından yayınma məqsədi güdülmədiyindən, o, artıq borcunun müəyyən hissəsini ödədiyindən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiya məhkəməsi iş materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham qızının barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-293/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-293/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver