Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-302/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim: Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ***** nömrəli aktdan görünür ki, Salyan rayonu ərazisində Bakı-Ələt-Astara yolunun magistral avtomobil yolunun 94-cü kilometrliyində yeləşən “Food Mood” kafesinin tullantılarının urnadan kənar atılmaqla yol kənarında qalaqlanması aşkar olunmuşdur. Araşdırma zamanı kafenin içərisində urna yerləşdirilməsini aşkar etməmişlər. ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, inzibati xəta üzrə tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Fotoşəkillərdən görünür ki, açıq əraziyə zibillər yığılmış, ətrafa zibillər səpələnmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 apellyasiya şikayət verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən protokol tərtib olunan gün Ekologiya İdarəsinin işçiləri zibil maşını gəlməmişdən əvvəl zibilləri kafenin öz ərazisində görüb aktlaşdırmışlar, zibillər ictimai yerdə olmamışdır. Şirkətin hər hansı bir nümayəndəsindən protokolla bağlı izahat alınmamışdır. İş materillarında olan fotoşəkilllərdəki ətrafa səpələnmiş zibilləri yəqin ki, külək və ya çöl heyvanları ətrafa dağıtmışdır. Ümumiyyətlə, fotoşəkillərdə olan zibillərin bizim şirkətə aidiyyəti yoxdur, nəzərə alınmamışdır ki, şirkətimizə məxsus kafe magistral yolun kənarında yerləşir və orada digər 3-cü şəxslər tərəfindən atılmış tullantılar ola bilər. Qanunvericiliyin tələbinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd edirik ki, bizim işimizdə bu 4 əlamətin nəinki 4-ü də, heç 1 dənəsi belə yoxdur. 1-ci instansiya Məhkəməsinin bu Qərarı qanunsuz olmaqla yanaşı, bizim Şirkəti ağır vəziyyətdə qoymaqla gələcək fəaliyyətimizi risk altına almışdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında daha ətraflı tərəfimizdən izahat veriləcəkdir. Cənab Prezident tərəfindən sahibkarlığa bu qədər dəstəyin ifadə edildiyi dövrdə inzibati orqanın və Məhkəmənin belə nəticəyə gəlməsi böyük təəssüf doğurur. İnzibati xətanı törətməkdə şəxsn təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutlann məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsində təqdim edilən fotoşəkillər və digər sübutlar yalnız ümumi müşahidələrə əsaslanmış, lakin tullantıların konkret olaraq bizim tərəfindən atıldığını sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zmaanda birinci instansiya məhkəməsində protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmiş və burada suallar təbii olaraq cavabsız qalmışdır. Göründüyü kimi, qərar ən əsası birinci instansiya məhkəməsinin işin hallarına səthi yanaşması nəticəsində, AR İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya məhkəməsinin iclasında: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, MMC-nin ölkə daxilində 50-dən çox regionda məntəqəsi var. 21 məntəqəsi hazırda xidmət göstərir. Bəzi rayonlarda zibilin daşınması üçün mənzil kommunal ilə müqavilə bağlanıb. Lakin bir sıra rayonlarda mənzil kommunalın maşını istifadəyə yararlı olmadığından zibilin daşınmasını özləri həyata keçirirlər. Hazırki işlə bağlı da, regionda maşınlar yararsız olduğuna görə tullantıları öz vəsaitləri hesabına daşıtdırırlar. Aşkar olunanda da daşımanı həyata keçirirdirlər deyə, iri torbalar çöldə olub. Bu barədə * saylı RETSİ-ə məktub da ünvanlamışlar. Hazırda mövcud nöqsanlar aradan qaldırılmaqla məişət tullantılarının ərazidən daşınması təmin edilmişdir. Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə araşdırıb apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv olunmalı və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-in 266.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, səlahiyyətli orqan – * saylı RETSİ-nin qənaətinə görə İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hdisəsi baş verdiyindən və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu xətanın törədilməsində təqsirli olduğundan həmin maddə ilə inzibati qaydada cərimələnməlidir. Bu əsasla səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi səlahiyyətli orqanın mövqeyi ilə razılaşaraq qərarında açıq əraziyə tullantıların boşaldıldığını və onların ətrafa səpələndiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi bununla kifayətlənərək İXM-in 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv tərkib əlamətlərini konkret olaraq müəyyən etməmiş və qərarında hüquqi şəxsin təqsirinin nədən ibarət olmasını əsaslandırmamışdır. Belə ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız tullantıların mövcudluğu və ya ətrafa səpələnməsi faktının müəyyən edilməsi kifayət etmir. Məhkəmə hüquqi şəxsin hansı hərəkət və ya hərəkətsizlik nəticəsində həmin pozuntunun baş verməsini, tullantıların məhz həmin hüquqi şəxs tərəfindən və ya onun tapşırığı ilə boşaldılmasını, habelə hüquqi şəxslərin inzibati məsuliyyətinin əsasını təşkil edən təşkilati, idarəetmə və ya nəzarət vəzifələrinin yerinə yetirilməməsini sübuta yetirməli idi. Qərarda hüquqi şəxslə aşkar edilmiş tullantılar arasında səbəbli əlaqənin nədən ibarət olduğu, hüquqi şəxsin qanunvericiliyin hansı konkret tələbini pozduğu və İXM-in 266.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlin hansı əlamətlərinin onun hərəkətlərində mövcud olduğu göstərilməmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə yalnız faktın təsviri xarakteri daşıyır, lakin hüquqi şəxsin təqsirinin sübuta yetirilməsi və hüquqi qiymətləndirilməsi baxımından kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Halbuki İXM-in 266.3-cü maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Belə ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 3-cü hissəsinə görə, məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərdən bəhs edən 12-ci maddəsinin 1-ci hissəsində deyilir ki, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. İş materiallarına əsasən, Salyan rayonu ərazisində fəaliyyət göstərən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus “FOOD MOOD” kafesinin həyətində İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi, yəni məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması faktı öz təsdiqini tapır. Bu işin mübahisəsiz halıdır. Lakin hazırkı halda hüquqi şəxsin məişət tullantılarının müəyyən edilmiş tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə inzibati məsuliyyət daşıması üçün təkcə tullantının aşkar edilməsi faktı kifayət deyil. Hüquqi şəxsin təqsiri də müəyyən edilməlidir. Belə ki, İXM-in hüquqi şəxslərin inzibati məsuliyyətindən bəhs edən 18-ci maddəsində aşağıdakılar qeyd edilimişdir: 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hüquqi şəxslər tərəfindən törədildikdə də inzibati məsuliyyət yaradır. Bu məsuliyyət hüquqi şəxsin özü və ya onun işçiləri, nümayəndələri, yaxud fəaliyyəti ilə əlaqədar olaraq tullantıların müəyyən olunmuş yerlərdən kənara atılması hallarında tətbiq olunur. Lakin hüquqi şəxsin İXM-in 266.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün, ümumi qayda olaraq, onun təqsiri də müəyyən edilməlidir. Aydındır ki, hüquqi şəxs öz hüquqi təbiətinə görə inzibati xətanı qəsdən və ya ehtiyatsızlıqdan törədə bilməz. Buna görə də, qüvvədə olan qanunvericilik inzibati məsuliyyətə cəlb etmək üçün təqsirin formasının müəyyən edilməsini tələb etdikdə, hüquqi şəxs barəsində bir sıra halların müəyyən edilməsi kifayət hesab olunur. Yəni araşdırılmalıdır ki, hüquqi şəxsin tullantıların müəyyən olunmuş qaydada toplanmasını və daşınmasını təmin etmək imkanı olubmu, qanunvericiliyin tələblərinə əməl olunması üçün özündən asılı olan bütün tədbirləri görübmü və hüquqpozuntu onun fəaliyyətinin təşkili ilə bağlı nöqsan nəticəsində baş veribmi. Əgər müəyyən olunarsa ki, hüquqi şəxs tullantıların düzgün idarə olunmasını təmin etmək üçün zəruri tədbirlər görməyib və nəticədə tullantılar urnalardan kənara atılıb, bu halda onun inzibati məsuliyyəti yaranır. Lakin iş materiallarında tullantıların tutumlardan kənara atılması faktının konkret olaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi və ya əməkdaşı tərəfindən törədildiyini təsdiq edən sübutlar mövcud deyildir. Protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən və digər materiallardan tullantıların urnalardan kənara məhz hüquqi şəxsin əməkdaşları tərəfindən atıldığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, inzibati xəta hadisəsinin obyektiv cəhəti, yəni konkret şəxsin konkret hərəkətləri ilə hüquq pozuntusunun törədilməsi sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, inzibati xəta tərkibinin formalaşması üçün obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət kimi zəruri elementlərin mövcudluğu tələb olunur və bu elementlərdən hər hansı birinin olmaması inzibati məsuliyyətin tətbiqini istisna edir. İş üzrə təqdim edilmiş sübutlar həmin elementlərin mövcudluğunu qəti şəkildə təsdiq etmədiyindən və hüquqi şəxsin təqsirliliyi şübhəsiz şəkildə sübuta yetirilmədiyindən apellyasiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin də mövcud olmadığı qənaətinə gəlir. Apellyasiya məhkəməsi həm də onu qeyd edir ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması faktına görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. İnzibati məsuliyyət yalnız hüquq pozuntusunun hüquqi şəxs tərəfindən və ya onun adından, yaxud maraqları naminə törədildiyi halda tətbiq edilə bilər. Mövcud halda tullantıların tutumlardan kənar yerlərə atılması birbaşa fiziki şəxslərin davranışı nəticəsində baş verə bilər və bu hərəkətlərin konkret olaraq hüquqi şəxsin göstərişi, razılığı və ya təşkilati fəaliyyəti ilə bağlı olması sübuta yetirilməlidir. Hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun bu hərəkət üzərində real nəzarət imkanının olması və ya həmin əməli təşkil etməsi müəyyən olunmalıdır. Əgər hüquqi şəxs tərəfindən tullantıların yığılması üçün nəzərdə tutulmuş tutumlar yerləşdirilmiş, müvafiq şərait yaradılmış və tullantıların düzgün atılması üçün zəruri tədbirlər görülmüşdürsə, lakin ayrı-ayrı şəxslər tərəfindən qaydalara əməl edilməyərək tullantılar urnadan kənara atılmışdırsa, bu halda həmin hərəkətə görə hüquqi şəxsin məsuliyyət daşıması hüquqi baxımdan əsaslı deyil. Bundan əlavə, hüquqi şəxsin təqsiri olmadan, üçüncü şəxslərin özbaşına davranışı nəticəsində baş vermiş pozuntuya görə hüquqi şəxsin məsuliyyətə cəlb olunması təqsir prinsipi və ədalətlilik meyarlarına ziddir. İnzibati məsuliyyətin tətbiqində əsas şərtlərdən biri təqsirin mövcudluğudur və təqsir sübuta yetirilmədiyi halda hüquqi şəxsin məsuliyyətə cəlb olunması mümkün deyil. Bu səbəbdən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılması faktı hüquqi şəxsin birbaşa hərəkəti və ya fəaliyyətsizliyi ilə əlaqələndirilmədiyi halda, həmin hüquqi şəxsin inzibati məsuliyyət daşıması üçün hüquqi əsas mövcud hesab edilə bilməz. Bununla yanaşı, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, qeyd olunan hüquqpozuntusu artıq aradan qaldırılmaqla məişət tullantılarının kafenin həyətindən yığılaraq daşınması və ətraf ərazinin təmizlənməsi təmin olunmuşdur. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli və Salyan Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə ləğv olunmalı və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-in 266.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və AR İnzibati Xətalar Məcəlləsinin 133-136-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin # ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə ləğv edilsin. Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 266.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-302/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-302/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver