Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-296/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması barədə Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi), ##.##.1980-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixl, MN 2487802№-li inzibati xəta haqqında protokola əsasən AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, həbs müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən saat 12:00-dan hesablanaraq qərarın icrasının Sabirabad rayon Polis Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli MN2487802№-li inzibati xəta materiallara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı və ##.##.2018ci il tarixli, 2(056)-689/2018 icra vərəqələrini üzürsüz səbəbdən icra etmədiyi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra vərəqələrini üzürsüz səbəbdən icra etməyərək, bununla da İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir) təkrar törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İnzibati xətanı törətməkdə təqsirli bilinən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Adığözəl oğlu apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası İXMin 128-130-cu maddələrini rəhbər tutaraq Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bildirir ki, Sabirabad rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(056)- ***/**** saylı qərarı ilə Mən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qərarı Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı əsasında çıxarılmışdır. Qeyd edir ki, məhkəmə qərarı məqsədli şəkildə ona təqdim edilməmişdir. Sabirabad rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarını əsassız və qanunsuz hesab edir. Məhkəmə, iş üzrə heç bir araşdırma aparmadan qanunsuz qərar çıxarmışdır. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Gözdən əlildir, himayəsində ikinci nikahından 4 (dörd) azyaşlı körpə uşaqları vardır. Aylıq pensiyadan başqa gəliri yoxdur. Onun kimi əlillərin işlə təminatı belə məhdud haldır. Əlilliyi olan şəxslərə qarşı ayrı seçkilik yolverilməzdir. Əlilliyi olan şəxslərin əsassız olaraq azadlıqdan məhrum edilməsi hüquq pozuntusudur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək bildirdi ki, alimenti ödəməkdən yayınmamışdır. Əvvəllər Rusiyada işləmiş və uşaqlarına yaxşı baxırdı, lakin göz əməliyyatı olandan sonra səhhəti pozuldu və işləyə bilmədi. Hazırda 3-cü qrup əlildir və sadəcə 180 manat təqaüdlə dolanır. Alimenti isə ödəməyə imkanı yoxdur. Sabirabad rayonu, Ulacalı kəndində yaşayır. Birinci nikahından 2, ikinci nikahından 4 uşağı var. Birinci nikahından olan uşaqlarının 13 və 15 yaşları var. İmkanı yoxdur. Cərimə tənbeh tədbiri tətbiq edilsə ödəyə bilməz. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi İlqar Tapdıqov şikayəti müdafiə etdiyini qeyd edərək bildirdi ki, şəxs aliment borcundan yayınmır, sadəcə aliment borcunun yığılıb qalmasına səbəb onun maddi imkanı zəifdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkarzərərçəkmiş Zərərçəkmiş şəxs və səlahiyyətli orqan Sabirabad rayon İcra və Probasiya Şöbəsi lazımi qaydada məlumatlandırılmış, lakin həmin şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını, habelə şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.İsmayılovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkarzərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və onun həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı və ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, edilən çağırışlara məhəl qoymamışdır. Bundan başqa, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədlərinə münasibətdə analoji inzibati xətanı yenidən törətmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur, iş materiallarında olan sübutlarla borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Birinci instansiya məhkəməsinin qərarında tədqiq olunmuş sübutlar, o cümlədən icra sənədi üzrə tərəflərin və icra məmurunun izahatları və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan apellyasiya məhkəməsi prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Aşağıda qeyd olunanlara görə apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati tənbeh tədbiri təyin edilmiş icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə borclunun əməlində məsulliyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tədbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş inzibati tənbehlə bağlı məsələni şikayətin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi törədilmiş inzibati xətanın xarakterinə, onun törədilmə hallarına, inzibati tənbehin məqsədlərinə uyğun qanuni və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin alternativ sanksiyasında digər tənbehlə yanaşı pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla nisbi-müəyyən sanksiya kimi iki ayadək müddətə inzibati həbs tənbeh tədbirinin tətbiqi də nəzərdə tutulmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törtməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətanın ayrıayrı növlərinə görə təyin edilməsi müəyyən olunmuşdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada edilmiş xəbərdarlıqlara, eləcə də inzibati cərimə növündə tənbeh edilməsinə baxmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədləri üzrə aliment borcunu tam şəkildə ödəməmiş, həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda onun 3.496 manat məbləğində aliment borcunun mövcud olması da bunu bir daha təsdiq edir. Belə olan halda apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində sanksiyada nəzərdə tutulmuş daha ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq edilməsi onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və inzibati tənbehin məqsədlərinə uyğun olmuşdur. Yuxarıda qeyd olunanları yekunlaşdıraraq apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanunun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu üzürsüz səbəblərdən ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-296/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-296/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver