Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-294/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq, Cəlilabad rayon * saylı Notariat Kontorunun 8i-**** №-li icra sənədinə əsasən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs borclu olduğu icra işinə əsasən razılıq əldə etdiyi zərərçəkmiş şəxsin ərizəsini məhkəməyə göndərmişdir. Həmin ərizəyə əsasən Cəlilabad rayon * saylı Notariat Kontorunun 8i-**** №-li ##.##.2026-cı il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtında ödənilməmiş 3000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3025 manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ona 750 manat, ##.##.2026-cı il tarixdə 200 manat, cəmi 1000 manat ödəniş etmiş və hər ay 1000 manat olmaqla 2 aya (may, iyun aylarında) borcunu bağlayacağına söz vermişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı hələ ki bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətindən imtinanın nəzərə alınmasını xahiş etdi. Göründüyü kimi hazırkı iş üzrə zərərçəkmiş şəxs mahiyyət etibarilə öz apellyasiya tələblərindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə materialları araşdırıb və apellyasiya şikayətindən imtina barədə ərizəni nəzərə alıb hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin Qərarını əsas götürərək, yuxarıda qeyd edilən məsələnin prosessual həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad etmək lazımdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinə əsaslanaraq, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş həmin şikayətə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 128, 133 və 136-cı maddələrini, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-294/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-294/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver