Məhkəmə qərarları › İş №3(3-9)-298/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-298/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-298/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən - Şirvan Apellyasiya Məhkəməsinin hakimi X2 MÜƏYYƏN ETDIM: Şikayətin apellyasiya mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. IXM-in 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. IXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Işdə olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ##.##.2026-cı il tarixdə poçt vasitəsilə Bakı şəhər BPI X1 Idarəsinə çatdırılmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən Masallı Rayon Məhkəməsinin sözügedən qərarından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı ##.##.2026-cı il tarixdən başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin Bakı şəhər BPI DYPI-nin vəzifəli şəxsi apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Beləliklə, müəyyən olunur ki, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən edilmiş 10 gün müddət buraxıldıqdan sonra verilmişdir. Eləcə də, səlahiyyətli orqanın vəzifəli şəxsi məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Belə olan halda hesab edirəm ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən icraata qəbul edilməməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, həmçinin səlahiyyətli orqana buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Bakı şəhər BPI DYPI-nin apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə qaytarılsın. Səlahiyyətli orqana buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar