Məhkəmə qərarları › İş №3(3-9)-297/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-297/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-297/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İbayev Ruslan Baxtiyar oğlunun oğlunun iştirakı ilə. ## ###### 1985-ci il tarixdə İmişli rayonu, Hacımuradlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, İmişli rayonu, Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəb direktor vəzifəsində işləyən, evli, İmişli rayonu, Xəlfəli ərazi dairəsi, Hacialmuradli kəndində qeydiyyatda olan və yaşayan; İbayev Ruslan Baxtiyar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından protokol tərtib edən orqan X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə İbayev Ruslan Baxtiyar oğlu təsərrüfat müdiri Vahid Tarvediyevin və məktəbin dalandarı Hüseynov İmaməddin Ataş oğlunun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə şərti tətbiq edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin mart ayından İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır.## ###### 2026-cı il tarixdə İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən monitorinq keçirilmişdir. Monitorinq zamanı işçilərin təqdim etdiyi izahatlara əsasən məktəbin təsərrüfat müdiri X3 və dalandarı Həsənov İmaməddin Əşrəf oğlunun özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmişdir. Belə ki, məktəbin təsərrüfat müdiri V.A.Tarverdiyev izahatında məktəbin təsərrüfat işlərinə kömək məqsədi ilə şəxsi təşəbbüsü ilə texniki işçilərdən könüllü olaraq müxtəlif məbləğlərdə vəsait yığıldığı, həmin məbləğin məktəbin təsərrüfat və texniki avadanlıqları üçün xərcləndiyi, İmaməddin Həsənovun həftənin 2-ci günləri işə gəlmədiyi, bu prosesin 6 aydır davam etdiyi barədə məlumat vermişdir. Məktəbin xadimələri X2 və X6 İmaməddin Həsənovun işə gəlməməsi faktlarını təsdiq etmişdirlər. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasəntəsərrüfat müdiri əmək funksiyasına uyğun olaraq müəssisə, idarə və təşkilatların və onların bölmələrinin təsərrüfat-xidməti işlərinə rəhbərlik edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Kiçik xidmət heyətinin işinə rəhbərlik edir. Həmçinin məktəbin dalandarı Həsənov İmaməddin Əşrəf oğlu ilə həftədə 5 bağlanılmasına baxmayaraq, qanunsuz olaraq işə gəlməməklə əmək funksiyalarını və Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. V.A.Tarverdiyevin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq tərəfimdən ## ###### 2026-cı il tarixli təqdimatla müəssisənin ilk həmkarlar ittifaqı komitəsinə müraciət edilmişdir. İlk həmkarlar ittifaqı komitəsinin sədri Gülnar Zeynalova tərəfindən ünvanlanmış ## ###### 2026-cı il tarixli təqdimata cavab məktubuna əsasən V.A.Tarverdiyevin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Həmçinin tərəfindən İ.Ə.Həsənovun əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün ## ###### 2026-cı il tarixli təqdimatla müəssisənin ilk həmkarlar ittifaqı komitəsinə müraciət edilmişdir. İlk həmkarlar ittifaqı komitəsinin sədri Gülnar Zeynalova tərəfindən ünvanlanmış ## ###### 2026-cı il tarixli təqdimata cavab məktubuna əsasən İ.Ə.Həsənovun əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin ## ###### 2026-cı il tarixli ** nömrəli əmri ilə Həsənov İmaməddin Əşrəf oğlunun, ## ###### 2026-cı il tarixli ** nömrəli əmrlə isə X3 əmək müqavilələri ləğv edilmişdir. Qərarından şikayət verilən orqan tərəfindən həmin əmrlər qanunsuz hesab edilməklə barəsində ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xətanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməklə 1500 manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Qərarından şikayət verilən orqan həmin qərarı tam olaraq qanunsuz və əsassızdır. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə İbayev Ruslan Baxtiyar oğlunun şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Protokol tərtib edən orqan X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan göndərilməlidir. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruslan İbayevin ##.##.2026-cı il tarixli, ** nömrəli əmrində İ.Həsənovun üzrsüz səbəbdən işə çıxmamasına və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və "b” bəndlərnin tələblərinin pozulmasına, ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdə isə V.Tarverdiyevin texniki işçilərdən müxtəlif məbləğlərdə vəsait yığmasına, işçilərin işə gəlmədiyi günlərə görə əmək haqqı almasına şərait yaratdığı qeyd olunaraq, Əmək Məcəlləsinin 10-cu maddəsinin "a” və “b" bəndlərinin, 16-cı maddəsinin 1-cci bəndinin tələblərinin pozulmasına istinad edilərək əmək müqavilələrinə xitam verilmişdir. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayətə baxılma haqqında” qərarı tam qanuni və əsaslıdır. İbayev Ruslan Bəxtiyar oğlu tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində işçilər qanunsuz olaraq işdən azad edilmişlər və onların əmək hüquqları pozulmuşdur. İbayev Ruslan Bəxtiyar oğlunun əməlində İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda, İbayev X8 Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. İbayev Ruslan Bəxtiyar oğlunın təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İbayev Ruslan Baxtiyar oğlu şikayətin dəlillərini qəbul etməyərək təmin edilməməsini və İmişli Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş protokol tərtib edən orqan X7 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayət müəllifi hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şikayətin dəlillərini iş materialları əsasında nəzərdə keçirərək aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruslan İbayevin ##.##.2026-cı il tarixli, ** nömrəli əmrində İ.Həsənovun üzrsüz səbəbdən işə çıxmamasına və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərinin pozulmasına, ##.##.2026-cı il tarixli, ** nömrəli əmrdə isə V.Tarverdiyevin texniki işçilərdən müxtəlif məbləğlərdə vəsait yığmasına, işçilərin işə gəlmədiyi günlərə görə əmək haqqı almasına şərait yaratdığı qeyd olunaraq, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasına istinad edilərək əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan İbayev Ruslan Baxtiyar oğluna ünvanladığı ##.##.2026-cı il tarixli məktubda qeyd etmişdir ki, təqdim edilmiş sənədlər əsasında aparılmış araşdırma zamanı V.Tarverdiyev və İ.Həsənovun əmək müqavilələrinə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin (işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır) tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarda və ya qeyd olunan məktubda əmrdə göstərilən əsaslara münasibət bildirilməmiş, hansı tələblərin pozulması qeyd edilməmişdir. Hər iki işçiyə münasibətdə vahid qərar tərtib edilərək sadəcə əmək qanunvericiliyinin tələblərinin pozulması qeyd edilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Nəzərə alınmalıdır ki, İXM-in 99.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: -99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; -99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; -99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinin tələbi üzrə məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Qeyd olunan Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Göründüyü kimi, inzibati icraatın başlanmasının ilkin hərəkət olaraq, bu barədə məlumatın doğrulunun araşdırılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2, 75.0.3, 75.0.4, 75.0.5, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: -inzibati xəta hadisəsi; -inzibati xəta törətmiş şəxs; -inzibati xəta törətməkdə şəxsin təqsiri; -inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməsin. İbayev Ruslan Baxtiyar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar