Məhkəmə qərarları › İş №3(3-9)-299/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-299/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-299/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair inzibati iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından səlahiyyətli orqan Bakı Şəhər BPI-nin DYPI tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin baş inspektoru Tağıyev Əhməd Hicran oğlunun ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, IXM-in 327.2-ci maddəsi ilə Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Tağıyev Əhməd Hicran oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Sözügedən qərardan narazı qalan səlahiyyətli orqan Bakı Şəhər BPI-nin DYPI-nin rəisi Rəşid Piriyev şikayət verərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan Bakı Şəhər BPI-nin DYPI-nin rəisi Rəşid Piriyev şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş № *(5-151 )- 478/2026 qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 327.2-ci maddəsinə əsasən Bakı şəhər DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. IXM-in ümümi hissəsi yəni IV bölmə inzibati xəta haqqında iş üzrə icraatın mərhələləri fəsil 14 inzibati xəta haqqında iş üzrə icraata başlama təsbit edilmişdir. Belə ki, IXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydasını pozmuşdur. Inzibati xəta haqqında protokol müvafiq qaydada tərtib edilmiş və qanuni qüvvəyə malikdir. Hakimin bu mövqeyi ilə razılaşmır ona görə ki, inzibati xətanın aşkar edilməsinin qanunda 2 üsulu var. Bilavasitə yəni vizual olaraq vəzifəli şəxs tərəfindən aşkar edilməsi və ya xüsusi texniki vasitə ilə. Qəbul edilmiş qərardan müəyyən olunur ki, xətanın hansı qaydada aşkar edilməsinə hakim ümumiyyətlə qiymət verməmişdir, yalnız qanunun ümumi prinsiplərinə istinad edərək qərar qəbul etmişdir. Hakim şikayətə baxarkən qərarı qəbul etmiş vəzifəli şəxsi inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunu dəvət etmədən birtərəfli qaydada barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) formal mülahizələrinə istinad edərək qanuni və əsaslı qərarı ləğv etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 13-cü maddsəinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətava görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi ücün əsaslar mövcud olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan – Azərbaycan Respublikası DIN-in Bakı Şəhər BPI-nin DYPInin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətin dəlillərini, inzibati işin materiallarını, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş əsasları və tətbiq edilməli olan hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, səlahiyyətli orqanın şikayəti əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Əvvəla, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar onun ## ###### 2026-cı il tarixdə, saat 14:49-da ünvan 2 ünvanında yolayrıcını keçmə qaydalarını pozması faktı ilə əlaqədar qəbul edilmişdir. Həmin əməl IXM-in 327.2-ci maddəsinin dispozisiyası ilə əhatə olunur. IXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına və həmin maddədə göstərilən digər hərəkətlərə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, yolayrıcını keçmə qaydalarının pozulması həmin normada ayrıca məsuliyyət yaradan hal kimi müəyyən edilmişdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsində isə inzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl kimi müəyyən edilmişdir. Bu normaların məzmunundan belə nəticə çıxır ki, inzibati məsuliyyətə cəlbetmə zamanı məhkəmə ilk növbədə hadisənin mövcudluğunu, həmin hadisənin konkret şəxs tərəfindən törədilməsini, əmələ tətbiq edilən maddənin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin mövcudluğunu və təqsirlilik məsələsini araşdırmalıdır. Lakin bu araşdırma sübutların yalnız bir növü ilə məhdudlaşdırıla bilməz. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, şəxslərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla və Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilə bilər. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim və ya səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Bu norma sübutların əvvəlcədən müəyyən edilmiş üstünlük qüvvəsinə malik olmadığını, eyni zamanda hər hansı sübut növünün qanuni əsas olmadan rədd edilə bilməyəcəyini ifadə edir. Işin hüquqi mahiyyəti baxımından mühüm məsələ ondan ibarətdir ki, birinci instansiya məhkəməsi səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xətanın bilavasitə aşkar edilməsinin hüquqi nəticələrini düzgün qiymətləndirməmişdir. IXM-in 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan hallardan biridir. Həmin normanın məzmunundan aydın olur ki, qanunverici inzibati xətanın aşkar edilməsinin iki müstəqil üsulunu nəzərdə tutmuşdur: birincisi, səlahiyyətli vəzifəli şəxsin bilavasitə müşahidəsi; ikincisi, xüsusi texniki vasitələrin köməyi ilə aşkar etmə. Bu üsullar birbirini istisna etmir və onlardan hər hansı biri qanunun tələblərinə uyğun olduqda inzibati xəta haqqında iş üzrə icraata başlama üçün hüquqi əsas yaradır. Bu səbəbdən inzibati xətanın sübut edilməsi məsələsində yalnız foto və ya video görüntünün mövcudluğunu zəruri şərt kimi qəbul etmək qanunun məzmununa uyğun deyildir. Əgər qanunverici inzibati xəta hadisəsinin yalnız xüsusi texniki vasitələrlə təsdiqini tələb etsəydi, IXM-in 99.1.1-ci maddəsində səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etməsi ayrıca əsas kimi göstərilməzdi. Hüquq norması isə elə təfsir olunmalıdır ki, onun hər bir elementi real hüquqi məzmun daşısın. Bununla belə, məhkəmə qeyd edir ki, səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etməsi inzibati məsuliyyətə birbaşa və yoxlanılmadan cəlbetmə anlamına gəlmir. Belə hallarda da məhkəmə iş üzrə tərtib edilmiş sənədlərin qanuniliyini, onların bir-biri ilə uyğunluğunu, şəxsin mövqeyini, mümkün ziddiyyətləri və işin digər hallarını qiymətləndirməlidir. Lakin hazırkı işdə inzibati tənbeh vermə haqqında qərarın qanunsuz tərtib edilməsi, vəzifəli şəxsin səlahiyyət həddini aşması, hadisəni təhrif etməsi və ya protokol-qərarda göstərilən halların həqiqətə uyğun olmadığını təsdiq edən obyektiv sübut müəyyən edilməmişdir. Iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hadisənin vaxtı, yeri, nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, barəsində qərar qəbul edilmiş şəxs və ona isnad edilən hərəkət konkret göstərilmişdir. Bu hallar inzibati xəta hadisəsinin müəyyənləşdirilməsi baxımından ümumi və qeyri-müəyyən ifadələr deyil, konkret faktiki məlumatlardır. Birinci instansiya məhkəməsi isə əsasən belə qənaətə gəlmişdir ki, əlavə foto və ya video sübut təqdim edilmədiyindən inzibati xəta sübuta yetirilməmişdir. Apellyasiya instansiyası bu yanaşmanı düzgün hesab etmir. Çünki IXM-in 76.1-ci maddəsi inzibati xəta haqqında protokolu, digər sənədləri və vəzifəli şəxs tərəfindən rəsmiləşdirilmiş materialları sübut mənbələri sırasında qəbul edir. Qanunvericilik həmin sənədlərin yalnız texniki qeydiyyatla təsdiq edildiyi halda sübut əhəmiyyətinə malik olmasını nəzərdə tutmur. Rəsmi vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətləri daxilində tərtib edilmiş sənədlər məhkəmə tərəfindən mütləq və dəyişməz sübut kimi deyil, lakin hüquqi əhəmiyyətə malik rəsmi sənəd kimi qiymətləndirilməlidir. Bu sənədlərin sübut qüvvəsi yalnız onların qanunsuz tərtib edilməsi, məzmununda ciddi ziddiyyətlərin olması və ya orada əks etdirilmiş halların obyektiv sübutlarla təkzib edilməsi müəyyən olunduqda aradan qalxa bilər. Hazırkı işdə Qərardan şikayət verən orqan (şəxs) mövqeyi inzibati xəta törətməməsi barədə bəyanatdan ibarət olmuş, lakin həmin bəyanatı təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. Şəxsin inzibati məsuliyyəti inkar etməsi onun müdafiə hüququnun təzahürü kimi qiymətləndirilməli olsa da, təkbaşına rəsmi sənədlərdə göstərilən halları təkzib edən mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, təqsirsizlik prezumpsiyası prinsipi inzibati orqanın sübutetmə vəzifəsini aradan qaldırmır, lakin bu prinsip şəxsin sadəcə inzibati xətanı inkar etməsi əsasında bütün rəsmi materialların sübut əhəmiyyətindən məhrum edilməsi kimi də başa düşülə bilməz. Təqsirlə bağlı şübhələr konkret, ağlabatan və obyektiv məlumatlara əsaslanmalıdır. Abstrakt, ehtimal xarakterli və iş materialları ilə təsdiqini tapmayan şübhələr inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün kifayət hesab edilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xətalar ictimai təhlükəsizlik, yol hərəkətinin nizamlılığı və digər hərəkət iştirakçılarının hüquqlarının qorunması ilə birbaşa əlaqədardır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiri olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni inzibati xətaların qarşısını almaq məqsədi daşıyır. Buna görə də yol hərəkəti sahəsində inzibati nəzarətin effektivliyi ilə şəxsin müdafiə hüququ arasında ədalətli balans təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərarında isə həmin balans qorunmamış, inzibati icraatın sübutetmə mexanizmi yalnız texniki sübutun mövcudluğu ilə məhdudlaşdırılmışdır. Halbuki işdə olan rəsmi materiallar, inzibati tənbeh vermə haqqında qərarda göstərilən konkret faktiki məlumatlar və onların təkzib edilməməsi məcmu halında qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etməsinin IXMin 99.1.1-ci maddəsi baxımından müstəqil hüquqi əhəmiyyətini nəzərə almamış və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı işin faktiki hallarına və tətbiq edilməli olan maddi hüquq normalarının məzmununa uyğun olmadığından ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin baş inspektoru Tağıyev Əhməd Hicran oğlunun ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və IXM-nin 128, 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin baş inspektoru Tağıyev Əhməd Hicran oğlunun ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin baş inspektoru Tağıyev Əhməd Hicran oğlunun Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar