Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-301/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə MÜƏYYƏN ETDI: Masallı rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli TP-******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Masallı rayon Polis şöbəsinin R X2 tərtib etdiyi ##.##.2026-cı il tarixli TP******* saylı qərarının ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli TP-******* nömrəli qərarı ilə IXM-in 342.2.2 və 342.2.3-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Polisin barəsində çıxardığı qərarla razı deyil, qərar qanunsuz və əsassızdır. Qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayəti verməyi zəruri hesab edir. Qərarın qanunsuz olduğunu aşağıdakı fikirləri ilə izah edir. Istifadəsində olan **-FR-*** dövlət qeydiyyat nömrəli BMW markalı avtomobili ilə Masallı şəhəri, Bakı prospektində hərəkətdə olan zaman polis əməkdaşları idarə etdikləri avtomobillərindən işıqları yandırıb-söndürərək ona saxlama əmri vermişlər. O, əhəmiyyət verməyərək yoluna davam etmiş, arxasınca gəldklərini görüb avtomobilini sağa çəkərək saxlamışdır. Sənədlərini yoxlamışlar, sənədlərinin yerində olduğunu görüb, avtomobilinin xarici görkəminə baxış keçirmişlər. Avtomobilinin təkərlərinin qadağan olunduğunu və həmçinin səs boğucusuna təpiklə vuraraq maşınının polisin inzibati binasına aparacağını bildirmişdir. O, Rna etiraz etmiş, avtomobilinin cərimə meydançasına aparılmasının qanunsuz olduğunu bildirmişdir. Avtomobilinin rəsmi kitabçasında R20 diski-təkərlərin vurulmasına icazənin olduğunu və həmçinin “Improtex Motors” rəsmi servisdən icazə sənədini göstərmişdir. Lakin qanunları heçə sayan polis əməkdaşı təqdim ediyi sənədlərə baxmayaraq materiala əlavə etməmişdir. ##.##.2026-cı il tarixdə avtomobilini polis şöbəsinin inzibati binasına aparmışlar. Heç bir sənəd və protokola imza etməmiş, bir neçə gün avtomobili orada qalmışdır. Asəf Mustafayevin qəbulunda olmuş, sənədləri ona təqdim etmiş, lakin əsas olmadan o, da sənədlərini qəbul etməmişdir. Avtomobilinin təkər və disklərini dəyişdirdikdən sonra cərimə meydançasından çıxarda biləcəyini bildirmişlər. O, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən yuxarı instansiyalara şikayətlərini etmişdir. Şikayətlərindən sonra avtomobilində heç bir dəyişiklik etmədən avtomobilini ona ##.##.2026-cı il tarixdə təhvil vermişlər. Sonradan məlumatı omuşdur ki, ##.##.2026-cı il tarixdə ona qanunsuz qərar yazmışlar. Guya onun avtomobilində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi baş vermişdir. Polis əməkdaşı hansı avadanlığın quraşdırılmasını qərarında əsaslandıra bilməmişdir. Əgər avtomobilində qadağan olunan avadanlıq var idisə, nəyə görə avadanlıqları sökməmiş avtomobilini cərimə meydançasından buraxmışlar. Polisin bu hərəkəti ziddiyyət təşkil edir. Bir tərəfdən avtomobilində qadağan edilən avadanlıqlar olduğu üçün ona cərimə yazır, digər tərəfdən həmin avadanlıqları sökmədən avtomobili buraxır. Nə dərəcədə düzgündür? Ən vahiməlisidə odur ki, qanuni sənədlərini təqdim edir, əsassız olaraq sənədlərinə baxmırlar. Qanunu pozmuşsa etiraz etmir, ən ağır cəzanın verilməsinə razıdır. Hesab edir ki, barəsində çıxarılmış qərar qanunsuzdur və ləğv edilməlidir. Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Masallı rayon Polis şöbəsinin X1 bölməsinin rəisi, R X2 tərtib etdiyi inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP-******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP-******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadəsində olan **-FR-*** dövlət qeydiyyat nömrəli BMW markalı avtomobili ilə Masallı şəh, Bakı pr-də hərəkətdə olan zaman polis əməkdaşları idarə etdikləri avtomobillərindən işıqları yandırıb-söndürərək ona saxlama əmri vermişdir. O əhəmiyyət verməyərək yoluna davam etmiş, arxasınca gəldiklərini görüb avtomobilini sağa çəkərək saxlamışdır. Sənədlərini yoxlayaraq sənədlərinin yerində olduğunu görüb, avtomobilinin xarici görkəminə baxış keçirmişlər. Avtomobilinin təkərlərinin qadağan olunduğunu və həmçinin səs boğucusuna təpiklə vuraraq maşınının polisin inzibati binasına aparacağını bildirmişlər. O Rna etiraz etmiş, avtomobilinin cərimə meydançasına aparılmasının qanunsuz olduğunu bildirmişdir. Avtomobilinin rəsmi kitabçasında R20 disk-təkərlərin vurulmasına icazənin olduğunu və həmçinin “Improtex Motors” rəsmi servisdən icazə sənədini göstərmiş, lakin qanunları heçə sayan polis əməkdaşı təqdim ediyi sənədlərə baxmayaraq materiala əlavə etməmişdir. ##.##.2026-cı il tarixdə avtomobilini polisin şöbəsinin inzibati binasına aparmışlar. Heç bir sənəd və protokola imza etməmiş, bir neçə gün avtomobili orda qalmışdır. Asəf Mustafayevin qəbulunda olmuş, sənədləri ona təqdim etmiş, lakin əsas olmadan o, da sənədlərini qəbul etməmişdir. Avtomobilinin təkər və disklərini dəyişdirdikdən sonra cərimə meydançasından çıxarda biləcəyini bildirmişlər. Avtomobilində heç bir dəyişiklik olunmadan avtomobilini ona təhvil vermişlər. Məhkəmə araşdırma aparmadan qanunsuz qərarını çıxarmışdır. 6 səhifəlik qərar yazmış, bir cümlədə olsun əsaslandırma apara bilməmişdir. Bir cümlə ilə qeyd etmişdir ki, Asəf Mustafayev tərəfindən yazılmış qərar qanunidir. Məhkəmə bu cümləsinə görə dövlətdən 5000 manat maaş alır. Onun əlimdə rəsmi servisin sertifikatı var. Avtomobilində hansı dəyişikliklər olubsa orada qeyd olunub. Avtomobilinin konstruksiyasında dəyişiklik etməmişdir. Avtomobilinin təkərləri normadan böyük deyil, avtomobilinin hündürlüyünü dəyişməyib, təkərlər çölə çıxmamış və ən əsası texniki pasportda yazılanlardan fəqlənmir. Ümumiyyətlə aksesuardan söhbət belə gedə bilməz. Avtomobilində etdiyi dəyişikliklər avtomobilinin əsas konstruksiyasını dəyişmir. Həmçinin, o, illərdir avtomobilini bu vəziyyətdə sürür və ildə bir dəfə texniki baxışdanda keçirir. Heç bir problem olmamışdır. Deyək ki, avtomobilində polisin dediyi kimi dəyişikliklər etmiş, onada cəriməni yazıblar, axı nəyə görə avtomobilini konstruktiv dəyişiklikləri sökmədən ona təhvil vermişlər. O, bu barədə məhkəmədən avtomobilinin ona təhvil veilməsi barədə video görüntüləri götürməsini xahiş etsə də nəticəsi olmamışdır. Çünki məhkəmə həmin sübutu götürsəydi onda onun şikayətini təmin etməli olacaqdı. Məhkəmə bir tərəfliyini pozaraq, polisin vəkilliyini edərək ədalətə balta vurmuşdur. Avtomobilimdə etdiyi dəyişikliklər təhlükəlidirsə onlar sökülməmiş ona təhvil verilə bilməzdi. Polisin hərəkətləri özü-özlüyündə ziddiyyət təşkil edir. Bir tərəfdən ona cərimə yazır, digər tərəfdən isə avtomobilini olduğu kimi ona təhvil verir. Bütün bunlar onu göstərir ki, məhkəmə araşdırması sıfıra bərabərdir. Araşdırma olmadan ədalət ortaya çıxmaz. Çıxarılmış qərar qanunsuz olduğundan ləğv edilməlidir. O, inzibati xətanı törətməmiş, polis tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməyib, video görüntüdə tam şəkildə görsənir ki, o, əks istiqamətə keçməmişdir. Məhkəmə qanunsuzcasına ondan intibati xətanı törətməməyi barədə sübut istəyir. Şübhələr onun xeyrinə həll olunmağından, qarşı tərəfin xeyrinə həll olunmuşdur. Məhkəmə sübutetmə yükünü qarışdıraraq qanunsuz qərarını qəbul etmişdir. Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, şikayəti təmin olunaraq Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin R Mustafayev Asəf losif oğlunun tərtib etdiyi ##.##.2026-cı il tarixli TP-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə apellyasiya şikayətinə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Masallı rayon Polis şöbəsinin R X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli TP-******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddəsində qeyd edilmişdir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə və nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Işə əlavə edilmiş Masallı rayonu Yol patrul xidməti inspektoru R Vəzifəli şəxs Cəmaləddin oğlu tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə 17:50 radələrində idarə etdiyi “BMW 528i minik” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı şəhəri Bakı prospektində hərəkətdə olarkən saxlanılmış və o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.2.2, 432.2.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:50 radələrində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3cü maddəsini pozduğuna görə 150 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan “BMW”, “Mini” və Rolls-Royce avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors”-un Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, 2009-2016-cı illərdə istehsal olunan F10 indeksli BMW 5-ci Seriya avtomobillərində R16, R17, R18, R19 və R20 radiusları ilə təkərlər mövcud olub. Sahib olduğu VIN kodu WBA5A5C53FD519906 olan, BMW 528I avtomobilinə istehsalçı tərəfindən aşağıdaki ölçüdə təkərlərin istifadəsinə icazə verilir: - A) 225/55/R17, В) 245/45/R18 və 275/40/R18, С) 245/40/R19 və 275/35/R19, D) 245/35/R20 və 275/30/R20. Qərarından şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdən görünür ki, polis əməkdaşı ilə Qərardan şikayət verən orqan (şəxs) arasında olan dialoq zamanı polis əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) onun idarəetdiyi avtomobilində əlavə avadanlıq quraşdırıldığı üçün cərimə meydançasına yerləşdirildiyini, 18 olduğu halda 20 radiuslu diksi təkər quraşdırdığını bildirir, Qərardan şikayət verən orqan (şəxs) cavabında bununla razılaşmadığını, Azərbaycanın normativ tələblərində qanun icazə verir ki, maşının normativ tələblərini keçmədən 30 faizində dəyişiklik etmək olar, zavodun ona verdiyi parametrlərdə 245 ön təkərlər, 275 arxa təkərlər və o, bunu keçmədən diskin radiusunu dəyişmişdir, hal-hazırda da 20 radiusludur. Qərardan şikayət verən orqan (şəxs) polis əməkdaşına maşında olan üç VIN-kodu göstərir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə nəzərdən keçirib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmağı mümkün hesab etmir və belə qənaətə gəlir ki, məhkəmə və inzibati tənbeh vermiş orqan tərəfindən hazırkı iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına və Inzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-ci maddələrinin mahiyyətinə uyğun olmamışdır. Belə ki, iş materiallarında mövcud olan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair heç bir sübut nə işin materiallarına əlavə edilmiş, nə də birinci instansiya məhkəməsində protokol tərtib etmiş polis əməkdaşı iştirak edərkən bu barədə fikir bildirmişdir. Əksinə, Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, avtomobilin arxa hissəsinə faktiki fəaliyyət göstərməyən səsboğucu görünüşlü aksesuar quraşdırmışdır. Bundan başqa, işin materialları ilə müəyyən edilir ki, sürücünün avtomobilinin üzərində olan təkər və disk standartlara uyğun olmuşdur. Həmçinin, sonradan sürücü avtomobilini duracaqdan təhvil alarkən də heç bir dəyişiklik etmədən, əvvəlki vəziyyətdə polis əməkdaşlar tərəfindən ona təhvil verilmişdir. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) istinad olunan əməl IXM-in 342.2.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulan inizbati xətanın tərkibini təşkil etmir. Bu səbəbdən də, iş üzrə icraata xitam verillməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Masallı rayon Polis şöbəsinin R X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli TP-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilməli, inzbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Masallı rayon Polis şöbəsinin R X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli TP-******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilsin. Masallı rayon Polis şöbəsinin R X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli TP- ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli TP-******* nömrəli inzibati xəta haqqında qərarla başlanılmış iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-301/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-301/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver