Məhkəmə qərarları › İş №3(3-9)-300/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-300/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-300/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Babayev Variq Baloğlan oğlunun katibliyi, Barəsində inzibati inzibati tənbeh tətbiq edilmiş şəxs İsrafilli Elmin Əkbər oğlunun iştirakı ilə, İsrafilli Elmin Əkbər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272- 1-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsrafilli Elmin Əkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi) ilə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsrafilli Elmin Əkbər oğlunun Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə Pirallahı rayonu Xəzər dənizi sahilində qanunla qadağan edilən ərazidə lazımi icazə sənədi olmadan qanunsuz ov etməyi müəyyən edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İsrafilli Elmin Əkbər oğlu İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. İsrafilli Elmin Əkbər oğlu şikayətlə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı,******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsrafilli Elmin Əkbər oğlu apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-l**/**** saylı qərarının və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı tam obyektiv deyil və əsassızdır. Onlar həmin ərazidə istirahət etmək niyyəti ilə gəldiklərini bildirib, yemək yediklərini qeyd etmişlər. Onların məqsədi ilk öncə həmin əraziyə gedərək ov etmək olmuş, lakin, Pirallahı rayon polis əməkdaşları onlara həmin ərazidə ov etməyin qadağan olduğunu bildirmiş, onlar da artıq gəldikləri üçün oturub istirahət etməyi və yemək yeyib ərazidən getməyi fikirləşmişlər. Lakin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dediklərinə məhəl qoymayaraq onların qanunu sənədlərlə olan silahlarını alıb qaçmışlar. Hesab edir ki, həmin qərar hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 131.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsrafilli Elmin Əkbər oğlu apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş materiallarından məlum olur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin qərarı ilə İsrafilli Elmin Əkbər oğlu tərəfindən qanunla qadağan edilən ərazidə lazımi icazə sənədi olmadan qanunsuz ov edilməsi müəyyən edilmiş və o, İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinmişdir. İsrafilli Elmin Əkbər oğlu səlahiyyətli orqanın həmin qərarından Neftçala Rayon Məhkəməsinə şikayət verib, qərarın ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə onun şikayəti təmin edilməmiş və səlahiyyətli orqanın qərarı qanuni hesab edilmiş, Elmin İsrafilli tərəfindən isə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, inzibati xəta törətmiş şəxsi dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 272-1-ci maddəsində bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inziabti məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Elmin İsrafillinin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, iş materiallarında olan İsrafilli Elmin Əkbər oğlunun Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində öz xətti ilə yazaraq öz imzası ilə təsdiqlədiyi ##.##.2026-cı il tarixli izahatından görünür ki, İsrafilli Elmin Əkbər oğlu 12 kalibrli MR43 ******* nömrəli ov silahı ilə ##.##.2026-cı il tarixdə Pirallaı rayonu ərazisində ov etmək istəyərkən ekologiya əməkdaşları tərəfindən saxlanıldığını, silah təhvil verdiyini, bu halın qanunsuz olduğunundan məlumatsız olduğunu, birdə bu halı təkrarlamayacağını bildirmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli ****** nömrəli AKT-ın surətindən görünür ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət ollunması vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Pirallahı rayonu Xəzər dənizi sahili ərazisində reyd keçirilərkən Bakı şəhər sakini İsrafilli Elmin Əkbər oğlu tərəfindən 1 ədəd 12 kalibrli “MR-43” ******* nömrəli ov silahı ilə lazımi icazə sənədi olmadan qanunsuz olaraq ov edildiyi müşahidə edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsrafilli Elmin Əkbər oğlunun ##.##.2026-cı il tarixdə Pirallahı rayonu Xəzər dənizi sahilində qanunla qadağan edilən ərazidə lazımi icazə sənədi olmadan qanunsuz ov etməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı,******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İsrafilli Elmin Əkbər oğlu ##.##.2026-cı il tarixli protokola əsasən Pirallahı rayonu Xəzər dənizi sahilində qanunla qadağan edilən ərazidə lazımi icazə sənədi olmadan qanunsuz öv edilməsinə görə İXMnin 272-1-ci maddəsində nəzərdə tutulan iznibati xətanı törətməsinə görə 1000 manat inzibati cərimə edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, İsrafilli Elmin Əkbər oğlunun Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutları birgə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və nəticədə İsrafilli Elmin Əkbər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş üzrə toplanmış sübutlar bir-biri ilə uzlaşmaqla inzibati xəta hadisəsinin baş verməsini və İsrafilli Elmin Əkbər oğlunun həmin xətanın törədilməsində təqsirliliyini təsdiq edir, həmin sübutlar arasında hər hansı ziddiyyət müəyyən olunmur, əksinə onlar bir-birini tamamlayaraq vahid nəticəyə gəlməyə imkan verir. Həmin sübutların məcmusu inzibati orqanın gəldiyi nəticənin ehtimallara deyil, işin müəyyən edilmiş faktiki hallarına əsaslandığını göstərir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olmaqla səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünü şübhə altına almır. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs apellyasiya şikayətində ona istinad olunan inzibati xətanın törədilməsində təqsiri olmamasını qeyd etsə də, göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, əksinə işdə olan mötəbər sübutlarla onun göstərdiyi xüsusatlar təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə mövcud sübutlar inzibati xətanın hadisəsini və həmin xətanın məhz barəsində icraat aparılan şəxs tərəfindən törədilməsini təsdiq etmək üçün kifayət edir. Məhkəmənin qənaətinə görə, İsrafilli Elmin Əkbər oğlunun şikayətində göstərdiyi baş vermiş inzibati xəta üzrə özünü təqsirli bilməməsindən ibarət xüsusat inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir. Həmçinin qeyd etmək zəruridir ki, səlahiyyətli orqan tərəfindən ## ###### 2026-cı il tarixdə İsrafilli Elmin Əkbər oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin İsrafilli Elmin Əkbər oğlunun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Göründüyü kimi, İsrafilli Elmin Əkbər oğlunun İXM-nin 272-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuş, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar